Bu gün Xanım Zeynəbin (s.ə) mövlud günüdür

30 Noyabr 2022 - 05:51

134851

 Hicri qəməri tarixi ilə cəmadiül-əvvəl ayının beşi İslam Peyğəmbərinin (s) nəvəsi, birinci imam Əli ibni Əbu-Talibin (ə) qızı, Kərbəla həqiqətlərini dünyaya çatdıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı Xanım Zeynəbin (ə) mövlud günüdür.

Xeber.ge xəbər verir ki, həzrət Zeynəb hicrətin 6-cı ilində, cəmadiül-əvvəl ayının 5-də Mədinə şəhərində Peyğəmbər ailəsində, İmam Əli (ə) və Peyğəmbərin qızı xanım Fatimeyi-Zəhranın (ə) evində dünyaya gəlib. Peyğəmbər yeni doğulmuş körpənin adını Zeynəb qoyub. Zeynəb "atasının zinəti və bəzəyi" deməkdir. Həzrət Zeynəb beş ilə qədər Peyğəmbərlə bir zamanda və bir məkanda yaşayıb.

Xanım Zeynəb İmam Hüseyn (ə) ilə birlikdə Kərbəlada olub, tarixin ən böyük cinayətinə şahidlik edib və o cinayəti hamıdan çox ifşa edib. Kərbəla döyüşü sonrasında Məhərrəm ayının onunda (Aşura günü) digər Əhli-beyt üzvlərilə birlikdə əsir düşmüş və Üməyyə məmurları tərəfindən Kufəyə, oradan da Şama aparılmışdır. Əsarəti boyu başqa əsirləri qoruyub saxlaması ilə yanaşı insanlara irşad edici, aydınlaşdırıcı xütbələr də oxumuşdur. Xanım Zeynəb şücaət, fəsahat və bəlağəti ilə nümunə göstəriləcək bir şəxsiyyəti ilə Kərbəla qiyamının daima yadda qalmasına səbəb olmuşdur. Kərbəla faciəsinin əsl şahidi olan xanımın ləqəblərindən biri də “Ümmul-Məsaib”dir. Bu, dəhşətli "müsibətlər görümüş qadın", deməkdir.

Tarixi qeydlərə görə xanım hicrətin 63-cü ilində elə Şamda vəfat etmiş və orada dəfn edilmişdir. Daha çox məqbul hesab edilən tarixçi rəylərinə görə həzrət Zeynəbin məzarı indiki Dəməşq şəhərində Seyyidə Zeynəb qəsəbəsindədir. Onun məzarı üzərində həmişə çoxlu sayda zəvvar olub. Əhlibeytsevər zəvvarlar Suriyada daxili müharibə dövründə təkfirçi qüvvələrin təhdid və hücumlarına baxmayaraq həzrət Zeynəbin məqbərəsini tək qoymadılar və onu qoruyaraq Əhli-Beytə olan sevgisini bir daha isbat etdilər.

 


mənbə: salamnews.org

Xəbər lenti

AB-nin qapısı üzümüzə bağlanıb
2024-05-12 14:55

Gürcüstanda tələbələr tətilə və etiraz aksiyasına başlayacaqlar
2024-05-12 12:49

Aİ və NATO-nun qapıları neçə illərdir üzümüzə bağlıdır
2024-05-12 12:44

Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə III oxunuşda baxılacaq
2024-05-12 12:42

Ceyms O’Brayen Gürcüstana gəlir
2024-05-12 12:28

Saxlanılan blogger və həyat yoldaşı ilə bağlı prokurorluq məlumat yayıb
2024-05-12 12:11

Marneulidə zəncirvari qəza baş verib
2024-05-12 11:53

Əfqanıstanda daşqınlar 311 nəfərin həyatına son qoydu
2024-05-12 11:38

Yayda bu 6 meyvə mütləq yeyilməlidir
2024-05-12 11:14

“Qanun layihəsi tamamilə ləğv edilməlidir, onu dəyişdirmək olmaz”
2024-05-11 21:44

Kür çayının sağ və sol sahilləri bağlandı
2024-05-11 21:41

Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
2024-05-11 20:24

Tbilisidə “Avropa marşı” adlı yürüş başladı
2024-05-11 20:22

Xarici dövlətin maraqlarına xidmət etmək ölkəmizin mənafeyinə xəyanətdir
2024-05-11 20:20

Gürcüstanda xarici agentlər haqqında qanuna dəyişikliklər edilə bilər
2024-05-11 16:14

Gürcüstan DİN: Tbilisidə müxalifətçilər təxribatlara görə etirazçıya pul ödəyiblər
2024-05-11 16:09

Parlamentin 8-ci və 9-cu çağırış deputatlarının bir hissəsi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı birgə bəyanat yayıb
2024-05-11 16:05

Aİ səfiri: “Əgər qanun layihəsi hazırkı formada qəbul olunarsa...
2024-05-11 16:00

29 konqresmen Kobaxidzeyə məktubla müraciət edərək qanun layihəsinin geri götürülməsini tələb edir
2024-05-11 15:51

Məni ikinci dəfə pusquya saldılar, havaya atəş açdım və qaçdılar
2024-05-11 15:38

Anladığım qədər bu, sızdırılmış məxfi qeyddir və bu barədə deyəcək heç nəyim yoxdur
2024-05-11 15:35

Leonidze küçəsində vətəndaşın döyülməsi ilə bağlı bəyanat yayı
2024-05-11 15:31

Avropa Günündə İrakli Kobaxidzenin çıxışı səs-küylə başlayıb
2024-05-11 15:29

Mayın 11-də Avropa Gününə həsr olunmuş tədbir keçiriləcək
2024-05-11 15:27

Parlament seçkilərində iştirak edəcək vətəndaşların NƏZƏRİNƏ - BU QAYDANI MÜTLƏQ BİLMƏLİSİNİZ- VİDEO
2024-05-11 14:46

"Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin niyə qəbul edilməli olduğunu açıqladı
2024-05-11 14:20

Tiflis NATO və AB kursundan imtina edir?
2024-05-11 13:22

Dünyanın ən varlı şəhəri: 360 min milyonçusu var
2024-05-11 13:10

Bayden dövründə Ukraynaya ayrılan vəsaitin həcmi...
2024-05-11 12:23

Gürcüstanda qalmaqallı qanuna dəyişiklik edilə bilər
2024-05-11 11:44

Hər kəsə xəbərdarlıq edirəm - odla oynayırlar, çox diqqətli olsunlar
2024-05-10 21:35

Rusiyada sərnişin avtobusunun çaya düşməsi nəticəsində ölənlərin sayı altıya çatıb- VİDEO
2024-05-10 20:22

Gürcüstan parlamentinin sədri Tbilisidə avropalı nümayəndələrlə görüşməyəcək
2024-05-10 19:58

“VMH” partiyasının üzvü yenidən hücuma məruz qaldı
2024-05-10 19:30

İnsan alveri ittihamı ilə 15 nəfər saxlanılıb
2024-05-10 19:06

“Salome Zurabişvili artıq öz yolunu seçib”
2024-05-10 18:50

11 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-10 18:32

Qoça Cavaxişvili həm dövləti, həm də uzun illər çalışdığı qurumu təhqir etdi
2024-05-10 17:51

Ölkədə may ayının 13-dək olan hava proqnozu açıqlandı
2024-05-10 16:59

Marneulinin Rustaveli küçəsində ortayaşlı kişi dünyasını dəyişib
2024-05-10 15:08


Digər İslam Dünyası xəbərləri:

İslamda ictimai nəzm

57

Holland aktyor müsəlman oldu

113