Həkimdən Paşayeva ilə bağlı açıqlama: Koma səbəbi…

26 Sentyabr 2023 - 15:16

535

Koma - gedən proseslər nəticəsində müxtəlif maddələrlə orqanizmin daxili zəhərlənməsi və sinir sisteminin, beyin qabığının zədələnməsidir. Bu zaman insanın huşu gedir. Koma qan təzyiqinin aşağı olması, böyrək funksiyasının pozulması, orqanizmdə gedən müxtəlif ağır proseslər, xərçəng, müxtəlif dərman preparatları, psixatrop dərmanların artıq dozları və bu kimi çoxsaylı səbəblərdən ola bilər.

Xeber.ge xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

Adil Qeybulla bildirib ki, hər bir koma vəziyyətində proqnoz fərqlidir:

“Komanın da orqanizmin reflekslərinin nə dərəcədə saxlanmasından asılı olaraq dərəcələri var. Dərin komada reflekslər tam itə bilir. Həmçinin, proqnoz xəstəliyin gedişindən də asılı olur. Ola bilər ki, xəstə komaya girsin və sonra vəziyyəti getdikcə ağırlaşsın. Yaxud əksinə, komadan tez bir zamanda ayılsın. Bu, əsasən, qaraciyər mənşəli komalarda müşahidə olunur və xəstələr düzgün müalicə alarsa, bu vəziyyətdən çıxa bilirlər. Lakin elə situasiyalar var ki, xəstəni komadan çıxarmaq tibbin əlində deyil. Xəstənin ayılması onu komaya salan maddənin aşırı dozası, orqanizmdə gedən prosesin dərinliyi kimi hallardan asılıdır. Komaya düşən xəstə bir neçə günə, yaxud 1 ilə də ayıla bilər. Belə ki, bu, orqanizmin özünü bərpasından və beyin qabığının bu məsələyə nə dərəcədə reaksiya verməsindən asılıdır”.

O əlavə edib ki, insanların komaya düşməsi ağır iş rejimindən irəli gəlmir, bu halda yalnız ürəkkeçmələr, kollaptoid vəziyyətlər ola bilər.

A.Qeybulla millət vəkili Qənirə Paşayevanın sağlıq durumu ilə bağlı da danışıb:

“Qənirə xanımı müayinə etmədiyimə görə bu barədə dəqiq fikir deməyim çətindir. Ancaq onun evdə belə ağır vəziyyətdə komaya düşməsi göstərir ki, vəziyyət kifayət qədər ciddidir. Neçə gündür hər cür yüksək ixtisaslı həkimlər onun səhhətini diqqətdə saxlayırlar. Həmçinin, dövlət səviyyəsində hər cür yardımlar göstərilir. Buna baxmayaraq, səhhətində hələlik irəliləyişin olmaması vəziyyətin ciddi olduğunu bir daha təsdiqləyir. Bütün halda Qənirə xanıma şəfa diləyirəm.

Qənirə xanımın komadaykən müalicəsinin davam etdirilməsi onun ayılma ehtimalının həmişə olduğunu göstərir. Müalicənin əsas hədəfi də məhz komadan tez bir zamanda mümkün qədər itkilərsiz ayılmasıdır. Amma bunun nə dərəcədə nəticə verəcəyi onu komaya salan səbəbdən və həmin müddət beyin qapağının nə dərəcədə əziyyət çəkməsindən asılıdır”.


mənbə: axar

Xəbər lenti

Bu qanun bizi Rusiyanın qarşısında tək qoyacaq, sivil dünyadan uzaqlaşdıracaq
2024-05-02 14:31

Daxili İşlər Nazirliyi aksiyada rezin güllələrdən istifadə edilməsini “qəti şəkildə təkzib edir”
2024-05-02 14:20

Daxili İşlər Naziri Vaxtanq Qomelauri cəzalandırılmalıdır
2024-05-02 14:16

ABŞ səfirliyi: “Gürcüstanın qərb trayektoriyası risk altındadır“
2024-05-02 14:12

"İvanişvilinin çıxışından sonra aydın olur ki, bu, anti-Qərb, anti-Avropa bəyannaməsidir"
2024-05-02 14:07

