Cinlərin də arasında möminlər vardırmı?

20 Oktyabr 2021 - 10:25

134524

Cin, adından göründüyü kimi, bir mövcuddur ki, Quranda onun haqqında çox sayda ayələr gəlmişdir.

1 - “Və cini də tüstüsüz oddan yaratdıq”. (“Ər-Rəhman”, 15)

2 - “Elmə, idraka, batili haqqdan ayırmağa və məntiq qüdrətinə malikdirlər”. (“Cinn” surəsinin müxtəlif ayələri)

3 - “Təklif və məsuliyyətə malikdirlər”. (“Cin” və “Ər-Rəhman” surələrindən)

4 - “İnsanlardan bəzi şəxslər cinlərdən bəzi kimsələrə sığınırdılar və bununla da onların azğınlıqlarını artırırdılar”. (“Cinn” surəsi, 6)


5 – “Onların arasında elələrinə rast gəlmək olur ki, güclü qüdrətə malikdirlər, belə ki, insanların arasında olduğu kimi. Və onlardan biri Süleymana deyir: “Cinlərdən olan bir ifrit dedi: ”Sən yerindən qalxmamış mən onu sənə gətirərəm. Mən bu iş üçün çox güclü və etibarlıyam””. (“Nəml” surəsi, 39).

6 - “Süleymana da küləyi ram etdik ki, səhər gedişi bir aylıq və axşam dönüşü də bir aylıq yol idi. Və onun üçün mis çeşməsini əridib-axıtdıq, cinlərdən də bir dəstə Rəbbinin izni ilə onun əli altda işləyirdi və onlardan hər kəs bizim əmrimizdən çıxırdısa, alovlu əzabdan ona dadızdırardıq”. (12). “Onlar Süleyman üçün nə istəsəydi – mehrablar, heykəllər, böyük hovuzlara bənzəyən qablar və yerdə bərkimiş qazanlar düzəldirdilər. Ey Davudun ailəsi! Şükür edin! Və Mənim bəndələrimdən şükür edəni azdır”. (“Səbə” surəsi, 13).

7 - “Və ondan əvvəl cini də alovdan düşmüş oddan yaratdıq”. (“Hicr” surəsi, 27)

“Cinn” surəsinin 11-14-ayəsində bildirilir: “Həqiqətən, bizdən əməli saleh olan da vardır, əməli saleh olmayan da. Biz müxtəlif firqələrə ayrılmışıq”. (11). “Biz bilirik ki, ki, yer üzündə Allahı əsla aciz edə bilməyəcəyik: qaçmaqla da əsla Onu sarsıda bilməyəcəyik”. (12). “Həqiqətən, biz hidayət (kitabını) eşitdiyimiz zaman ona iman gətirdik. Kim Rəbbinə iman gətirsə, nə (əcrinin) azalmasından qorxar, nə də haqsızlıqdan”. (13). “Şübhəsiz ki, bizdən müsəlman olan da var, bizdən yoldan çıxan da vardır, müsəlman olanlar hidayət tapanlardırlar”. (14).

Bu ayələrdən göründüyü kimi, cinlər heç də avam insanlar arasında məşhur olan “bizdən üstün” məxluq deyillər. Düzdür, onlar bizdən əvvəl oddan yaradılmışdılar, ancaq bütün İlahi Peyğəmbərlər (ə) məhz insanlar arasından seçilmişdir və onlar da İslam Peyğəmbərinə (s) iman gətirmiş və ona beyət etmişdilər. Allah insanı cindən üstün bilməsəydi, şeytana ona səcdə etməsini əmr etməzdi.

Bu mövcud haqqında məlumatların az olduğu üçün məlumatsız insanlar arasında bəzi yanlış təsəvvürlərə gətirib çıxartmışdır. Ona görə də məlumat azlığından xurafatlar çoxalmışdır. Bu xurafatlar heç də ağlabatan deyildir. Belə ki, cin adı gələndə qərib, əcib, dəhşətli bir mövcud təsəvvür olunur ki, pis rəftarlı, kinlidir, insanlara ancaq zərər vurur.

