Şeytan (lən) öz davamçılarını necə idarə edir?

04 Iyun 2021 - 08:06

134544

Əgər insan Uca Allahın lənətlik şeytanla bağlı xəbərdarlıqlarına qulaq verməzsə və onu ciddi qəbul etməzsə, yavaş-yavaş günahlarının sayını artıraraq, onun aldadıcı “şirinliyini” hiss edər.

Bundan sonra günahı tərk etmək onun üçün çətin olar. Şeytan (lən) bu insana hakim olar. Şeytan onun ağası, o isə şeytanın nökəri olar.

 

İmam Əli (ə) buyurur: “Şeytanı öz işlərinin meyarı qərar vermişdilər. O da onların qəlbinə öz toxumlarını tökmüşdür. Cücə çıxartmış və hərəkət etmiş və ətəyində böyümüşdür”.

Yəni, bu, insandır ki, şeytana öz qəlbinə daxil olması üçün icazə verər. Elə ki, şeytan qəlbə daxil olar, burada uzun müddət qalmaq üçün tədarük görər. O, sinələrin dərinliklərinə öz toxumlarını qoyar. Sonra onları cücəyə çevirər.

 

Bu hədis vasitəsilə İmam (ə) bizlərə çatdırır ki, şeytansifət insanların qəlbi – İblisin məkanıdır. İmam (ə) insanları ayıldır ki, şeytani istəklərin yaranması boş yerə olmur. Bu iş tədricən baş verir. Elə ki, şeytanın cücələri böyüyür, insan bütün varlığı ilə şeytana təslim olur.

 

İmam (ə) davamında buyurur: “İş o yerə gəlib çatır ki, şeytan onların gözü ilə baxar, dilləri ilə danışar”.

Yəni, elə ki, insan şeytana icazə verir ki, qəlbinə daxil olsun, şeytan cücələrini böyüdərək qüdrət əldə edər və insanın bütün varlığına hakim olar. Baxmayaraq ki, zahirdə insan kimidir, ancaq daxili şeytanidir. Gözü, qulağı, əlləri, ayaqları... şeytana tabedir.

 

Belə bir insan hər nə qədər çalışsa ki, günah etməsin – bacarmayacaqdır. Bu insanın yüyəni şeytanın əlində olar. Şeytan onu hansı tərəfə istəsə, o tərəfə də çəkəcəkdir. O, öz iradəsi ilə şeytana icazə verdiyi üçün, heç bir bəhanəsi qalmaz. Etdiyi hər bir günahı şeytanın üstünə atmağa haqqı olmaz. (Beytutə)

 

Nəhayət şeytan belə bir insanı günah atına mindirər. Batil sözləri onun nəzərində zinətləndirər. Bu yolla şeytan and içdiyi vədinə əməl etmiş olar və insanı zəlil və xar edər. Dedi: «Ey Rəbbim, məni (Öz dərgahından uzaqlaşdırmaqla) azğınlığa atdığına görə, mən də yer üzündə (bütün pis işləri) onlar (insanlar) üçün zinətləndirəcək və onların hamısını azdıracağam». (“Hicr” 39).

 

«Mən onun və tayfasının Allahı qoyub, günəşə səcdə etdiklərini gördüm. Şeytan onların (küfrlü) əməllərini nəzərlərində zinətləndirmişdir, beləliklə haqq yoldan onları saxlamışdır. Buna görə də əsla düz yolu tapa bilmirlər». (“Nəml” 24).

 

Allah Təala bizləri, cəmi insanları bundan hifz etsin!


mənbə: deyerler.org

Xəbər lenti

Gürcüstan-Rusiya sərhədi istiqamətində ən uzun tunelin çəkilməsi rəsmən başa çatıb
2024-04-23 16:23

Poniçalada din xadimini bıçaqlayıblar
2024-04-23 14:34

Saxta sürücülük vəsiqəsi verən 4 nəfər saxlanıldı
2024-04-23 12:26

Gürcüstan hökumətinin qanun layihəsi Aİ dəyərlərinə uyğun gəlmir
2024-04-23 11:03

Ayaqüstə su içmək olmaz? – İslamda su içməklə bağlı tövsiyələr…
2024-04-23 11:00

Quranda izzəti-nəfs (ləyaqət) və emosional nizam-intizam
2024-04-23 10:57

Tbilisidə Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli təşkilat konfrans keçirib
2024-04-23 10:52