Gürcüstan parlamentin bugünkü iclası və nazirin çıxışı təxirə salınıb
2024-05-02 13:58

Parlament Rus qanununu ikinci oxunuşda dəstəkləyib
2024-05-02 12:07

Qanun layihəsini hər üç oxunuşda qəbul etməyi planlaşdırır
2024-05-02 12:03

Gürcüstan Avropa İttifaqına üzvlük yolundadır
2024-05-02 11:58

İkinci Dünya Müharibəsi iştirakçılarına 2000 lari, həlak olanların ailələrinə isə 1000 lari veriləcək
2024-05-02 11:52

Aksiya zamanı 15 nəfər müxtəlif tibb müəssisələrində xəstəxanaya yerləşdirilib
2024-05-02 11:45

Qanunu geri götürün və ölkəyə normal yaşamaq imkanı verin
2024-05-02 10:54

Gürcüstan hökuməti Müstəqillik Gününü qeyd etmək üçün 2 milyon dollar ayıracaq
2024-05-02 10:51

Tbilisidə etiraz aksiyasında iştirak edənlərin sayı açıqlandı
2024-05-02 10:46

Tbilisdə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
2024-05-02 10:43

Dollarla bağlı mühüm qərar
2024-05-02 10:14

Leyendən Tiflis açıqlaması: Pisləyirəm!
2024-05-02 10:11

Daxili İşlər Nazirliyində təcili brifinq təyin edildi
2024-05-02 00:12

Zurabişvilidən etirazçılara: Bundan əl çəkin!
2024-05-02 00:11

Etirazçıların bir hissəsi Ədliyyə Evi yaxınlığındakı yolu bağlayıb
2024-05-02 00:02

Tbilisidə güllə səsləri: Yaralanan var - VİDEO
2024-05-01 23:51

Parlament yaxınlığında aksiya iştirakçılarına qarşı rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edilib
2024-05-01 22:44

Mitinq iştirakçılarının bir hissəsi parlamentin qapısını sındırmağa cəhd edib
2024-05-01 22:14

Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
2024-05-01 20:09

Gürcüstanın hakim partiyası etirazlara rəğmən xarici agentlər haqqında qanunu qəbul etmək niyyətindədir
2024-05-01 20:05

“Sanki dostumuzu itiririk” – Avropa İttifaqında Gürcüstan hakimiyyətini tənqid edirlər
2024-05-01 19:59

Xabeişvili polisə müqavimət göstərib, bu zaman xəsarət alıb
2024-05-01 19:55

Xüsusi təyinatlılar parlamentin arxa və yan girişlərini tutublar
2024-05-01 19:52

14 yaşında qətlə yetirilən Aytac Şahmarovanın anası Prezidentdən onu əfv etməsini istəyir
2024-05-01 19:49

Baş nazir hüquq-mühafizə orqanlarına müraciət etdi
2024-05-01 19:44

Mayın 5-i və 6-da paytaxtda metro və avtobuslar uzadılmış iş vaxtı ilə işləyəcək
2024-05-01 19:39

2 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-01 19:10

May ayının 6-dək olan hava proqnozu açıqlandı
2024-05-01 15:16

İvanişvilinin bəyanatının gizlinləri: Gürcüstan sınaq qarşısında
2024-05-01 14:23

Parlamentin plenar iclası şifahi və fiziki qarşıdurma fonunda davam etdirilib VİDEO
2024-05-01 13:41

Avropa Parlamentinin deputatı İvanişviliyə sanksiyaların tətbiq edilməsini tələb edir
2024-05-01 13:38

Cozep Borrell Gürcüstan hakimiyyətinə çağırış edib
2024-05-01 12:55

Namaz dini həyatda nizam və intizamın mərkəzidir
2024-05-01 11:34

Qanda dəmir çatışmazlığının yeddi əlaməti
2024-05-01 11:11

ABŞ-nin sanksiyalar üzrə koordinatoru gürcüstanlı deputatlarla danışıb
2024-05-01 11:07


Digər Azərbaycan xəbərləri:

Kamil Zeynallı azadlığa buraxıldı

235