Məhərrəm ayı daxil oldu: Birinci günün və ayın əməlləri

10 Avqust 2021 - 09:23

134614

Agah olaq ki, bu ay Məsumların (ə) və onların davamçılarının qəm və qüssə ayıdır. Həzrət İmam Rzadan (ə) nəql edilir: “O zaman ki, Məhərrəm ayı gələr, heç kim atamı gülərüz görməzdi. Onuncu gününə qədər bu qəm və qüssəli olmağı davam edərdi. Aşura günü çatanda, onun  müsibət, qəm və göz yaşı günü olardı. Buyurardı: "Bu gün elə bir gündür ki, Hüseyn (ə) şəhid olmuşdur”".

Məhərrəm ayının ilk gecəsi: İbni Tavus “İqbal” kitabında bu gecə haqqında bir neçə namaz zikr etmişdir.
1. Yüz rükət namazdır ki, hər bir rükətində “Həmd” və “Tövhid” surələri oxunur.
2. İki rükətli namazdır ki, birinci rükətdə “Həmd” və “Ənam” və ikinci rükətdə isə “Həmd” və “Yasin” surəsi oxunar.
3. İki rükətli namazdır ki, hər bir rükətində “Həmd"dən sonra 11 dəfə “Tövhid” surəsi oxunar. Həzrət Peyğəmbərdən (s) nəql edilir: “Hər kim bu iki rükət namazı bu gecədə yerinə yetirərsə, sabahısı günü oruc tutsun. O kəs kimi olar ki, bütün il boyu xeyir iş görmüşdür. Həmin ildə hifz edilər. Əgər ölərsə, behiştə gedər”.

Birinci gün: Oruc tutmaq. Riyan ibni Şəbib İmam Rzadan nəql edir: “Hər kim bu günü oruc tutarsa, Allahı çağırarsa, Allah onun duasını yerinə yetirər. Necə ki, Zəkəriyyanın (ə) duasını qəbul etmişdi".
İmam Rzadan (ə) nəql edilir: “Peyğəmbər (s) Məhərrəm ayının birində iki rükətli namaz qılardı. Qurtarandan sonra əllərini göyə qaldıraraq, bu duanı edərdi: "Allahım, Sən əzəli Məbudsan! Bu, Sənin ilindir. Bu aydan Səndən şeytandan hifz edilməyimi, günah işlədə bilən nəfsə qələbə çalmağımı, məni Sənə yaxınlaşdıran şeylərlə məşğul olmağımı istəyirəm.
Ey Böyük və böyüklərin Sahibi! Ey sığınacağı olmayanların Sığınacağı! Ey o kəsin qəm yeyəni ki, onun qəm yeyəni yoxdur! Ey o kəsin pənah yeri ki, başqa pənah yeri yoxdur! Ey o kəsin fəryadına çatanı ki, fəryadına çatan yoxdur! Ey o kəsin himayəçisi ki, onun himayəçisi yoxdur! Ey o kəsin xəzinəsi ki, onun xəzinəsi yoxdur! Ey yaxşı imtahan edən, ey ümidlərin böyüyü, ey gücsüzlərin izzəti, ey qərq olmuşların nicat verəni, ey həlak olanları xilas edən, ey nemətverən...”.

Üçüncü gün: Həzrət Yusifin (ə) zindandan azad olduğu gündür. Kim həmin günü oruc tutarsa, Allah Təala çətin işləri onun üçün asan edər. Qəmi ondan uzaqlaşdırar. Duası qəbul olar.

Doqquzuncu gün: Tasua günüdür. İmam Sadiqdən (ə) nəql edilir: “Tasua o gündür ki, İmam Hüseyni (ə) və tərəfdaşlarını Kərbəlada mühasirəyə aldılar. Şam ordusu Həzrətlə (ə) döyüşmək üçün dairə qurdu. İbni Mərcanə və Ömər Səd ordunun çoxluğuna görə sevinirdilər. İmam Hüseyni (ə) və səhabələrini zəif hesab edirdilər. Yəqin etdilər ki, Həzrətin (ə) köməyinə heç kim gəlməyəcəkdir. İraq xalqı ona yardım etməyəcəkdir”.

