Aİ-yə kim, gürcü xalqı yoxsa “Gürcü Arzusu” hazır deyil?

23 Aprel 2024 - 06:25

98

Avropa Parlamentinin üzvü Endryu Kubilius “Gürcü Arzusu”nun sədri İrakli Ğaribaşvilinin Gürcüstanın hazırkı mərhələdə Avropa İttifaqına daxil olmağa hazır olmadığı barədə bəyanatına münasibət bildirib.

"Dekabrda Ğaribaşvili Gürcüstanın Aİ-yə namizəd statusunu qeyd edib və bunu qələbə adlandırıb. Dörd aydan sonra o deyir ki, Gürcüstan hazır deyil. Kim hazır deyil, gürcü xalqı, yoxsa “Gürcü Arzusu” partiyası?  Cavab aydındır: “Gürcü Arzusu” russayağı qanunlar qəbul etməyə çalışır, avropapərəstlər isə küçələrdə buna etiraz edirlər", - Kubilius "X"də yazıb.

Keçmiş baş nazir və “Gürcü Arzusu”nun hazırkı sədri İrakli Ğaribaşvili qanunundan danışarkən jurnalistlərə bildirib ki, bu gün Gürcüstan Avropa İttifaqına üzv olmağa hazır deyil. 

"Söhbət ondan gedir ki, bu qanunun qəbulu ilə nəsə dəyişə bilər, əngəl yarana bilər. Əvvəla, ölkə maksimuma çatdı, pik ötən il idi, dekabrda biz namizəd ölkə olduq. Növbəti addım üzv olmaqdır. Bu gün ölkə üzv ölkə olmağa hazır deyil, razısınızmı? Ölkənin bu gün Avropa Birliyinə üzv ola biləcəyi ilə bağlı konsensus yoxdur, xüsusən də bu qədər problemlər olduğundan və bunun üçün çox vaxt lazım olacaq. Bu gün Aİ genişlənməyə hazır deyil və bunun üçün vaxt lazımdır. Növbəti addım bir çox amildən asılıdır.

Mən sizə çox sadə şəkildə demək istəyirəm: əgər ölkə hazır olanda və bizə desələr ki, sabah Avropa Birliyinə üzv olacaqsınız, bu qanunu çox asanlıqla ləğv etmək, yenidən işləmək, dəyişdirmək, yenisini qəbul etmək olar. Belə ki, narahat olmayın, hər şey çox yaxşıdır", - İrakli Ğaribaşvili deyib və əlavə edib ki, “şəffaflıq lazımdır”.

Aprelin 17-də xalqın etirazlarına, Amerika Birləşmiş Ştatlarının və Avropa İttifaqının müraciətlərinə baxmayaraq, “Gürcü Arzusu” müstəqil media və vətəndaş cəmiyyətini məhdudlaşdıran qanun layihəsini birinci oxunuşda 83 səslə qəbul edib.

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrel və Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Oliver Varhei bəyanatla çıxış ediblər, bu bəyanatda deyilir ki, qanunun yekun qəbulu Gürcüstanın Aİ yolunda irəliləməsinə mənfi təsir göstərəcək. Onların fikrincə, qanun Avropa Birliyinin əsas norma və dəyərlərinə uyğun gəlmir.

Avropa Şurasının prezidenti Şarl Mişel də rus qanununa münasibət bildirib. O deyib ki, Gürcü xalqı Avropa yolunu seçdi və buna cavab olaraq Gürcüstan namizəd statusu aldı, “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi isə ölkənin Avropa istəklərinə uyğun gəlmir, Gürcüstanı Avropa İttifaqından ayırır.

Rus qanunu Avropa Komissiyasının Gürcüstan üçün müəyyən etdiyi 1-ci və 9-cu tövsiyələrə ziddir, hansı ki, bu tövsiyələrə görə ezvlük danışıqlarını açmaq üçün hakimiyyət ölkədə vətəndaş cəmiyyətinin sərbəst fəaliyyətini təmin etməli, Avropa İttifaqına və onun dəyərlərinə qarşı dezinformasiyaya qarşı mübarizə aparmalıdır.

