Paşinyan reallıqla barışıb - Kərəm Məmmədov

13 Yanvar 2021 - 14:32

134552

“Paşinyan Moskvaya gedəndə müxalifət yolları kəsib onu aeroporta buraxmırdı, radikallar isə onun “anti-erməni sənəd” imzalayacağı təqdirdə ölkəyə buraxılmamasını tələb edirdi. Bu, Ermənistanın acı məğlubiyyətinin nəticəsidir. Hələ də erməni ictimaiyyəti bunu həzm edə bilmir. Ermənistanda hazırkı hakimiyyət nüfuzunu tamamilə itirib və orada elə bir siyasi qüvvə yoxdur ki, ictmaiyyəti səfərbər edərək bu yükü üzərinə götürüb ölkənin gələcəyini düşünsün. Onların hamısı hazırda keçmiş acılarla yaşayırlar”.

Xeber.ge saytı xəbər verir ki, Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru Kərəm Məmmədov deyib.

O qeyd edib ki, əsas reallıq Azərbaycanın müharibədə qalib gəlməsi və tarixi torpaqlarını azad etməsidir: “Real vəziyyət bundan ibarətdir və Ermənistan da bununla barışmalıdır. Bu ölkədə hansısa müxalif qüvvələr xaricdəki diasporun təzyiqi ilə hərəkət etsələr də, reallıqla barışmaq məcburiyyətindədirlər. Moskvaya gedərkən də Paşinyan bu ağırlığı hiss edirdi və ona görə də gərginlik onun üzərində idi. Bu səbəbdən də istər-istəməz o, özünü təlaşlı göstərdi. Paşinyan mətbuata açıqlamasında status məsələsinə toxundu. Prezident İlham Əliyev də dəfələrlə qeyd edib ki, artıq status məsələsi yoxdur, bu barədə söhbət gedə bilməz. Xankəndi və ətraf ərazidə yaşayan ermənilər dərk etməlidirlər ki, onlar Azərbaycan vətəndaşı olaraq yaşamaq istəyirlərsə yaşasınlar, istəmirlərsə seçim onlarındır”.

K.Məmmədov bildirib ki, istənilən müharibənin yekunlarını təsdiq etmək üçün danışıqlar aparılmalıdır: “Bunun nəticəsində də sülh sazişi imzalanmalıdır. İndiki halda bu müqavilənin şərtlərini, hər bir incəliklərini masa arxasında əyləşib müzakirə etmək və tərəfləri qane edən formada təsdiq etmək lazımdır. Azərbaycan tərəfini də qane edən ilk növbədə bizim dövlət sərhədimizin bərpa olunmasıdır. Şübhəsiz olaraq bunu Ermənistan da, ona havadarlıq edən qüvvələr də qəbul etməlidirlər ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunub və hüquqi cəhətdən de-fakto təsdiq edilib. Hüquqi baxımdan da onu masa arxasında beynəlxalq müqavilələrlə razılaşdırmaq lazımdır ki, münaqişə birdəfəlik olaraq qanuni əsaslara söykənərək bitsin. Bundan sonra bölgədə tamam yeni geosiyasi və iqtisadi vəziyyət yaranacaq”.

Ekspert deyib ki, hər iki tərəfin real mövqeyini və bölgədəki vəziyyəti nəzərə alaraq çıxış etmək lazımdır: “İqtisadi əlaqələrin və infrastrukturun bərpasından sonra siyasi məsələlər gələcək. Bu məsələlərdə də bizim üçün əldə etdiyimiz ən böyük qazanc dövlət sərhədlərimizin və suverenliyimizin tarixi ərazilərimiz üzərində bərpa olunmasıdır”.

Kərəm Məmmədov Nikol Paşinyanın Moskva görüşündə müharibə əsirləri ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib: “Biz müharibə əsirlərini qaytarmışıq. Onlar diversant qruplarıdır və atəşkəs bəyanatı imzalanandan sonra bölgəyə sızaraq daxilimizdə terror aktı törətmək üçün gəliblər. Beynəlxalq normalara görə onlar terrorçu hesab edilirlər. Prezident də bu detalları doğru qeyd etdi. Ola bilsin ki, gələcəkdə onlar hansısa danışıq predmeti olsunlar. Ancaq bu, terrorçu kimi olacaq, müharibə əsiri olaraq yox. Onların məqsədi erməni ictimaiyyətinə hesablanmışdı və xalqı sakitləşdirmək istəyirdilər”.

