Rəcəb ayı daxil oldu. Rəcəb ayının əməlləri və zikrləri

23 Yanvar 2023 - 07:13

134614

Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei cənablarının dəftərxanasının rəsmi saytının verdiyi məlumata görə, sabah, Yanvar ayının 23-ü, mübarək Rəcəb ayının  1-i dir.

Həzrət Əli (ə) buyurur: “Rəcəb mənim ayım, Şəban Peyğəmbərin (s) ayı, Ramazan ayı isə Allah-taalanın ayıdır”.

Rəcəb ayı – o xüsusi zamanlardandır ki, rəhmətlə doludur. İnsanların qarşısına çoxlu fürsətlər qoyulur ki, bacardıqları qədər İlahi rəhmətdən daha çox faydalansınlar. Məsumlarımız (ə) bu ayda çoxlu istiğfar etməyi, oruc tutmağı, saleh əməllər yerinə yetirməyi, Allahı çoxlu zikr etməyi tövsiyə edirlər.

Rəcəb ayının fəziləti və əməlləri

Həzrət Peyğəmbər (s) buyurur: “Behiştdə qəsr vardır ki, Rəcəb ayının oruc tutanlarından savayı heç kəs ora daxil olmaz”.

Həzrət İmam Baqir (ə) buyurub: “Kim Rəcəb ayının əvvəlindən və ya ortasından və ya axırından bir gün oruc tutsa Allah cənnəti ona vacib edər və onu qiyamət günü bizimlə  birlikdə və bizim dərəcələrimizdə qərar verər. Və kim Rəcəb ayında 2 gün oruc tutsa ona deyilər ki, keçmiş günahların bağışlandı, əməllərinə yenidən bax (yəni, diqqət elə ki, günah eləmiyəsən). Və kim 3 gün oruc tutarsa ona deyilər ki, sənin keçmiş və gələcək günahların bağışlamdı. Bəs ona görə də tanıdıqlarından və mömin qardaş-bacılarından kimi istəyirsənsə şəfaət elə. Və kim 7 gün oruc tutsa cəhənnəmin 7 qapısı onun üzünə bağlanar və kim 8 gün oruc tutsa cənnətin 8 qapısı onun üzünə açılar və hansından istəsə daxil olar”.

Rəcəb ayının ilk gecəsi (yəni, cəmaduyəs-sani ayının axırıncı günündən rəcəb ayının ilk gününə keçən gecə) bu duanı oxumaq tövsiyə edilmişdir: “Əllahummə bərik lənə fi racəbin və şəbənə və bəlliğnə şəhra-Raməzan” (Duada Allah Təaladan 3 mübarək ayın – Rəcəb, Şəban və Ramazan aylarının fəzilətlərinin əta edilməsi istənilir)

Rəcab ayının ilk cüməsinin gecəsi (yəni Rəcəbin ilk cümə axşamından ilk cüməsinə keçən gecə) “leylətul-rəğaib” yəni “arzular gecəsi” adlanır. Bu gecəni ibadət və dualarla keçirmək tövsiyə olunub.

Rəcəb ayının əvvəl, orta və axır günlərində qüsl almaq müstəhəbdir və bu əməl günahların bağışlanmasına səbəb olar.

Rəcəb ayının bütün günləri oruc tutmaq müstəhəbdir və günahların bağışlanmasına səbəb olar. Hər kəs də qismət olan miqdarda bu günlərdən bəhrələnə bilər.

Rəcəb ayında ən azı 3 gün oruc tutmağın çox böyük fəziləti vardır. O kəslər ki, Rəcəb ayında oruc tutmaq imkanları yoxdur, onun yerinə sədəqə versinlər (imkanları çərçivəsində). Oruc tutmağa və sədəqə verməyə imkanı olmayan insanlar, əvəzində zikrlər deyə bilərlər.

Rəcəb ayında Məsumların (ə) mübarək hərəmlərini ziyarət etməyin böyük fəziləti vardır.

Rəcəb ayında tövbə və istiğfar etməyin və təhlil (lə iləhə illəllah) deməyin böyük fəziləti vardır.

