Bu gün Mübahilə günüdür (Günün əməlləri)

04 Avqust 2021 - 09:31

134747

Zilhiccə ayının 24-də məşhur Mübahilə hadisəsi baş vermişdir.

“Mübahilə”nin mənası - qarşı tərəfə nifrin, lənət deməkdir. Yəni, Qarşı tərəf dəlil, sübut qəbul etməkdən imtina etdikdə, yalan danışana İlahi lənətin nazil olması barədə birgə dua etmək mənası daşıyır. Ümumi halda, mübahilə ən son vasitə kimi tanınır.


Bu tarixi olay, Həzrət Peyğəmbərin (s) axırıncı peyğəmbər olaraq, Xatəmül-ənbiya olaraq hidayət missiyası ilə, haqq yola dəvət vəzifəsilə bilavasitə əlaqəli məsələdir. Peyğəmbərimiz (s) öz missiyası barədə mesajları dünyanın hər yerinə göndərmişdir. Belə  dəvətlərdən biri də Nəcran məsihilərinə çatdırılmışdır. Yəmənlə sərhəddə yerləşən Nəcran məntəqəsinin əksəriyyəti məsihilərdən ibarət idi. Həzrət Rəsuli-Əkrəmin (s) dəvəti onlara çatdıqda, 14 nəfər nüfuzlu xristiandan ibarət heyətlə Peyğəmbərimizin (s) mübarək hüzuruna gəldilər.


Qeyd edək ki, öncə göndərilmiş təbliğatçılar Nəcran əhalisinin bir hissəsinin hidayət olunmasına səbəb olmuşdular. Xeyli sayda nəcranlı insan Peyğəmbərimizin (s) dəvətinə cavab verərək, İslama gəlmişdi. Lakin, keşişlər tərəfindən idarə edilən böyük bir qrup, bu dəvəti cavablandırmaqla bağlı tərəddüddə idi. Eyni zamanda, Həzrət Rəsulallah (s) barədə xristian dininə aid müqəddəs kitablarda məlumatların olması məsələsi də gündəmdə idi. Belə olan halda, nəcranlılar Peyğəmbəri-Əkrəmin (s) yanına böyük səlahiyyətlərə malik bir heyəti göndərib, məsələni yerində tədqiq etməyi qərarlaşdılar.


Mədinəyə gələn bu heyət, Peyğəmbərimizə  (s) İslam dininin mahiyyəti barədə suallar verməyə başlayırlar. Peyğəmbərimiz (s) xaçpərəst heyətinə, təkallahlığın mahiyyətinini çatdırmaqla bağlı öz mübarək missiyası başa salır. Bir çox dəlillərin gətirilməsinə baxmayaraq, keşişlər inadkarlıq edirlər. Bütün ömürləri boyu inandıqları mövzuları buraxaraq, İlahi təlimə iman gətirmək onlara çətin gəlirdi.


Nəcran məsihilərinin inadkarlığının səbəbi – onların  üzərinə bununla bağlı düşən vəzifələrdən irəli gəlirdi. Onlar vərdiş etdikləri baxışlardan imtina etməli və dünyagörüşləri ilə bağlı araşdırmalar, tədqiqatlar aparmalı idilər. Bundan əlavə, indiyədək olan vəziyyətlə bağlı öz camaatlarına aydın bir izahatlar verməli idilər.


Belə  olan şəraitdə Nəcran keşişləri zahirdə İslamı qəbul etdiklərini dedilər. Peyğəmbərimiz (s) isə onlara bildirdi ki, onlar gerçəkdə iman gətirməyiblər. İslamı ürəklə qəbul etmək – müsəlman olmağın ümdə şərtidir. Belə olduqda, onlar İslamı qəbul etməkdən imtina edirlər.

