Allaha bəndəliyin mənası nədir?

28 Noyabr 2022 - 08:24

134619

İbadət, namaz və dualar müxtəlif dinlərin ardıcılları arasında mövcud olan davranışların bir hissəsidir. Bəs Allah qarşısında bir növ təvazökarlığın ifadəsi olan namaz və duanın mənası nədir və nə məqsədlə icra edilir?

İndiyə qədər başqalarına xeyirxahlıq, kömək və dostluq üçün təşəkkür etmisinizmi? Əlbəttə bəli.

Niyə? Çünki insan ağlı və vicdanı yaxşılıq və xeyirxahlığə qarşısında şükür etməyi, başqalarının sevgi və yaxşılığına şükür etməyi əmr edir. Deməli, nemət insanı şükür etməyə məcbur edir və onun idrakı, ağlı və vicdanı şükür etməyin əsas amilləridir.

Bir dost bizə kömək edir, kitablarını və dəftərlərini borc verir, dərslələrdə bizə yol göstərir, geridə qalmışlığımızı aradan qaldırmağa kömək edir, dərs almaq üçün bizə vəsait təqdim edir, problemlərimizi həll edir və s... . Bütün bu hallarda biz özümüzü ona borclu hesab edirik və onun yaxşı əməllərinin əvəzini birtəhər ödəməyə, təşəkkür etməyə çalışırıq.

Şübhəsiz ki, Allah bizə ən yüksək və ən gözəl nemətləri vermişdir:

O, bizə müdriklik, ruh, iradə, düşüncə və istedad verib.

Həyat yolunda bizim xoşbəxtliyimiz üçün bələdçilər göndərdi.

Bizim varlığımız və həyatımız onun əlindədir.

Sahib olduğumuz hər şey Yaradanımızdandır.

O, yaradandır, biz isə onun bəndələri və məxluqlarıyıq.

O, ehtiyacsız və qüdrətlidir, biz möhtac, zəif və məhdud bir bəndəyik.

Əgər dərs oxuyub elm öyrəniriksə, onun lütf və mərhəmətinin sayəsindədir ki, bizə elm əldə etmək gücü və dərk etmək qabiliyyəti verib.

Nəfəs alıb həyatımıza davam ediriksə, yaxşı, sevgi dolu, gözəl və kamil Allahın bizə bəxş etdiyi imkanlara görədir.

“Ehtiyaclı bəndə”dən ibadətdən başqa nə gözlənilir?

“Zəif məxluqdan” o əzəmətli yaradanın qarşısında dua, diqqət, təvazökarlıq və bəndəlik, kiçiklik və ehtiyac bəyan etməkdən başqa nə gözlənilir?

Allahın hər cür aşkar və gizli nemətlərinə sahib olan İnsandan nemət sahibinə olan Allaha şükür etməkdən başqa nə gözləmək olar?

Biz ağıllı və vicdanlıyıq, qədir bilən və şükür edənik, bəndə və möhtacıq. Əgər yaradanımızın qarşısında başımızı torpağa qoyuruq, ibadət edib namaz qılıb, ehtiyacımızı istəyib, sirrimizi deyiriksə, bu, “Onun Allahlığını” və “öz bəndəliyimizi” izhar və ifadə etmək üçündür.

İbadət etməsək, yaradılışın əsas məqsədindən uzaqlaşmış olarıq. Çünki bizim yaradılışımızın kamilliyi Allaha ibadətdir ki, o buyurur: “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım” (Zariyat, 56).

Allah başqa bir ayədə buyurur: “Mənə ibadət edin, bu, doğru yoldur” (Yasin, 61).

Deməli, əgər biz Allaha ibadət etməsək, Onun əmrinə tabe olmasaq, Onun səmavi və əbədi dininə itaət etməsək, nankorluq etmiş olarıq. Onun rəhmətindən uzaqlaşır və həyatın məqsədinə, nemət sahibini tanımağa etinasızlığımızı göstərmiş olarıq. Allaha bəndəlik etməyən şəxs şeytanın və şeytanların, tağutların və Allaha qarşı olan qüvvələrin tələsinə düşür. Allahın bəndəliyi insanı o qədər əziz edir ki, onu zalım qüdrətlərin əsarətindən azad edir.