Həzrət Rəsulullahdan (s) nəql edilir: “Hər kim rəcəb ayında 100 dəfə söyləyə: “əstəğfirullahəl – ləzi lə iləhə illə huvə vəhdəhu lə şərikə ləhu və ətubu iləyh” və oxuduğu duanı sədəqə ilə xətm edə , Allah Təala da onun durumunu rəhmət və bağışlama ilə xətm edər. Və hər kim (bu zikri) 400 dəfə desə, onun üçün 100 şəhidin savabı yazılar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Rəcəb ayında 1000 dəfə لا إِلَهَ إِلا اللهُ” (“Lə iləhə illəllah”) desə, Allah Təala ona yüz min həsənə əta edər. Onun üçün behiştdə yüz şəhər tikər”.

Hər kim Rəcəb ayının səhəri və axşamı 70 dəfə desə: “أَسْتَغْفِرُ اللهَ وَ أَتُوبُ إِلَیْهِ” (“Əstəğfirullahə və ətubu iləyh”) zikr qurtardıqdan sonra əlini göyə qaldırıb desə: اللَّهُمَّ اغْفِرْ لِى وَ تُبْ عَلَىَّ” (“Əlahumməğfirli və tub ələyyə”) əgər Rəcəb ayında ölərsə, Allah ondan razı olar. Rəcəb ayının bərəkətinə görə atəş ona toxunmaz”.

Əgər bu ay boyunca 1000 dəfə bu zikr deyilsə:

أَسْتَغْفِرُ اللهَ ذَا الْجَلالِ وَ الْإِكْرَامِ مِنْ جَمِیعِ الذُّنُوبِ وَ الْآثَامِ ” (“Əstəğfirullahə zəl-cələli vəl-ikram min cəmiiz-zunubi vəl-əsəm”) Rəhman Allah onu bağışlayar”.

Seyyid ibni Tavus nəql edir ki, Peyğəmbər (s) bu ayda “Tövhid” surəsini oxumağı çox fəzilətli hesab edirdi: on min dəfə, min dəfə, yüz dəfə. Hər kim bu ayın cümə günündə 100 dəfə bu surəni oxuyarsa, Qiyamət günü onun üçün bir nur olar ki, onu behiştə tərəf çəkər.

Bu ayın üç günündə: cümə axşamı, cümə və şənbə günlərində əgər oruc tutularsa, Allah ona 900 ilin ibadətinin savabını yazar.

Rəcəbin 15-nin kecəsində (14-dən 15-nə keçən gecə) 12 rükət namaz ricaən (qəbul olma ümidi) niyyəti ilə qılmaq bəyənilmişdir;

Rəcəb ayının 15-nin gecəsində qılınan 12-rükətli namazın qaydası belədir:

6 ədəd 2-rükətli namaz kimi qılınır; Hər rükətdə “Fatihə”dən sonra “İxlas”, “Fələq”, “Nəs” surələrini və “Ayətül-kursi”ni – hərəsini 1 dəfə, “Qədr” surəsini isə 4 dəfə oxumaq;

Namazı bitirdikdən sonra 4 dəfə demək: “Əllahu Əllahu Rabbi lə uşriku bihi şəy’ə, və lə əttəxizu min dunihi vəliyyə”.

Rəcəb ayının 15-də qüsl almaq, oruc tutmaq, İmam Hüseyni (ə) ziyarət etmək – bəyənilmiş əməllərdəndir.

Rəcəb ayında çox deyilməsi tövsiyə edilən zikrlərdən: “Əstəğfirullahə və əs-əluhut-təvbəh”



Xəbər lenti

Britaniya səfirliyi: Tbilisidəki viza müraciət mərkəzi müvəqqəti bağlanıb
2024-05-13 15:48

Aİ Gürcüstana qarşı sanksiyaları hələ nəzərdən keçirmir
2024-05-13 15:14

Borreldən Gürcüstandakı vəziyyətlə bağlı bəyanat vermək istənilib
2024-05-13 15:01

Parlamenti əhatə edən küçələrə yenidən polis qüvvələri yerləşdirilib
2024-05-13 14:10