Onuncu günün gecəsi: Aşura gününün gecəsidir. Seyid Tavus bu gecə üçün çox sayda namaz və dualar zikr etmişdir. O cümlədən yüz rükət namazdır ki, hər rükətində “Həmd” surəsindən sonra üç dəfə “Tövhid” deyilir və sonra  bu duanı oxuyursan: "Allah münəzzəhdir, Allaha həmd olsun, Allahdan başqa məbud yoxdur. Allah böyükdür”.

Başqa bir hədisdə tövbə etmək də zikr edilmişdir. Gecənin sonunda dörd rükət namaz zikr edilmişdir ki, hər bir rükətində “Həmd"dən sonra “Ayətül-kürsü"nün hər hansı ayəsi, “Tövhid”, “Nas”, “Fələq” surələrini 10 dəfə oxumaq. Salamdan sonra yüz dəfə “Tövhid” surəsini oxumaq.
 
Başqa bir namaz dörd rükətli namazdır ki, hər rükətində “Həmd"dən sonra 50 dəfə “Tövhid” surəsini oxumaqdır. Bu namaz  Əmirəl-möminin (ə) namazına bərabərdir və çox fəzilətlidir. Namazdan sonra Allahı çoxlu zikr edin, Peyğəmbərə (s) salavat göndərin, nə qədər bacarırsınızsa, düşmənlərə lənət deyin.
 
Bu gecədə ibadət etmək bütün mələklərin ibadəti kimidir. Bu gecənin ibadəti 70 ilin ibadətinə bərabərdir. Əgər kimsə bu gecə Kərbəlada olarsa, İmam Hüseyni (ə) ziyarət etsin və o Həzrətin (ə) yanında səhərə qədər dua etsin. Allah onu, şəhidlər sırasında məhşur edər.

Aşura günü:  Həzrət Hüseynin (ə) şəhid olan  günüdür.  Bu gün Məsumların (ə) və onların davamçılarının qəm və qüssə günüdür. Bu gün yaxşı olar ki, müsəlmanlar dünya işləri ilə məşğul olmasınlar. Göz yaşı tökərək, mərsiyə desinlər. Həzrətə (ə) əzadarlıq keçirtsinlər. Sanki övladları və yaxın əzizlərinin əzadarlığını keçirmiş kimi, bu işə şövqlə yanaşsınlar.
 
"Aşura" ziyarətini oxuyaraq, Həzrəti (ə) ziyarət etsinlər. Həzrətin (ə) qatillərinə lənət oxusunlar. Həmin günü oruc tutmayın, ancaq yemək və içməyə meyil göstərməyin. Əsrdən sonra müsibət əhlinin iftar etdiyi yeməklərdən yeyin. Qatıq, süd kimi. Əllamə Məclisi buyurmuşdur: “Yaxşı olar ki, Məhərrəm ayının doqquzuncu və onuncu günü oruc tutmayasınız. Çünki Bəni-Ümməyə bərəkət olsun deyə bu iki günü oruc tutmuşdular. Yalan deyərək, bu iki gündə oruc tutmağın fəzilətli olmasını Peyğəmbərə (s) nisbət vermişdilər. Əhli-Beyt (ə) bu iki gün haqqında çox sayda hədis nəql etmişdir. Bu iki gün, xüsusilə də Aşura günü məzəmmət edilmişdir".
 
Həzrət Rzadan (ə) nəql edilir: “Hər kim Aşura günü öz ehtiyaclarını unudar, iş dalınca getməz - Allah onun dünya və axirət ehtiyaclarını ödəyər. Hər kim Aşura günü qəmgin və ağlar olarsa, Allah Qiyamət gününü onun sevincli və xoşhal olan günü edər. Behiştdə nəzərləri bizimlə aydın olar. Hər kim Aşura günü bərəkət günü adlandırar, həmin günü evi üçün nəyisə alarsa, Allah aldığı şeyi onun üçün mübarək etməz. Qiyamət günü Yezid, Ubeydullah ibni Ziyad və Ömər ibni Sədlə məhşur olar".

 


Ona görə də bu günü insan başqa işlə məşğul olmamalıdır. Ağlamalı və mərsiyə deməlidir. Ev əhlinə göstəriş verin ki, o Həzrətin (ə) əzasını saxlasınlar. Matəm və əzadarlıqla məşğul olsunlar.

On ikinci gün: Həzrət İmam Səccadın (ə) şəhadətə yetişən gündür.