 

Beləliklə, nəcranlılar əks təklif irəli sürdülər. Onlar təklif etdilər ki, müəyyən bir yerdə, müəyyən bir vaxtda yığışaq və haqqın üzə çıxması, nahaqqın məhvi üçün qarğış edək. Bu zaman Peyğəmbərimizə (s) ayə nazil oldu: “Buna görə də, sənə elm gəldikdən sonra, onun barəsində (Həzrət İsa haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: “Gəlin biz öz oğullarımızı və siz öz oğullarınızı, biz öz qadınlarımızı və siz öz qadınlarınızı, biz özümüzü (bizim canımız kimi olan kəsləri) və siz də özünüzü çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə, Allahın lənətini yalançılara yağdıraq”” (“Ali-İmran” surəsi, 61-ci ayə).


Nəcran məsihiləri bu təklifin ədalətliliyi ilə razılaşırlar və mübahilə üçün vaxt və məkan müəyyən edərək, hazırlaşmağa gedirlər.


Axşam yetişir. Məsihilər müşavirə təşkil edərək, sabahkı günü müzakirə edirlər. Bunların başbilənləri deyirlər ki, əgər sabah yeni din gətiməyə, peyğəmbərliyə iddiaı həmin şəxs öz səhabələri ilə gəlsə, demək o, İlahi peyğəmbər deyil. Amma əgər öz ev əhli ilə gəlsə, demək onun iddiası həqiqidir və onda biz gərək bu işə getməyək. O zaman bizim mübahilə etməyimiz pis olar. Çünki, o, öz ev əhlini bu işə dəvət etsə və hazır olsa ki, onları fəda etsin, hazır olsa ki, onlar İlahi əzaba düçar olsun – deməli, həqiqi peyğəmbərdir və iddiası həqiqidir. Bu, ona dəlalət edir ki, o, öz iddiasına arxayındır və yəqini var ki, İlahi əzab ona nazil olmayacaqdır.


Çox incə bir mətləbdir ki, görəsən Peyğəmbər “oğullarımız” olaraq kimləri özü ilə götürəcək, “qadınlarımız” dedikdə kimləri götürəcək və “özümüz” dedikdə kimi özü ilə götürəcək?


Nəcranlılar bu düşüncə ilə səhəri açırlar və mübahilə olunacaq yerə gedirlər. Həmin qərarlaşdıqları yerə çatanda görürlər ki, İslam Peyğəmbəri (s) gəlir və qucağında bir uşaq var. Başqa bir uşağın da əlindən tutub yanında gətirir. Onun ardınca da nuranikdə tayı-bərabəri olmayan bir xanım və bir kişi gəlir.


Nəcranlılar görürlər ki, gələn cəmin xüsusi bir mənəvi haləti, böyüklüyü, vüqarı vardır. Xüsusi bir mənəvi heybətlə həmin məkana yaxınlaşırlar.
Nəcranlılar görürlər ki, Rəsuli-Əkrəm (s) yanındakı mübarək cəmə müraciətlə: “Hər zaman ki, mən nifrin dedim, siz “amin” deyiniz”, - deyə buyurur.


Nəcranlılar mübahilə səhnəsini müşahidə etməyə gələn mədinənilərdən soruşurlar ki, bəs Rəsuli-Əkrəmin (s) yanında gələn insanlar kimdir? Mədinəlilər cavab verirlər ki, bunlar Peyğəmbərin (s) yaxınlarıdır, Əhli-Beytidir (ə). Və izah verirlər ki, nuraniyyət və əzəmət təcəssümü olan o kişi – Həzrət Əlidir (ə). Nuraniyyət və iffət təcəssümü olan o xanım – qızı Həzrət Fatimədir (s.ə.). Qucağında olan o məsum körpə - nəvəsi İmam Hüseyndir (ə). Əlindən tutduğu o məsum uşaq – böyük nəvəsi İmam Həsəndir (ə).


