ABŞ-dan Gürcüstana XƏBƏRDARLIQ

26 Aprel 2024 - 18:22

186

Amerika Birləşmiş Ştatları Senatının ikipartiyalı qrupu aprelin 26-da Gürcüstanın baş nazirinə məktub göndərərək dərin narahatlığını ifadə edib və baş nazirə xəbərdarlıq edib ki, əgər yenidən təşəbbüs edilən "xarici agentlər" haqqında qanun layihəsi qanuna çevrilərsə, onlar ABŞ-ın Gürcüstanla bağlı siyasətinin dəyişdirilməsini təşviq etmək məcburiyyətində qalacaqlar. 

Bu barədə Amerikanın səsi məlumat yayıb.

14 senatorun İrakli Kobaxidzeyə göndərdiyi misli görünməmiş narahatlıq notası Senat tərəfindən qeydə alınan digər bəyanatlar arasında ən sərt notadır.

İkipartiyalı məktuba Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Alt Komitənin sədri senator Cin Şahin və Senatın Xarici Əlaqələr Komitəsində rütbəli respublikaçı senator Ceyms Rişi rəhbərlik edib.

Onlar Gürcüstan hökumətini ABŞ-Gürcüstan münasibətlərini təhdid edən, həmçinin ayrı-ayrı şəxslərə qarşı sanksiyalar tətbiq etmək, hökumətin birbaşa maliyyələşdirməsini kəsmək və viza məhdudiyyətlərini genişləndirmək imkanlarını artıran qanunu geri götürməyə çağırırlar.

“Amerikanın səsi”nin əldə etdiyi məktubun nüsxəsinə görə, senatorlar ölkədə "Xarici təsir agentləri haqqında" qanun qüvvəyə minərsə, Vaşinqtonu Gürcüstana qarşı siyasətini dəyişməyə təşviq edəcəklər.

Senatorlar baş nazir İrakli Kobaxidzeyə yazıblar ki, onlar Gürcüstanın çoxdankı dostları kimi Gürcüstan hökumətinin “rus tipli xarici agentlər haqqında qanun”u yenidən tətbiq etmək qərarından “dərin narahatlıq” ifadə etməyə “məcbur olublar”.

Avropa İttifaqının bir çox yüksək rütbəli məmurları kimi senatorlar da deyirlər ki, “Gürcü Arzusu”nun təşəbbüsü ilə hazırlanan qanun layihəsinin hədəfi “Gürcüstan demokratiyasının həyati damarı” olan vətəndaş cəmiyyəti və müstəqil mediadır. Bundan əlavə, qanun layihəsi ABŞ və Avropanın dəstəyinə, 1991-ci ildən bəri Gürcüstanın suverenliyinə və demokratik transformasiyalara dəstək üçün yüz milyonlarla dollar sərmayə qoyan Gürcüstanın tərəfdaşlarına qarşı yönəlib.


mənbə: interpress

Xəbər lenti

Anonymous Kobaxidzeyə: “ Etirazçılara hücum etməyə davam etsəniz, hökumət saytlarına hücum etməklə cavab verəcəyik“
2024-05-07 15:00

Vəliəhd Salmana sui-qəsd: ölənlər var
2024-05-07 12:48

Bu gün Tbilisidə növbəti etiraz aksiyası baş tutacaq
2024-05-07 12:41

Avtomobillə çaya düşən üç yeniyetmədən daha birinin meyiti tapıldı
2024-05-07 12:37

Qudauri (post)-Kobi hissəsində nəqliyyatın hərəkəti qadağan edilib
2024-05-07 12:35

İslam fiziki gözəlliyə, ədəb-ərkana dəyər verir
2024-05-07 12:07

Mülki əhali İsrail ordusunun nəzarətə götürdüyü Rəfahı tərk edir - VİDEO
2024-05-07 12:04

Gürcüstanın yeni qanunu münasibətlərimizə xələl gətirəcək
2024-05-07 10:58

Verada silahlı atışma olub
2024-05-06 22:20

Marneulidə "Coca-Cola" daşıyan maşın mebel mağazasına çırpılıb
2024-05-06 22:16

Gənc qadın avtomobil qəzasında həlak olub
2024-05-06 20:09

Qərb Gürcüstana əsassız təzyiqlər edir, amma bu, lazımsız təlaşdır
2024-05-06 19:59

Pedaqoq Lado Apxazava və övladına hücum olunub
2024-05-06 19:54

Marneulidə avtomobil qəzası baş verdi
2024-05-06 19:50

“Bidzina İvanişvilini sanksiyalarla şantaj etməyin mənası yoxdur”
2024-05-06 19:48

May ayının 7 -dək olan hava proqnozu açıqlandı
2024-05-06 19:16

Ukraynada daha bir gürcü döyüşçü həlak olub
2024-05-06 19:12

Anonymous 4 hökumət saytını bağlayıb
2024-05-06 15:09

Sürixdə mebel mağazasından oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb
2024-05-06 13:55

Qurani-Kərimdə yaradılış nəzmi
2024-05-06 11:12

Ən zərərli tərəvəzin adı açıqlandı
2024-05-06 10:56

Bu gün “rus qanunu”na qarşı növbəti aksiya baş tutacaq
2024-05-05 18:56

Qəhrəmanlar meydanında saxlanılanlardan bəziləri həbsxananı tərk edib
2024-05-05 18:53

Avtomobillə çaya düşən üç yeniyetmədən birinin meyiti tapıldı
2024-05-05 18:49

Qərb və ABŞ təzyiq göstərərək Gürcüstanı öz oyuncağına çevirmək istəyirlər
2024-05-05 15:18

Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik
2024-05-05 15:14

ABŞ Əl Qaidə lideri əvəzinə çobanı vurdu
2024-05-05 13:41

Bu gün Pasxa bayramıdır
2024-05-05 12:53

Ağır yol qəzası nəticəsində 4 yaşlı uşaq həyatını itirdi
2024-05-05 12:39

Ölkədə yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-05 12:23

Zurabişvili hökumətə qarşı: AB ölkələrindən bunu xahiş etdi
2024-05-05 12:04

Gürcüstanda dövlət çevrilişi hazırlayır?
2024-05-04 20:31

Ağır yol qəzasında bir nəfər ölüb, yeddi nəfər yaralanıb
2024-05-04 20:27

Prezident İvanişvilinin gürcü xalqına və səfirlərə qarşı bəyanatını "təxribatçı" adlandırıb
2024-05-04 19:08

Mikroavtobusla minik avtomobili toqquşub - Yaralılar var
2024-05-04 17:18

Ağır yol qəzasında 4 nəfər yaralandı
2024-05-04 16:50

Prezident Aİ-yə üzv ölkələrin Gürcüstandakı səfirləri ilə görüşüb
2024-05-04 14:32

Baş nazir Asiya İnkişaf Bankının prezidenti ilə görüşüb
2024-05-04 13:50

Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar
2024-05-04 12:47

Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
2024-05-04 12:36


Digər Gürcüstan xəbərləri:

Verada silahlı atışma olub

124