İnsanın heyvanlarla bağlı hansı məsuliyyəti vardır?

27 Iyul 2021 - 10:58

134557

İmam Əli (ə) xilafətinin əvvəllərində buyurmuşdu: “İnsanlar və şəhərlərlə təvqalı rəftar edin. Çünki siz hesaba çəkiləcəksiniz, hətta diyarlar və heyvanlarla bağlı belə”.

 

Aləmlərin ən üstün varlığı olan insanın heyvanlarla bağlı hansı məsuliyyətləri vardır?

İslam dininin nəzərinə görə, hakim insanların qanuna əməl edib-etmədiyinə nəzarət etdiyi kimi, insan da heyvanların həyatının vəziyyətinə nəzarət etməyə məsuldur. Çalışmalıdır ki, malik olduğu heyvanın qidasını, suyunu və qalmaq yerini təmin etsin və bu sahədə səhlənkarlıq etməsin. Çünki əks halda heyvanların haqqına qarşı zülm etmiş olar.

 

Əllamə Hilli yazır: “Əgər heyvan sahibi heyvanın xərcini az edərsə, bu halda əgər həmin heyvan halal ətli olarsa, hakim onu bu üç işdən birini yerinə yetirməyə vəzifələndirər:

1. Heyvana infaq etmək.

2. Onu başqasına satmaq.

3. Heyvanı kəsmək ki, bir daha aclıqdan əziyyət çəkməsin.

Əgər bu əməli yerinə yetirməkdən boyun qaçırdarsa, hakim onun malını və ya torpağını satar və heyvanın xərcini ödəyər. Əgər mülkə malik olmasa, həmin heyvanı satmaq daha üstündür”.

 

Qurani-Kərimin ayələrini oxuyan zaman belə qənaətə gəlmək olur ki, insan kimi, bütün canlıların da şüuru vardır. Ona görə də onların haqqına riayət olunmalıdır.

Müqəddəs Quran buyurur: “Yer (üzün)də elə bir hərəkət edən heyvan və iki qanadı ilə uçan elə bir quş yoxdur ki, (yaradılışının hədəfi, ömür müddətinin müəyyənləşdirilməsi, nəslinin artımı və həyat tərzi baxımından) sizin kimi ümmətlər olmasınlar.

Biz Öz kitabımızda (bəyan etmək baxımından Lövhi-Məhfuz kitabında və yaratmaq baxımından Təkvin kitabında) heç nəyi nəzərdən qaçırmamışıq.

Sonra onlar (Qiyamət günü) hamılıqla (öldükləri yerlərdən) öz Rəbblərinə tərəf toplanılacaqlar”. (“Ənam” 38).

 

Həzrət Peyğəmbər (s) bir dəvəni görür ki, bir yerə bağlanmışdır və yükü də belində qalmışdır. Həzrət (s) buyurur: “Bu dəvənin sahibi kimdir? Ona deyin ki, özünü hesab vermək üçün hazır etsin”.

Yəni, özünü Qiyamət günü bu heyvanla bağlı hesaba hazır etsin. Çünki, bu əməlinə görə ondan hesab çəkiləcəkdir.

 

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Hər kim sərçəni səbəbsiz yerə öldürərsə, Allah Qiyamət günü ona sual verəcəkdir”.

 

Beləliklə, deyə bilərik ki, bütün canlıların haqqı vardır və hər kim bu haqqa əməl etməzsə, Qiyamət günü hesaba çəkiləcəkdir.



Xəbər lenti

Verada silahlı atışma olub
2024-05-06 22:20

Marneulidə "Coca-Cola" daşıyan maşın mebel mağazasına çırpılıb
2024-05-06 22:16

Gənc qadın avtomobil qəzasında həlak olub
2024-05-06 20:09

Qərb Gürcüstana əsassız təzyiqlər edir, amma bu, lazımsız təlaşdır
2024-05-06 19:59

Pedaqoq Lado Apxazava və övladına hücum olunub
2024-05-06 19:54

Marneulidə avtomobil qəzası baş verdi
2024-05-06 19:50

“Bidzina İvanişvilini sanksiyalarla şantaj etməyin mənası yoxdur”
2024-05-06 19:48

May ayının 7 -dək olan hava proqnozu açıqlandı
2024-05-06 19:16

Ukraynada daha bir gürcü döyüşçü həlak olub
2024-05-06 19:12

Anonymous 4 hökumət saytını bağlayıb
2024-05-06 15:09

Sürixdə mebel mağazasından oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb
2024-05-06 13:55

Qurani-Kərimdə yaradılış nəzmi
2024-05-06 11:12

Ən zərərli tərəvəzin adı açıqlandı
2024-05-06 10:56

Bu gün “rus qanunu”na qarşı növbəti aksiya baş tutacaq
2024-05-05 18:56

Qəhrəmanlar meydanında saxlanılanlardan bəziləri həbsxananı tərk edib
2024-05-05 18:53

Avtomobillə çaya düşən üç yeniyetmədən birinin meyiti tapıldı
2024-05-05 18:49

Qərb və ABŞ təzyiq göstərərək Gürcüstanı öz oyuncağına çevirmək istəyirlər
2024-05-05 15:18

Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik
2024-05-05 15:14

ABŞ Əl Qaidə lideri əvəzinə çobanı vurdu
2024-05-05 13:41

Bu gün Pasxa bayramıdır
2024-05-05 12:53

Ağır yol qəzası nəticəsində 4 yaşlı uşaq həyatını itirdi
2024-05-05 12:39

Ölkədə yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-05 12:23

Zurabişvili hökumətə qarşı: AB ölkələrindən bunu xahiş etdi
2024-05-05 12:04

Gürcüstanda dövlət çevrilişi hazırlayır?
2024-05-04 20:31

Ağır yol qəzasında bir nəfər ölüb, yeddi nəfər yaralanıb
2024-05-04 20:27

Prezident İvanişvilinin gürcü xalqına və səfirlərə qarşı bəyanatını "təxribatçı" adlandırıb
2024-05-04 19:08

Mikroavtobusla minik avtomobili toqquşub - Yaralılar var
2024-05-04 17:18

Ağır yol qəzasında 4 nəfər yaralandı
2024-05-04 16:50

Prezident Aİ-yə üzv ölkələrin Gürcüstandakı səfirləri ilə görüşüb
2024-05-04 14:32

Baş nazir Asiya İnkişaf Bankının prezidenti ilə görüşüb
2024-05-04 13:50

Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar
2024-05-04 12:47

Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
2024-05-04 12:36

Aİ Şurasının prezidenti ilə Gürcüstanın baş naziri arasında telefon danışığı olub
2024-05-04 12:15

“Gürcüstan dönüş nöqtəsindədir, gürcü xalqının istədiyi və layiq olduğu yola qayıtmaq üçün hələ imkan var”
2024-05-04 11:58

Gürcüstandakı hadisələrdə Rusiya izi yoxdur
2024-05-03 22:59

Tbilisidə “Şəffaflıq Qanunu”na qarşı aksiya keçirilir
2024-05-03 22:03

Salome Zurabişvili ölkədə baş verənlərlə bağlı Şarl Mişel ilə telefon danışığı aparıb
2024-05-03 20:43

Prezident ofşor qanununa veto qoydu
2024-05-03 19:49

Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub
2024-05-03 19:04

“ Mən Derek Şoleyə 2020-23-cü illərin iki inqilabi cəhdindən səmimi məyusluğumu bildirdim”
2024-05-03 18:56


Digər İslam Dünyası xəbərləri:

Holland aktyor müsəlman oldu

104

Bismillah və salavatın təsirləri

104