Gürcüstanda tələbələrin tətili başlayıb, aksiyaya 30 universitet qoşulub
2024-05-13 14:06

Hakim partiya: Avropalı siyasətçilər Gürcüstan hökumətinə qarşı hücuma keçiblər
2024-05-13 12:43

Avropalı siyasətçilər Gürcüstan müxalifəti ilə görüşlər keçirir
2024-05-13 12:10

Parlamentin qarşısında keçirilən aksiyada 20 nəfər saxlanılıb- VİDEO
2024-05-13 11:04

Hüquq Məsələləri Komitəsi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda dəstəkləyib
2024-05-13 10:46

Qurana görə iqtisadi fəaliyyətlərdə nizam və intizam
2024-05-13 10:27

Öldürülən gühansız qəzzalıların sayı 35 000-i keçdi
2024-05-13 10:17

Bu ilin əvvəlindən Gürcüstanda nə qədər obyekt tikilib - yeni statistika
2024-05-13 10:02

Polis saxladığı aksiya iştirakçısını döyür - VİDEO
2024-05-13 09:35

Bu tarixdən ölkədə havanın temperaturu yüksələcək
2024-05-12 23:19

Rustaveli prospekti etirazçılar tərəfindən bağlandı
2024-05-12 22:56

Xüsusi təyinatlılar Parlament yaxınlığına səfərbər olunub
2024-05-12 21:57

Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
2024-05-12 21:55

Prezident “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyacaq
2024-05-12 20:29

Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
2024-05-12 20:21

Zurabişvili "xarici təsirin şəffaflığı haqqında" qanunun icrasını noyabra qədər təxirə salmağı təklif edib
2024-05-12 20:16

Gürcüstan Prezidenti Tbilisidə etiraz iştrakçilarını diqqətli olmağa çağırıb
2024-05-12 20:07

Strateji tərəfdaşlıq konkret addımlarla ifadə edilməlidir
2024-05-12 18:52

Gürcüstanın Baş naziri: Radikal müxalifət parlamentə və polisə qarşı zorakılıqlar planlaşdırır
2024-05-12 18:25

Gürcüstan parlamentin sədri: Nə ABŞ, nə də Avropa ölkəmizdəki təsirlərinin şəffaflığını istəyir
2024-05-12 18:15

İnsanların sayını artırsan, 20 minə qədər çıxarsan - Mdinaradze 11 may aksiyası barədə
2024-05-12 18:10

Sanksiyalar ciddi mövzu deyil və bu cür təhdidlərlə hakimiyyəti və xüsusən də Gürcüstan cəmiyyətini şantaj etmək mümkün deyil
2024-05-12 18:06

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 30 nəfər yaralanıb - VİDEO
2024-05-12 16:00

"Avropa marşı" adlı aksiyada iştirak edənlərin sayı açıqlandı
2024-05-12 15:53

AB-nin qapısı üzümüzə bağlanıb
2024-05-12 14:55

Gürcüstanda tələbələr tətilə və etiraz aksiyasına başlayacaqlar
2024-05-12 12:49

Aİ və NATO-nun qapıları neçə illərdir üzümüzə bağlıdır
2024-05-12 12:44

Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə III oxunuşda baxılacaq
2024-05-12 12:42

Ceyms O’Brayen Gürcüstana gəlir
2024-05-12 12:28

Saxlanılan blogger və həyat yoldaşı ilə bağlı prokurorluq məlumat yayıb
2024-05-12 12:11

Marneulidə zəncirvari qəza baş verib
2024-05-12 11:53

Əfqanıstanda daşqınlar 311 nəfərin həyatına son qoydu
2024-05-12 11:38

Yayda bu 6 meyvə mütləq yeyilməlidir
2024-05-12 11:14

“Qanun layihəsi tamamilə ləğv edilməlidir, onu dəyişdirmək olmaz”
2024-05-11 21:44

Kür çayının sağ və sol sahilləri bağlandı
2024-05-11 21:41

Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
2024-05-11 20:24


Digər İslam Dünyası xəbərləri:

İslamda ictimai nəzm

58

Holland aktyor müsəlman oldu

114