Vəziyyəti belə görən məsihi ruhanilərin böyüyü bildirdi ki, “Mən özümü əzabın bir neçə addımlığında görürəm”. Bu sözlər tarixə düşmüşdür. Həzrət Peyğəmbəri (s) və Əhli-Beytini (ə) tanımayan, amma onların sonsuz nuraiyyətini və mənəvi halətlərini görərək, onların mənəvi üstünlüyünü bilmərrə qəbul edənlərin şəhadətidir bu. Bu nuraniyyət və mənəviyyat zirvəsi qarşısında təzim edənin şəhadətidir bu.


Bu hadisə hicrətin 10-cu ili zilhiccə ayının 24-də  baş vermişdir. İslam Peyğəmbəri (s) öz Əhli-Beyti ilə Məscidül-icabə yerləşən məkana gəldilər. Amma Nəcran nümayəndələri onları gördükdə dedilər ki, əgər Rəsuli-Əkrəmin hər nifrininə bu insanlar “amin” desələr, onların kökü kəsilər. Və mübahilədən imtina edərək, İslamın himayəsi altına keçirlər.

 

Mübahilə elə bir gündür ki, Həzrət Peyğəmbər (s) mübarək əbasını İmam Əlinin (ə), Həzrət Fatimənin (s.ə), İmam Həsənin (ə) və İmam Hüseynin (ə) üzərinə örtür və buyurur: “Allahım! Hər bir peyğəmbərin əhli-beyti olmuşdur ki, xüsusi insanlar idilər. Allahım, bunlar da mənim Əhli-Beytimdir (ə). Ona görə də onlardan şəkk və günahı aradan qaldır və onları pak et”.

Həzrət Cəbrayil (ə) nazil olur və onların pak olmasına aid ayə gətirir.

 

Həzrət Peyğəmbər (s) bu dörd nəfəri əbasınn altından çıxardır. Onlar xristianlarla mübahiləyə gedirlər. Xristianlar onları görən zaman Həzrətin (s) haqq olduğunu qəbul edir, mübahilə etmirlər.

 

Bu gündə İmam Əli (ə) rüku halında sədəqə verir. Buna görə də, Həzrət Əlinin (ə) şəninə Qurani-Kərimin ayəsi nazil olur.

 

Bu gün şərəfli bir gündür və bir neçə əməli vardır.

 

1.   Qüsl almaq.

 

2.   Oruc tutmaq.

 

3.   Qədir-Xum bayramında qılınan iki rükətli namaz kimi namaz qılmaq. Eyni vaxtda və eyni keyfiyyətdədir.

Zöhr namazına yarım saat qalmış iki rükətli namazı qılmaq ki, hər rükətində bir “Həmd”dən sonra 10 dəfə “İxlas”, 10 dəfə “Ayətül-kürsü”, 10 dəfə “Qədr” surəsini oxumaq. Namazdan sonra 70 dəfə istiğfar etmək.

 

4.   “Mübahilə” duasını oxumaq.

 

5.   İmam Əlini (ə) ziyarət etmək.

 

6.   “Camiə Kəbirə” ziyarətini oxumaq.

 

Mübahilə günündə digər müstəhəb əməllər:

 

 

- gözəl və təmiz paltar geyinmək,

xoş ətir vurmaq,

- İmam Əli (ə) davamçılarını sevindirmək,

- Əhli-Beyt (ə) davamçılarının təqsirlərindən keçmək,

- Əhli-Beyt (ə) davamçılarının hacətlərini yerinə yetirmək,

- sileyi-rəhm etmək,

- möminlərə iftar yeməyi vermək,

möminlərin ziyarətinə getmək,

- təbəssüm etmək,

- möminlərə hədiyyə göndərmək,

- çoxlu salavat göndərmək.