İşğalçı qüvvələrin nümayəndələri 2 Gürcüstan vətəndaşını həbs ediblər
2024-04-23 10:45

Rus qanununun qəbulu ilə Gürcüstan Almaniyada “təhlükəsiz ölkə” statusunu itirə bilər
2024-04-23 10:38

Aİ-yə kim, gürcü xalqı yoxsa “Gürcü Arzusu” hazır deyil?
2024-04-23 10:25

Qardabanidə mağaza qarət edilib
2024-04-23 09:56

Parlament yaxınlığında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz aksiyası davam edir
2024-04-22 22:26

Bir gəncin ölümü ilə nəticələnən yol qəzası baş verib
2024-04-22 22:24

Gürcüstan XİN Azərbaycan-Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır
2024-04-22 19:33

Gürcüstandan Azərbaycana xırdabuynuzlu heyvanların idxalına məhdudiyyət qoyulub
2024-04-22 19:29

Gürcüstan elektrik enerjisi ixracını 14 dəfə artırıb
2024-04-22 19:26

3 ay ərzində aksizsiz tütün məmulatlarının saxlanması-daşınması faktları aşkarlanıb
2024-04-22 19:23

"Rus qanunu bizim Avropa statusumuzun ləğvinə səbəb ola bilər"
2024-04-22 19:21

23 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-22 19:12

Tbilisidə 70 min tamaşaçı üçün nəzərdə tutulan stadion tikiləcək
2024-04-22 15:02

Gürcüstan 2028-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi etmək üçün müraciət edəcək
2024-04-22 14:59

Bu tarixdə havanın temperaturu 38 dərəcəyə yüksələcək
2024-04-22 13:49

“Gürcü arzusu” Tbilisidə aksiya keçirməyi planlaşdırır
2024-04-22 12:49

Bu cərimələr artırılıb
2024-04-22 12:38

7 partiya: Biz söz veririk ki, dinc nümayiş zamanı maskalı xüsusi təyinatlılarla bir daha heç vaxt qarşı-qarşıya gəlməyəcəksiniz
2024-04-22 10:35

Məktəblərdə terror olacağına dair yayılan yalan xəbərlərə DTX açıqlama verdi
2024-04-22 10:16

Parlament qarşısında “Rus qanununa yox” aksiyası davam edir
2024-04-21 22:27

Almaniyada ətir oğurlayan Gürcüstan vətəndaşı tutulub
2024-04-21 22:24

4 kənd qayıtdı, İrəvan-Tiflis marşrutu dəyişdirildi
2024-04-21 18:20

Tbilisidə minik avtomobili ilə motosiklet toqquşub
2024-04-21 18:03

Parlament “Ofşorlar haqqında” qanun layihəsi sürətləndirilmiş qaydada qəbul edilib
2024-04-21 12:55

“Hökuməti tənqid edənləri susdurmaq üçün hazırlanıb”
2024-04-21 12:41

Aksiyalarda 40 nəfəri həbs etdik, polis məmurunun ləyaqətini alçaldan hər kəs ciddi şəkildə cəzalandırılacaq
2024-04-21 12:36

Avtomobil çaya düşüb, bir nəfər ölüb
2024-04-21 11:36

ABŞ Ukraynaya 61 milyard dollar yardım edəcək - VİDEO
2024-04-21 11:21

Qaraciyərimiz bu 5 qidanı sevir
2024-04-21 11:10

”İşğalçı ölkə öz işğal etdiyi ölkədə şəffaflığı necə təşkil edə bilər? “
2024-04-20 21:08

Tiflisdə etirazlar davam edir: Rustavelli bağlandı - Video
2024-04-20 20:51

İrakli Qaribaşvili:”Bu gün biz Avropa İttifaqına üzv olmağa hazır deyilik"
2024-04-20 19:35

Qadınlar Rus qanunlarına qarşı- aksiya ilə bağlı Rustaveli prospekti bağlanıb
2024-04-20 19:19


Digər İslam Dünyası xəbərləri:

Qurana əsasən orucun faydaları

77

Qədr gecəsinin fəzilətləri

107