Müasir texnikanın inkişaf etmədiyi vaxtlarda elm deyirdi ki, hər nə ki, gözlə görülmür və təcrübə olunmur – o, mövcud deyildir. Lakin, indi ki, bir damcı suda yaşayan minlərlə canlını aşkar edən mikroskoplar onu göstərir ki, insanın duyma orqanları çox məhduddur. Yəni, insanın görmədiyi, eşitmədiyi və dərk etmədiyi varlıqlar sonsuzdur.

Bu ayələrdə göründüyü kimi, mömin və əməlisaleh cinlər vardır. Ayələr onların dili ilə danışaraq, bizə onlar haqqında məlumat verir. Belə ki, ayələrdən göründüyü kimi, cinlərin içərisində salehlər və fasidlər vardır və onlar müxtəlif qrup şəklindədirlər. Yəni, cin dedikdə təkcə onun şeytan və iblis olduğunu fikirləşməyək, çünki bu mövcudatların möminləri və əməlisalehləri, Quran oxuyanları da vardır. Allah onların dili ilə bizə bildirir ki, bu mövcudatlar ancaq şər qüvvə deyillər.

Bunu da nəzərə almaq lazımdır ki, cin kəlməsi böyük bir məfhumdur və müxtəlif gözə görünməyən mövcudatları əhatə edir. Onların bəzilərinin şüuru yoxdur, bəzilərinin isə vardır. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: “Allah cinləri beş sinif yaratmışdır: bir sinif havada olan külək kimidir, bir sinif ilan kimidir, bir sinif əqrəb kimidir, bir sinif yerdə olan həşərat kimidir və nəhayət, sonuncu sinif insan kimidir ki, onlardan hesab soruşulacaq”.

Bu hədisə diqqət etsək, başa düşərik ki, cin haqqında olan bəzi anlaşılmamazlıqlar həll olmuş olur. Belə ki, Həzrət Əli (ə) buyurur: “Qabın sınıq yerindən və onun tutacağından su içməyin, çünki şeytan tutacaqda və sınıq yerlərdə oturar”.

Deməli, cin dedikdə bəzi hallarda mikroblar da nəzərdə tutulur. Və başqa sinfi ki, Peyğəmbərimiz (s) onların da insanlar kimi məsuliyyət daşıdığını söyləyir, deməli şüura malik olanlarıdırlar.

Ancaq bununla yanaşı, onlar zalım cinlərin də olduğunu qeyd edirlər və onların cəhənnəmlik olacaqlarını deyirlər. Belə ki, bildiyimiz kimi, iblis özü də bir cindir, ancaq əməlisaleh deyil, əksinə insanlara daim əzəiyyət və zülm edəcəyinə söz verən bir cindir.

Beləliklə, belə nəticəyə gələ bilərik ki, hətta cinlər belə Peyğəmbərimizə (s) iman gətirərək, onun sünnətinə əməl edir və əməlisaleh olmağa çalışırlar. Onda məsuliyyət sahibi olan, boyunlarında təklif olan, ali varlıqlar sayılan biz insanlar niyə əməlisaleh olmayaq və imanımızı Müqəddəs Quranın və hədislərin vasitəsilə gücləndirməyək ki, Qiyamət günü cinlərdən və başqa varlıqlardan öndə olaq?! İnşəallah!


mənbə: Deyerler.org

Xəbər lenti

Viza liberallaşdırılması ləğv edilməyəcək...
2024-04-26 15:26

“ Biz viza liberallaşdırılmasına başladıq, amma onlar da hamı kimi bunu geriyə götürdülər”
2024-04-26 15:24

Poniçalada din xadimini bıçaqlayan şəxs saxlanıldı
2024-04-26 15:20

Daxili İşlər Nazirliyinin əməkdaşı zor tətbiq etmə faktı ilə ifşa edilib
2024-04-26 13:50

Gürcüstana viza liberallaşdırılmasının dayandırılması üçün 27 ölkədən 15-nin razılığı lazımdır
2024-04-26 13:22

21 min 400 ABŞ dolları və 600 avro məbləğində saxta pulların çıxarılması ilə bağlı bir nəfər saxlanılıb
2024-04-26 11:57

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək
2024-04-26 11:38

Rus qanununa qarşı keçirilən aksiyada saxlanılan məktəb şagirdi 2200 lari cərimələnib
2024-04-26 11:06

Gürcüstanda Avropa kitabxanalarından qiymətli kitablar oğurlayan dörd nəfər saxlanılıb
2024-04-26 10:51

Qurani-Kərim: Dünyanın ən çox satılan kitabları siyahısında
2024-04-26 10:19

Bu il Aİ ölkələri 1196 Gürcüstan vətəndaşını deportasiya edib
2024-04-26 10:03

27 il yerin altında qalan şaxtaçı SAĞ TAPILDI
2024-04-25 23:09

Gürcüstan müxalifəti yeni mitinq elan etdi
2024-04-25 22:21

Orban qondarma liberal təbliğatına qarşı möhkəm dayanan, təqlid olunmalı bir nümunədir
2024-04-25 22:14

Gürcüstanla bağlı Avropa Parlamentində qəbul edilən qərarı "biabırçı" adlandırıb
2024-04-25 22:10

Gənc oğlan şəhərin mərkəzində güllələndi
2024-04-25 21:03

Qardabanidə qətl törədilib
2024-04-25 20:58

Analoji qətnamələrin yaradıcısı olan insanlar şüurlu və ya şüursuz şəkildə ölkəmizə ziyan vurmağa xidmət edirlər
2024-04-25 20:53

3 yaşlı uşağı avtomobil vurub
2024-04-25 19:49

Aprelin 29-dək olan hava proqnozu açıqlandı
2024-04-25 19:44

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
2024-04-25 19:41

26 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-25 19:12

”Avropa İttifaqına daxil olmaq Gürcüstanın və gürcü xalqının əsas xarici-siyasi prioritetidir“
2024-04-25 14:37

İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI
2024-04-25 13:56

Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər
2024-04-25 13:49

Gürcüstan Prokurorluğu irimiqyaslı transmilli cinayətin üzərini açıb
2024-04-25 13:45

Mestia şəhərinin meri Kapiton Jorjoliani bəyannaməsində əmlakını gizlədir
2024-04-25 12:24

Rustavi N1 poliklinikasının direktoru və həkimi Misir vətəndaşına pul müqabilində saxta arayış hazırlayıb
2024-04-25 12:21

Quranda ilahi qəza və qədər və emosional nizam-intizam
2024-04-25 10:59

Avropa Parlamentində Gürcüstanda “xarici agentlər” haqqında qanun layihəsi ilə bağlı qətnamə layihəsi səsə qoyulur
2024-04-25 10:36

Holland aktyor müsəlman oldu
2024-04-25 10:18

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı - VİDEO
2024-04-25 10:04

Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin məbləği artıb
2024-04-24 22:51

Gürcüstanda və qonşu ölkələrdə orta əməkhaqqı nə qədərdir?
2024-04-24 22:05

Tbilisidə etiraz aksiyası başlayır
2024-04-24 21:10

Batumidə avtomobil azyaşlını vurub
2024-04-24 21:05

Gürcüstandan Ukrayna vətəndaşlarına böyük jest: 3 il ərzində...
2024-04-24 19:32

Co Bayden yenə hava ilə “salam”laşdı - Video
2024-04-24 19:24

Bu ölkənin əsas qərbyönlü müxalifət lideri Mixail Saakaşvilidir
2024-04-24 19:11

25 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-24 18:50


Digər İslam Dünyası xəbərləri:

Holland aktyor müsəlman oldu

57

Qurana əsasən orucun faydaları

80

Qədr gecəsinin fəzilətləri

109