Möhsin Qəraətinin yazdığı "Namaz ilə tanışlıq" kitabından götürülmüşdür.


mənbə: iqna

Xəbər lenti

AB-nin qapısı üzümüzə bağlanıb
2024-05-12 14:55

Gürcüstanda tələbələr tətilə və etiraz aksiyasına başlayacaqlar
2024-05-12 12:49

Aİ və NATO-nun qapıları neçə illərdir üzümüzə bağlıdır
2024-05-12 12:44

Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə III oxunuşda baxılacaq
2024-05-12 12:42

Ceyms O’Brayen Gürcüstana gəlir
2024-05-12 12:28

Saxlanılan blogger və həyat yoldaşı ilə bağlı prokurorluq məlumat yayıb
2024-05-12 12:11

Marneulidə zəncirvari qəza baş verib
2024-05-12 11:53

Əfqanıstanda daşqınlar 311 nəfərin həyatına son qoydu
2024-05-12 11:38

Yayda bu 6 meyvə mütləq yeyilməlidir
2024-05-12 11:14

“Qanun layihəsi tamamilə ləğv edilməlidir, onu dəyişdirmək olmaz”
2024-05-11 21:44

Kür çayının sağ və sol sahilləri bağlandı
2024-05-11 21:41

Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
2024-05-11 20:24

Tbilisidə “Avropa marşı” adlı yürüş başladı
2024-05-11 20:22

Xarici dövlətin maraqlarına xidmət etmək ölkəmizin mənafeyinə xəyanətdir
2024-05-11 20:20

Gürcüstanda xarici agentlər haqqında qanuna dəyişikliklər edilə bilər
2024-05-11 16:14

Gürcüstan DİN: Tbilisidə müxalifətçilər təxribatlara görə etirazçıya pul ödəyiblər
2024-05-11 16:09

Parlamentin 8-ci və 9-cu çağırış deputatlarının bir hissəsi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı birgə bəyanat yayıb
2024-05-11 16:05

Aİ səfiri: “Əgər qanun layihəsi hazırkı formada qəbul olunarsa...
2024-05-11 16:00

29 konqresmen Kobaxidzeyə məktubla müraciət edərək qanun layihəsinin geri götürülməsini tələb edir
2024-05-11 15:51

Məni ikinci dəfə pusquya saldılar, havaya atəş açdım və qaçdılar
2024-05-11 15:38

Anladığım qədər bu, sızdırılmış məxfi qeyddir və bu barədə deyəcək heç nəyim yoxdur
2024-05-11 15:35

Leonidze küçəsində vətəndaşın döyülməsi ilə bağlı bəyanat yayı
2024-05-11 15:31

Avropa Günündə İrakli Kobaxidzenin çıxışı səs-küylə başlayıb
2024-05-11 15:29

Mayın 11-də Avropa Gününə həsr olunmuş tədbir keçiriləcək
2024-05-11 15:27

Parlament seçkilərində iştirak edəcək vətəndaşların NƏZƏRİNƏ - BU QAYDANI MÜTLƏQ BİLMƏLİSİNİZ- VİDEO
2024-05-11 14:46

"Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin niyə qəbul edilməli olduğunu açıqladı
2024-05-11 14:20

Tiflis NATO və AB kursundan imtina edir?
2024-05-11 13:22

Dünyanın ən varlı şəhəri: 360 min milyonçusu var
2024-05-11 13:10

Bayden dövründə Ukraynaya ayrılan vəsaitin həcmi...
2024-05-11 12:23

Gürcüstanda qalmaqallı qanuna dəyişiklik edilə bilər
2024-05-11 11:44

Hər kəsə xəbərdarlıq edirəm - odla oynayırlar, çox diqqətli olsunlar
2024-05-10 21:35

Rusiyada sərnişin avtobusunun çaya düşməsi nəticəsində ölənlərin sayı altıya çatıb- VİDEO
2024-05-10 20:22

Gürcüstan parlamentinin sədri Tbilisidə avropalı nümayəndələrlə görüşməyəcək
2024-05-10 19:58

“VMH” partiyasının üzvü yenidən hücuma məruz qaldı
2024-05-10 19:30

İnsan alveri ittihamı ilə 15 nəfər saxlanılıb
2024-05-10 19:06

“Salome Zurabişvili artıq öz yolunu seçib”
2024-05-10 18:50

11 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-10 18:32

Qoça Cavaxişvili həm dövləti, həm də uzun illər çalışdığı qurumu təhqir etdi
2024-05-10 17:51

Ölkədə may ayının 13-dək olan hava proqnozu açıqlandı
2024-05-10 16:59

Marneulinin Rustaveli küçəsində ortayaşlı kişi dünyasını dəyişib
2024-05-10 15:08


Digər İslam Dünyası xəbərləri:

İslamda ictimai nəzm

57

Holland aktyor müsəlman oldu

113