Oxşar qanun layihəsi ötən ilin martında birinci oxunuşda hakim partiya tərəfindən dəstəklənsə də, xalqın etirazı nəticəsində o qanunu geri çəkməyə məcbur olmuşdular. Partiya liderləri qanun layihəsini "şərtsiz şəkildə" geri çəkməyə söz verdilər, lakin bir il sonra, aprelin əvvəlində o, yenidən gündəmə gətirildi. Qanun layihəsinin mətni olduğu kimi qalıb – yalnız “xarici təsir agenti” “xarici dövlətin maraqlarına xidmət edən təşkilat” ifadəsi ilə əvəz edilib.


mənbə: sakartvelosambebi

Xəbər lenti

Gürcüstandakı hadisələrdə Rusiya izi yoxdur
2024-05-03 22:59

Tbilisidə “Şəffaflıq Qanunu”na qarşı aksiya keçirilir
2024-05-03 22:03

Salome Zurabişvili ölkədə baş verənlərlə bağlı Şarl Mişel ilə telefon danışığı aparıb
2024-05-03 20:43

Prezident ofşor qanununa veto qoydu
2024-05-03 19:49

Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub
2024-05-03 19:04

“ Mən Derek Şoleyə 2020-23-cü illərin iki inqilabi cəhdindən səmimi məyusluğumu bildirdim”
2024-05-03 18:56

4 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-03 18:38

Qori -Xaşuri yolunda qəza baş verib
2024-05-03 15:25

”Rus qanunları Gürcüstanda heç vaxt qəbul edilməyib və gələcəkdə də qəbul edilməyəcək“
2024-05-03 15:22

3 nəfər 12-ci sinif şagirdi avtomobillə Nakra çayına düşüb
2024-05-03 14:07

5G-dən 500 dəfə sürətli internet sınaqdan keçirildi
2024-05-03 14:04

Gürcüstan XİN Fransaya cavab verib: Qeyri-obyektivsiniz
2024-05-03 13:59

” Biz Gürcüstan liderlərini qanun layihəsini geri götürməyə çağırırıq“
2024-05-03 13:57

Gürcüstan parlamentində "sarı təhlükəsizlik" səviyyəsi daha iki gün qüvvədə olacaq
2024-05-03 13:54

ABŞ-la münasibətlərə yenidən başlamaq xüsusi səylər tələb edir
2024-05-03 13:51

“ Mən Gürcüstan hakimiyyətini bu qanun layihəsini geri götürməyə və dialoqa çağırıram“
2024-05-03 11:17

Qurani-Kərimdə təşrii (qanunvericilik) nizam və intizam
2024-05-03 10:55

Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
2024-05-03 10:48

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı - VİDEO
2024-05-03 10:40

“WhatsApp” iki yeni funksiya təqdim edib
2024-05-03 10:32

Qərb və ABŞ güclü Gürcüstanı görmək istəmir
2024-05-03 10:18

İsveç polisi Quranın yandırılmasına icazə verdi
2024-05-02 23:29

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib
2024-05-02 23:24

Kaladze “Formula” jurnalistini “həyasız əclaf” adlandırıb
2024-05-02 23:20

Gürcüstan Prezidenti 25 məhkumu əfv etdi
2024-05-02 21:38

Aksiya iştirakçıları Parlamentdən Qəhrəmanlar Meydanına doğru yürüş edirlər
2024-05-02 21:36

Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
2024-05-02 20:19

Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib
2024-05-02 20:17

Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
2024-05-02 20:14

AŞ Gürcüstanı Venesiya Komissiyasının “xarici agentlər” haqqında qanunla bağlı rəyini gözləməyə çağırır
2024-05-02 20:10

Avropa Komissiyası Gürcüstana xəbərdarlıq edib: “Xarici agentlər” haqqında qanun qəbuledilməzdir
2024-05-02 20:09

Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
2024-05-02 20:07

Qəbul etmək istədiyimiz qanun bir sıra ölkələrdə, o cümlədən ABŞ-də var
2024-05-02 19:50

Qərb özü üçün xaricdən maliyyələşməni qadağan edir, digər ölkələrdə isə bunun sərbəst olmasına çalışır
2024-05-02 19:47

Polis aksiya iştirakçılarına Qəhrəmanlar Meydanı ərazisində yolu bağlamağa icazə vermir
2024-05-02 19:38

“Lilo Mall”da sifarişlə qəsdən adam öldürən şəxsə ömürlük həbs cəzası verildi
2024-05-02 19:35

Ölkədə zorakılığa təşviq edən şəxs məhz prezidentdir”
2024-05-02 19:32

3 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-02 18:50

Bu qanun bizi Rusiyanın qarşısında tək qoyacaq, sivil dünyadan uzaqlaşdıracaq
2024-05-02 14:31

Daxili İşlər Nazirliyi aksiyada rezin güllələrdən istifadə edilməsini “qəti şəkildə təkzib edir”
2024-05-02 14:20


Digər Gürcüstan xəbərləri: