“Onların qəbirdəki generalları xortlasaydı belə, yenə heç nə dəyişməyəcəkdi...”

05 Dekabr 2020 - 18:59

134489

Tofiq Abbasov: “Nə zaman baş qaldırsalar, yenə də başlarını əzəcəyik”

Ermənistanın ikinci prezidenti Robert Köçaryan ölkəsinin 44 günlük müharibədə məğlub olmasının səbəblərini şərh edib. Sabiq prezident bildirib ki, müharibədə ölkəsinin məğlub olmasının əsas səbəblərindən biri guya Paşinyanın köhnə, I Qarabağ Müharibəsində iştirak edən təcrübəli generalları hərbi əməliyyatlara yaxın buraxmaması olub.

 

Doğrudanmı I Qarabağ müharibəsində iştirak edən erməni generallarının müharibədə iştirakı Ermənistan ordusunu acınacaqlı məğlubiyyətlərdən xilas edə bilərdi? Yoxsa bu, düşmənin sadəcə çoxsaylı bəhanələrindən biridir?

 

Xeber.ge saytı xəbər verir ki, politoloq Tofiq Abbasov bu yanaşmanın tamamilə məntiqsiz və gülünc olduğunu vurğuladı:

 

“Köçaryan qələt edir bu fikri deyir. I Qarabağ savaşında müharibəni udan erməni yox, rus generalları, mənfur Yeltsinin ətrafı oldu. Onlar Kremlin dəlizlərində, pulla, hiylə ilə, fitnə ilə kimi lazımdırsa ələ aldılar. Nəticədə, rus hərbçilərinin Qarabağda vuruşmasına nail oldular. 366-cı alayı yada salmaq kifayətdir. Rus desant qrupları da orada işləyirdi. Goranboy  batalyonunu mühasirəyə kim saldı? Onları mühasirəyə rusların desant qrupları salmışdı. Bəzi soydaşlarımız şəhid edildi, bəziləri əsir götürüldü. I Qarabağ müharibəsində Azərbaycanın uğursuzluqlarının səbəbi bu idi ki, rus generalalrı, rus hərbçiləri erməni əsgərlərinin önündə gedirdi. Bizimlə onlar vuruşurdu. Əgər ermənilərin hünərləri var idisə, bu dəfə də gələrdilər də, niyə gəlmədilər? Niyə indi Ermənistan Rusiyadan inciklidir? Çünki Putinin xətti Yeltsinin xəttindən köklü şəkildə fərqlənir. Putin açıq bəyan etdi ki, müharibə Azərbaycan ərazisində gedir və prosesə müdaxilə edə bilməz. Buna görə də Ermənistan Rusiyadan inciklidir. Deməli, 90-cı illərin əvvəllərində Rusiya Ermənistana kömək edəndə yaxşı idi. İndi isə Ermənistanı başlı-başına buraxdı, “get özün vuruş” dedi və Ermənistan da məğlub oldu. Buna görə də Rusiya Ermənistan üçün pis oldu.

 

Köçaryanın Ermənistanın məğlubiyyətinin səbəbini köhnə erməni generallarının müharibədə iştirak etməməsi ilə əlaqələndirməsi absurddur və bunu deməklə dədəsi ilə bir yerdə qələt edir, ağ yalan danışır. Ermənistan qəbirdəki generallarını da xortlatsaydı, yenə də ordumuzun qarşısında davam gətirə bilməyəcəkdi.

 

I Qarabağ Müharibəsində belə rus amili olmasaydı, Azərbaycan hətta o zaman da ermənilərin dərsini verə bilərdi. Biz o zaman 11 mindən artıq şəhid verdik. Insanlarımız o vaxt da öz vətənləri uğrunda həvəslə döyüşə qatılırdı. Onlar şəhid olmağa hazır idilər.

 

Indi isə Yeltsin dövrü deyil, Putin dövrüdür. Azərbaycanla Rusiyanın münasibətlərində köklü dəyişikliklər baş verib. Biz sözümüzü dedik, Ermənistanı yerində otuzdurduq. Bundan sonra nə vaxt baş qaldırsalar, yenə də başlarını əzəcəyik”.


mənbə: Moderator.az

Xəbər lenti

Vəliəhd Salmana sui-qəsd: ölənlər var
2024-05-07 12:48

Bu gün Tbilisidə növbəti etiraz aksiyası baş tutacaq
2024-05-07 12:41

Avtomobillə çaya düşən üç yeniyetmədən daha birinin meyiti tapıldı
2024-05-07 12:37

Qudauri (post)-Kobi hissəsində nəqliyyatın hərəkəti qadağan edilib
2024-05-07 12:35

İslam fiziki gözəlliyə, ədəb-ərkana dəyər verir
2024-05-07 12:07

Mülki əhali İsrail ordusunun nəzarətə götürdüyü Rəfahı tərk edir - VİDEO
2024-05-07 12:04

Gürcüstanın yeni qanunu münasibətlərimizə xələl gətirəcək
2024-05-07 10:58

Verada silahlı atışma olub
2024-05-06 22:20

Marneulidə "Coca-Cola" daşıyan maşın mebel mağazasına çırpılıb
2024-05-06 22:16

Gənc qadın avtomobil qəzasında həlak olub
2024-05-06 20:09

Qərb Gürcüstana əsassız təzyiqlər edir, amma bu, lazımsız təlaşdır
2024-05-06 19:59

Pedaqoq Lado Apxazava və övladına hücum olunub
2024-05-06 19:54

Marneulidə avtomobil qəzası baş verdi
2024-05-06 19:50

“Bidzina İvanişvilini sanksiyalarla şantaj etməyin mənası yoxdur”
2024-05-06 19:48

May ayının 7 -dək olan hava proqnozu açıqlandı
2024-05-06 19:16

Ukraynada daha bir gürcü döyüşçü həlak olub
2024-05-06 19:12

Anonymous 4 hökumət saytını bağlayıb
2024-05-06 15:09

Sürixdə mebel mağazasından oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb
2024-05-06 13:55

Qurani-Kərimdə yaradılış nəzmi
2024-05-06 11:12

Ən zərərli tərəvəzin adı açıqlandı
2024-05-06 10:56

Bu gün “rus qanunu”na qarşı növbəti aksiya baş tutacaq
2024-05-05 18:56

Qəhrəmanlar meydanında saxlanılanlardan bəziləri həbsxananı tərk edib
2024-05-05 18:53

Avtomobillə çaya düşən üç yeniyetmədən birinin meyiti tapıldı
2024-05-05 18:49

Qərb və ABŞ təzyiq göstərərək Gürcüstanı öz oyuncağına çevirmək istəyirlər
2024-05-05 15:18

Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik
2024-05-05 15:14

ABŞ Əl Qaidə lideri əvəzinə çobanı vurdu
2024-05-05 13:41

Bu gün Pasxa bayramıdır
2024-05-05 12:53

Ağır yol qəzası nəticəsində 4 yaşlı uşaq həyatını itirdi
2024-05-05 12:39

Ölkədə yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-05 12:23

Zurabişvili hökumətə qarşı: AB ölkələrindən bunu xahiş etdi
2024-05-05 12:04

Gürcüstanda dövlət çevrilişi hazırlayır?
2024-05-04 20:31

Ağır yol qəzasında bir nəfər ölüb, yeddi nəfər yaralanıb
2024-05-04 20:27

Prezident İvanişvilinin gürcü xalqına və səfirlərə qarşı bəyanatını "təxribatçı" adlandırıb
2024-05-04 19:08

Mikroavtobusla minik avtomobili toqquşub - Yaralılar var
2024-05-04 17:18

Ağır yol qəzasında 4 nəfər yaralandı
2024-05-04 16:50

Prezident Aİ-yə üzv ölkələrin Gürcüstandakı səfirləri ilə görüşüb
2024-05-04 14:32

Baş nazir Asiya İnkişaf Bankının prezidenti ilə görüşüb
2024-05-04 13:50

Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar
2024-05-04 12:47

Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
2024-05-04 12:36

Aİ Şurasının prezidenti ilə Gürcüstanın baş naziri arasında telefon danışığı olub
2024-05-04 12:15


Digər Analitika xəbərləri: