Barışıqla məsələ tam həll olunmaz, gərək...

18 May 2021 - 09:01

1324

Ötən gün Dmanisidə baş verən və hər kəsin narahatçılıqla izlədiyi məsələyə fərqli yanaşmalar gördüm, fərqli fikirlər eşitdim. Məsələyə emosianal, yanaşmalar da var idi rasional münasibət də. Barış çağırışları ilə yanaşı şiddətə dəvət də. Ancaq şükürlər olsun ki, ötən axşam çağı ilkin insident zamanı əsas zərər çəkmiş tərəflərlə hadisəni törədən tərəflər arasında barışıq oldu. Əlbəttə barışı üçün dövlət rəsmilərinin, millət vəkillərimizin və ictimaiyyət xadimlərimizin birgə çalışdığını gördük. Təbii ki, müəyyən görüşlərdə biz də iştirakçı olduq. Görüşlərdə zərər çəkmiş həmyerlilərimizin əsas istəklərinin belə hadisələrin təkrar olunmaması, bundan sonra barış içində sakit yaşamaq istəyi idi. Həmçinin hadisə baş verən gecənin ertəsi günü (17-may sabahı) olan digər bir hadisədən dolayı heç bir azərbaycanlının da məsuliyyətə cəlb olunmaması da əsas istəkləri idi. Hər halda onların da istəkləri əsasında barış oldu. Biz aşağıda qeyd etdiyimiz səbəblərə görə onların barış seçimini düzgün qiymətləndiririk:

• Dmanisidən olan soydaşlarımız orda yaşayıb və yaşayacaqlar da, gələcəkdə hadisələrin böyüməsi orda əminamanlıq şəraitində yaşayan həmvətənlilərimizə fayda verməz;

• Bir içkili şəxsin mağazada dələduz hərəkətindən başlayan hadisə qruplara, qruplardan kəndlərə, ordan da digər regionlar səviyyəsinə çatmaqla artıq milli zəmində qarşıdurmalara gətirib çıxarmaqla insanlara daha artıq zərər yetişmə ehtimalının qarşısını almaq;

• Məsələni siyasiləşdirən, dövlət və azərbaycanlılar arasında uçurum yaratmaq istəyən, azərbaycan və gürcü milləti arasında xoş münasibətləri korlama məqsədində olan millətçilərin, yad qüvvələrin, mənfur niyyətlilərin dəyirmanına su tökülmüş olunardı;

• Hadisələr zamanı (əsas ikinci hadisə zamanı) qanun pozuntusuna yol verənlər arasında video fakt əsasında öncəki gün tutulanların sırasına gürcülərlə yanaşı çoxsaylı azərbaycanlı gənclərin də məsuliyyətə cəlb olunması gözlənirdi;

• Bir də unutmamalıyıq ki, dinimizə görə bəndə bağışlayarsa bağışlanar. Axı biz rəhman və rəhim olan Allahın rəhmət dininin davamçılarıyıq. Fitnənin şiddətlənməməsi üçün səbr və güzəşt etmək alicənablıqdır. Əlbəttə ümid edirik ki, qarşı tərəf bu böyük humanist davranışdan suistifadə etməyərək layiqincə qiymətləndirəcək və davranışları ilə isbat edəcəklər.

Sonda bir daha burda da qeyd edim ki, barışıqla məsələ bitmir bir daha belə hadisələrin təkrarlanmaması üçün gərək xırda bir insident və hətta hörmətsizlik zamanı hüquq mühafizə orqanları hərəkətə keçib dərhal hadisənin faili haqqında ciddi qanuni ölçü götürsün. Məhz belə halda Dmanisidə və digər yerlərdə yaşayan əhali oxşar hadisələrdən sığortalanmış olacaqlar.

Allah hər iki millət arasında barışın və səmimi dostluğun formalaşmasında yardımçı olsun. Amin! 