Mənbə: Deyerler

Xəbər lenti

Gənc qadın avtomobil qəzasında həlak olub
2024-05-06 20:09

Qərb Gürcüstana əsassız təzyiqlər edir, amma bu, lazımsız təlaşdır
2024-05-06 19:59

Pedaqoq Lado Apxazava və övladına hücum olunub
2024-05-06 19:54

Marneulidə avtomobil qəzası baş verdi
2024-05-06 19:50

“Bidzina İvanişvilini sanksiyalarla şantaj etməyin mənası yoxdur”
2024-05-06 19:48

May ayının 7 -dək olan hava proqnozu açıqlandı
2024-05-06 19:16

Ukraynada daha bir gürcü döyüşçü həlak olub
2024-05-06 19:12

Anonymous 4 hökumət saytını bağlayıb
2024-05-06 15:09

Sürixdə mebel mağazasından oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb
2024-05-06 13:55

Qurani-Kərimdə yaradılış nəzmi
2024-05-06 11:12

Ən zərərli tərəvəzin adı açıqlandı
2024-05-06 10:56

Bu gün “rus qanunu”na qarşı növbəti aksiya baş tutacaq
2024-05-05 18:56

Qəhrəmanlar meydanında saxlanılanlardan bəziləri həbsxananı tərk edib
2024-05-05 18:53

Avtomobillə çaya düşən üç yeniyetmədən birinin meyiti tapıldı
2024-05-05 18:49

Qərb və ABŞ təzyiq göstərərək Gürcüstanı öz oyuncağına çevirmək istəyirlər
2024-05-05 15:18

Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik
2024-05-05 15:14

ABŞ Əl Qaidə lideri əvəzinə çobanı vurdu
2024-05-05 13:41

Bu gün Pasxa bayramıdır
2024-05-05 12:53

Ağır yol qəzası nəticəsində 4 yaşlı uşaq həyatını itirdi
2024-05-05 12:39

Ölkədə yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-05 12:23

Zurabişvili hökumətə qarşı: AB ölkələrindən bunu xahiş etdi
2024-05-05 12:04

Gürcüstanda dövlət çevrilişi hazırlayır?
2024-05-04 20:31

Ağır yol qəzasında bir nəfər ölüb, yeddi nəfər yaralanıb
2024-05-04 20:27

Prezident İvanişvilinin gürcü xalqına və səfirlərə qarşı bəyanatını "təxribatçı" adlandırıb
2024-05-04 19:08

Mikroavtobusla minik avtomobili toqquşub - Yaralılar var
2024-05-04 17:18

Ağır yol qəzasında 4 nəfər yaralandı
2024-05-04 16:50

Prezident Aİ-yə üzv ölkələrin Gürcüstandakı səfirləri ilə görüşüb
2024-05-04 14:32

Baş nazir Asiya İnkişaf Bankının prezidenti ilə görüşüb
2024-05-04 13:50

Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar
2024-05-04 12:47

Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
2024-05-04 12:36

Aİ Şurasının prezidenti ilə Gürcüstanın baş naziri arasında telefon danışığı olub
2024-05-04 12:15

“Gürcüstan dönüş nöqtəsindədir, gürcü xalqının istədiyi və layiq olduğu yola qayıtmaq üçün hələ imkan var”
2024-05-04 11:58

Gürcüstandakı hadisələrdə Rusiya izi yoxdur
2024-05-03 22:59

Tbilisidə “Şəffaflıq Qanunu”na qarşı aksiya keçirilir
2024-05-03 22:03

Salome Zurabişvili ölkədə baş verənlərlə bağlı Şarl Mişel ilə telefon danışığı aparıb
2024-05-03 20:43

Prezident ofşor qanununa veto qoydu
2024-05-03 19:49

Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub
2024-05-03 19:04

“ Mən Derek Şoleyə 2020-23-cü illərin iki inqilabi cəhdindən səmimi məyusluğumu bildirdim”
2024-05-03 18:56

4 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-03 18:38

Qori -Xaşuri yolunda qəza baş verib
2024-05-03 15:25


Digər İslam Dünyası xəbərləri:

Holland aktyor müsəlman oldu

104

Bismillah və salavatın təsirləri

104