Mənbə: Deyerler

Xəbər lenti

Verada silahlı atışma olub
2024-05-06 22:20

Marneulidə "Coca-Cola" daşıyan maşın mebel mağazasına çırpılıb
2024-05-06 22:16

Gənc qadın avtomobil qəzasında həlak olub
2024-05-06 20:09

Qərb Gürcüstana əsassız təzyiqlər edir, amma bu, lazımsız təlaşdır
2024-05-06 19:59

Pedaqoq Lado Apxazava və övladına hücum olunub
2024-05-06 19:54

Marneulidə avtomobil qəzası baş verdi
2024-05-06 19:50

“Bidzina İvanişvilini sanksiyalarla şantaj etməyin mənası yoxdur”
2024-05-06 19:48

May ayının 7 -dək olan hava proqnozu açıqlandı
2024-05-06 19:16

Ukraynada daha bir gürcü döyüşçü həlak olub
2024-05-06 19:12

Anonymous 4 hökumət saytını bağlayıb
2024-05-06 15:09

Sürixdə mebel mağazasından oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb
2024-05-06 13:55

Qurani-Kərimdə yaradılış nəzmi
2024-05-06 11:12

Ən zərərli tərəvəzin adı açıqlandı
2024-05-06 10:56

Bu gün “rus qanunu”na qarşı növbəti aksiya baş tutacaq
2024-05-05 18:56

Qəhrəmanlar meydanında saxlanılanlardan bəziləri həbsxananı tərk edib
2024-05-05 18:53

Avtomobillə çaya düşən üç yeniyetmədən birinin meyiti tapıldı
2024-05-05 18:49

Qərb və ABŞ təzyiq göstərərək Gürcüstanı öz oyuncağına çevirmək istəyirlər
2024-05-05 15:18

Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik
2024-05-05 15:14

ABŞ Əl Qaidə lideri əvəzinə çobanı vurdu
2024-05-05 13:41

Bu gün Pasxa bayramıdır
2024-05-05 12:53

Ağır yol qəzası nəticəsində 4 yaşlı uşaq həyatını itirdi
2024-05-05 12:39

Ölkədə yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-05 12:23

Zurabişvili hökumətə qarşı: AB ölkələrindən bunu xahiş etdi
2024-05-05 12:04

Gürcüstanda dövlət çevrilişi hazırlayır?
2024-05-04 20:31

Ağır yol qəzasında bir nəfər ölüb, yeddi nəfər yaralanıb
2024-05-04 20:27

Prezident İvanişvilinin gürcü xalqına və səfirlərə qarşı bəyanatını "təxribatçı" adlandırıb
2024-05-04 19:08

Mikroavtobusla minik avtomobili toqquşub - Yaralılar var
2024-05-04 17:18

Ağır yol qəzasında 4 nəfər yaralandı
2024-05-04 16:50

Prezident Aİ-yə üzv ölkələrin Gürcüstandakı səfirləri ilə görüşüb
2024-05-04 14:32

Baş nazir Asiya İnkişaf Bankının prezidenti ilə görüşüb
2024-05-04 13:50

Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar
2024-05-04 12:47

Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
2024-05-04 12:36

Aİ Şurasının prezidenti ilə Gürcüstanın baş naziri arasında telefon danışığı olub
2024-05-04 12:15

“Gürcüstan dönüş nöqtəsindədir, gürcü xalqının istədiyi və layiq olduğu yola qayıtmaq üçün hələ imkan var”
2024-05-04 11:58

Gürcüstandakı hadisələrdə Rusiya izi yoxdur
2024-05-03 22:59

Tbilisidə “Şəffaflıq Qanunu”na qarşı aksiya keçirilir
2024-05-03 22:03

Salome Zurabişvili ölkədə baş verənlərlə bağlı Şarl Mişel ilə telefon danışığı aparıb
2024-05-03 20:43

Prezident ofşor qanununa veto qoydu
2024-05-03 19:49

Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub
2024-05-03 19:04

“ Mən Derek Şoleyə 2020-23-cü illərin iki inqilabi cəhdindən səmimi məyusluğumu bildirdim”
2024-05-03 18:56


Digər İslam Dünyası xəbərləri:

Holland aktyor müsəlman oldu

104

Bismillah və salavatın təsirləri

104