Xəbər lenti

Türkiyə və ABŞ prezidentləri arasında görüş başa çatıb
2021-06-14 22:17

Yəmən sahillərində göyərtəsində 250 miqrant olan gəmi batıb
2021-06-14 17:35

“Gürcüstan NATO-nun üzvü olacaq”
2021-06-14 17:29

Yəməndə hər 5 dəqiqədə bir yəmənli uşaq ölür
2021-06-14 17:25

İraq Məhkəməsi Əlqaidə terror təşkilatının “müftisi” barədə edam hökmü çıxarıb
2021-06-14 17:21

Gürcüstanda elektrik enerjisinin təminatında fasilə yaranıb
2021-06-14 17:17

Qeyri-adi minik vasitəsi görənləri təəccübləndirir - VİDEO
2021-06-14 12:59

Qarabağda döyüşmüş livanlı muzdlu terrorçuya hökm oxundu - Video
2021-06-14 12:18

İsraildə yeni hökumətdə bir ərəb nazir yer alıb
2021-06-14 12:16

Potidən Daşkəndə ilk konteyner blok qatarı yola düşüb
2021-06-14 12:14

Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 18% artıb
2021-06-14 12:11

Gürcüstanda ən geniş yayılmış yol hərəkəti qaydaları pozuntuları açıqlanıb
2021-06-14 12:06

Ölümü nə üçün arzulamaq olmaz? - Şəriət
2021-06-14 11:59

Ölülər yaxınlarını görməyə gəlirlərmi?
2021-06-14 11:52

Gürcüstanda koronavirus statistikası -12 nəfər ölüb
2021-06-14 10:51

İraqda kütləvi məzar aşkar edildi
2021-06-14 10:13

Dünyada koronavirusa yoluxanların sayı 175 milyonu keçib
2021-06-14 10:11

Gürcüstan iyul ayından etibarən kütləvi aşılamaya keçəcək
2021-06-14 09:14

Naftali Bennet İsrailin yeni baş naziri seçilib
2021-06-14 09:10

G7 1 milyard vaksin bağışlayacaq
2021-06-14 09:09

Dünyanın ən böyük ailəsinin sahibi öldü
2021-06-14 09:02

ATƏT-in baş katibi Gürcüstana gəlir
2021-06-13 22:40

“Minalanmış ərazinin kiçik hissəsinin xəritəsini vermişik”
2021-06-13 14:21

Putinin ilk hədəfi bu şəhər olacaq
2021-06-13 14:17

NATO sammitindən gözləntilərimiz var
2021-06-13 14:14

Zabit Səmədov “Quduz it”ə belə qalib gəldi - VİDEO
2021-06-13 14:12

Azərbaycanda qadın beşəm dünyaya gətirdi
2021-06-13 14:10

Ceff Bezosla kosmosa uçuş imkanı 28 mln. dollara satılıb
2021-06-13 14:06

Nigeriyada quldurlar altı kəndə hücum edərək 53 sakini öldürüblər
2021-06-13 14:03

Bu gün koronavirusa yoluxanların haradan olduqları açıqlandı
2021-06-13 13:44

Gürcüstanda koronavirus statistikası -14 nəfər ölüb
2021-06-13 13:15

İran əhalinin öz peyvəndi ilə vaksinasiyasına başladı
2021-06-12 23:07

Tiflisdən mina xəritələrinin təhvil verilməsinə - Reaksiya
2021-06-12 23:04

Səudiyyə Ərəbistanı əcnəbi zəvvarlara Həcc ziyarətini qadağan edib
2021-06-12 22:57

Azərbaycan Ağdama aid mina xəritələri əvəzinə 15 ermənini TƏHVİL VERDİ
2021-06-12 22:53

Gürcüstan: Azərbaycanla Ermənistan arasında sülhməramlı funksiyasını yerinə yetirdik
2021-06-12 21:58

Gürcüstanın baş naziri Azərbaycanın addımını alqışladı
2021-06-12 21:39

Tbilisidə avtomobil qəzası baş verib - ölənlər var-VİDEO
2021-06-12 17:03

ABŞ Ukraynaya əlavə 150 milyon dollarlıq hərbi yardım ayırdı
2021-06-12 14:42

İran borcunu ödədi, səsvermə haqqını geri aldı
2021-06-12 14:35


Digər Gürcüstan xəbərləri: