Bu gün Ərbəindir - ƏMƏLLƏR

08 Oktyabr 2020 - 03:00

134782

Bu gün şəhidlər sərvəri, Əhli-beytin (ə) 3-cü imamı İmam Hüseyn ibni Əlinin (ə) və Kərbəla şəhidlərinin şəhadətindən 40 gün keçir. İmamın (ə) 40-ı günü İslam təqvimində əlamətdar günlərdən biridir. Bu gün ilk dəfə olaraq Peyğəmbərin (s) böyük səhabəsi Cabir ibn Abdullah Ənsari (r) Kərbəla şəhidlərini ziyarət edib.

Məhərrəm-Səfər matəmində Aşura günündən sonra ən böyük izdihamla qeyd olunan gün məhz Ərbəin günüdür. Bu günlərdə Kərbəlaya milyonlarla müsəlman toplaşır.

İmam Hüseynin (ə) ərbəinində (Kərbəla şəhidlərinin qırxı günü) o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah Ənsari olmuşdur. Bir hədisdə nəql olunur ki, imam Sadiqdən (ə) soruşdular: “İmam Hüseyni (ə) ziyarət etmək üçün xüsusi vaxt vardır ki, başqa vaxtlardan daha üstün olsun?” O həzrət buyurdu: “Hər zaman o həzrəti ziyarət etməyə tələsin. Çünki o həzrəti ziyarət etmək xeyir gətirər və hər kəs onu daha çox ziyarət etsə, daha çox xeyir əldə edər... O həzrəti mübarək vaxt və günlərdə ziyarət etməyə çalışın, çünki o zaman saleh əməllərin savabı artırılar və mələklər o həzrəti ziyarət etmək üçün səmadan yerə enərlər...”

Şeyx Tusi (rə) özünün Təhzib və Misbah adlı kitablarında rəvayət edir ki, İmam Həsən Əsgəri (ə) buyurmuşdur - “Möminin beş əlaməti vardır:

1. hər gün əlli bir rükət (on yeddi rükət vacib və otuz dörd rükət nafilə) namaz qılmaq;

2. sağ ələ üzük taxmaq;

3. səcdədə alını torpağa qoyub, ucadan “Bisillahir-Rəhmanir-Rəhim” demək;

4. “ərbəin” günü imam Hüseyni (ə) ziyarət etmək;

5. “ərbəin” gününə məxsus ziyarətnaməni oxumaq.

İmam Hüseynin (ə) Ərbəini qiyamətə qədər davam edəcək bir mərasimdir. İmam Hüseynin (ə) məqsədləri peyğəmbərin məqsədlərindən fərqlənmir. Həzrət Əli (ə) buyurur ki, Allah peyğəmbərin əli ilə xalqı cəhalətdən və azğınlıqdan qurtardı. İlahi rəhbərlər cəmiyyətə sağlam düşüncə və mənəviyyat gətirirlər. Məsumlar buyururlar ki, insanların ən çox bağışlayanı peyğəmbər olub. Peyğəmbər mənəvi süfrə açıb, bəşəriyyəti bu süfrəyə çağırıb. İmam Hüseyn (ə) də eynən peyğəmbər kimi hərəkət edib. Seyidüşşühəda (ə) ilahi peyğəmbərlər sayağı öndə gedib və xalqı arxasınca çağırıb.

İmam zil-hiccənin 8-ci günü Kəbə zəvvarları arasında buyurdu: "Bu gün bizim qurbangahımız Kərbəla torpağı, ehram libasımız kəfənimizdir. İslamın nicatı üçün canımızı verməliyik. Yalnız Qurbanlığa hazır olanlar mənimlə gəlsin. Mənimlə gedənlərin vətəni liqaullahdır. Zahiri qələbə sorağında olanlar mənə qoşulmasın". Bu sözlərdən sonra İmama qoşulanları insnaların üstünü saymamaq olmaz.

Digər mənbələrdə bu əməlləri etmək də savabdır:

Ərbəin gününün əməlləri:

1. Aşura ziyarətnaməsini oxumaq.
2. Ərbəin qüslu və zöhr namazından əvvəl tövbə etmək.
3. Sübh namazından sonra 100 dəfə "La hövla və la quvvətə illa billahil əliyyul əzim" zikrini demək.
4. 70 dəfə "təsbihati-ərbəə" demək.
5. Zöhr namazından sonra Əsr surəsini oxumaq və 70 dəfə istiğfar zikri.
6. Qürub vaxtı 40 dəfə "Lə ilahə İllallah" demək.
7. İşa namazından sonra Yasin surəsini oxuyub Seyyiduş-Şühədaya hədiyyə etmək.


Mənbə:İslamazeri.com

Xəbər lenti

Şakro Molodoy azadlığa buraxıldı
2024-03-29 15:01

Bakurianidə qar kütləsində qalan şəxsin axtarış-xilasetmə əməliyyatına helikopter cəlb olunacaq
2024-03-29 12:13

Avro-2024 dövründə Gürcüstandan Almaniyaya həftədə 30 birbaşa uçuş həyata keçiriləcək
2024-03-29 12:10

Müharibədə həlak olanların 12-nin nəşinin qalıqları işğal olunmuş Abxaziyadan gətirilib
2024-03-29 12:05

Gürcüstanda 237 məscid müsəlmanlara təhvil verilib, daha 20 məscid isə hazırdır
2024-03-29 11:02

Yaponiyadan TEXNOLOJİ YENİLİK: Yuyula bilən smartfon istehsal edildi
2024-03-29 10:55

Oruc tutmaq və müasir dünyada insan həyatının tənzimlənməsi
2024-03-29 10:50

Saakaşvili Ali Radaya müraciət etdi.
2024-03-29 10:46

Gürcüstanda verilən sürücülük vəsiqələri İspaniyada tanınacaq
2024-03-29 10:21

Ukraynada 50 min insan itkin düşüb
2024-03-29 10:07

Gürcüstan baş naziri adından iftar süfrəsi təşkil edildi
2024-03-28 22:55

Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
2024-03-28 21:14

Soxumi hava limanı yaxınlığındakı ərazidən əhalinin köçürülməsi planlaşdırılır və abxazların bir hissəsi bununla razılaşmır
2024-03-28 21:10

Gürcüstanda ölüm halları artıb, yeni doğulanların sayı azalıb
2024-03-28 21:06

Hakim Çxikvadzeyə qoyulan sanksiyanın götürülüb-götürülməməsi ilə bağlı ABŞ səfirliyindən izahat gözləyirəm
2024-03-28 20:55

29 mart üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-03-28 20:47

“Seçkiqabağı LGBTI fobiya ilə manipulyasiyadır”
2024-03-28 15:05

Bakurianidə bir nəfər qar kütləsi altında qalıb
2024-03-28 14:51

Milli Bank Avro 2024 kolleksiya sikkəsini dövriyyəyə buraxacaq
2024-03-28 13:55

İrakli Qaribaşvilinin əmlak bəyannaməsi dərc olunub
2024-03-28 13:47

Xarici ölkə vətəndaşlarına məxsus pulu dələduzluq yolu ilə əldə edən iki nəfər saxlanıldı
2024-03-28 11:33

Afinada məktəb direktorunu döyən gürcüstanlı gənc tutulub
2024-03-28 10:27

Ramazan ayının müstəhəb əməlləri
2024-03-28 10:15

Çində inanılmaz görüntü: Böyük bir binanın dəniz yolu ilə daşındığı anlar gündəm oldu - VİDEO
2024-03-28 10:06

Oruc tutmaq xərçəng hüceyrələrinin qarşını alır
2024-03-28 09:56

Vatsapa yeni funksiya gəldi
2024-03-27 23:20

Gürcüstan-Rusiya sərhədinə gedən yolda ağır yük maşınlarının hərəkəti bərpa edilib
2024-03-27 23:16

Azyaşlıları öldürməyə cəhd edən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib
2024-03-27 23:13

Braziliya millisinin futbolçusu Pelenin rekordunu qırıb
2024-03-27 20:50

Gürcü xalqı ölkəmizin idarəçiliyinə qayıtmalıdır
2024-03-27 20:42

Ğaribaşvilinin oğlunu hökumət təyyarəsi ilə Almaniyaya aparmaq 109 500 lariyə başa gəlib
2024-03-27 20:27

“Gürcü Arzusu”nun təşəbbüsü LGBT fərdlərin hüquqlarına qarşı açıq hücumdur – Amnesty
2024-03-27 20:21

Strasburq məhkəməsi Nika Qvaramiyanın şikayətini qəbul etməyib
2024-03-27 20:12

28 mart üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-03-27 20:03

2024-cü il futbol üzrə Avropa çempionatının bütün iştirakçıları müəyyənləşib
2024-03-27 19:59

Gürcüstan millisinin futbolçuları “Şərəf” ordeni ilə təltif olunacaqlar
2024-03-27 15:59

Fransalı general Aİ-nin Gürcüstandakı monitorinq missiyasının rəhbəri təyin edilib
2024-03-27 15:56

Martın 30-dək olan hava proqnozu açıqlandı
2024-03-27 14:02

Wizz Air Almaniyaya biletlərin qiymətini rekord həddə çatdırıb
2024-03-27 13:59

Saakaşvili seçkilərdə qalib gələcəyi təqdirdə bunları edəcək
2024-03-27 13:56


Digər İslam Dünyası xəbərləri:

Orucun faydalı təsirləri

69

Oruc tutmağın 9 faydası

89