Ekspert vurğulayıb ki, Paşinyanın nitqi erməni auditoriyasına hesablanmışdı: “Paşinyan vəziyyətdən çıxmaq üçün bu məsələləri ortaya atdı. Vladimir Putinin çıxışlarında da hiss olunurdu ki, status söhbəti ola bilməz. Sadəcə olaraq Putinin bunu açıq şəkildə deməsi Ermənistanda vəziyyəti gərginləşdirə bilər. Vəziyyəti nəzərə alaraq Paşinyanın sərsəm fikirlərinə elə də böyük reaksiya verilmədi. Prezident İlham Əliyev də qeyd etdi ki, artıq gələcəyə baxmaq lazımdır. Keçmişlə yaşamaq mümkün deyil. Onlar keçmişdə bizim ərazilərimizi işğal etmişdilər və istədikləri kimi istifadə edirdilər. Ancaq rəşadətli Azərbaycan Ordusu düşmənə qan uddurdu və torpaqlarımızı azad etdi. Bugünkü reallığa baxmalıyıq. Reallıq isə bizim qalib tərəf olmağımızdır. Biz qalib kimi öz fikirlərimizi diktə edirik və Ermənistan da bununla barışmalıdır. Əslində, Paşinyan reallıqla barışıb. Sadəcə erməni ictimaiyyətinə hesablanan populist bəyanatlar verir”.


mənbə: publika.az

Xəbər lenti

“Aİ-yə namizəd [ölkə] Kremlin marioneti kimi idarə oluna bilməz”
2024-05-07 19:49

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
2024-05-07 19:43

Gürcüstanın Aİ-yə namizədlik statusunun dayandırılması üçün Borellə müraciət edilib
2024-05-07 19:36

Anonymous Kobaxidzeyə: “ Etirazçılara hücum etməyə davam etsəniz, hökumət saytlarına hücum etməklə cavab verəcəyik“
2024-05-07 15:00

Vəliəhd Salmana sui-qəsd: ölənlər var
2024-05-07 12:48

Bu gün Tbilisidə növbəti etiraz aksiyası baş tutacaq
2024-05-07 12:41

Avtomobillə çaya düşən üç yeniyetmədən daha birinin meyiti tapıldı
2024-05-07 12:37

Qudauri (post)-Kobi hissəsində nəqliyyatın hərəkəti qadağan edilib
2024-05-07 12:35

İslam fiziki gözəlliyə, ədəb-ərkana dəyər verir
2024-05-07 12:07

Mülki əhali İsrail ordusunun nəzarətə götürdüyü Rəfahı tərk edir - VİDEO
2024-05-07 12:04

Gürcüstanın yeni qanunu münasibətlərimizə xələl gətirəcək
2024-05-07 10:58

Verada silahlı atışma olub
2024-05-06 22:20

Marneulidə "Coca-Cola" daşıyan maşın mebel mağazasına çırpılıb
2024-05-06 22:16

Gənc qadın avtomobil qəzasında həlak olub
2024-05-06 20:09

Qərb Gürcüstana əsassız təzyiqlər edir, amma bu, lazımsız təlaşdır
2024-05-06 19:59

Pedaqoq Lado Apxazava və övladına hücum olunub
2024-05-06 19:54

Marneulidə avtomobil qəzası baş verdi
2024-05-06 19:50

“Bidzina İvanişvilini sanksiyalarla şantaj etməyin mənası yoxdur”
2024-05-06 19:48

May ayının 7 -dək olan hava proqnozu açıqlandı
2024-05-06 19:16

Ukraynada daha bir gürcü döyüşçü həlak olub
2024-05-06 19:12

Anonymous 4 hökumət saytını bağlayıb
2024-05-06 15:09

Sürixdə mebel mağazasından oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb
2024-05-06 13:55

Qurani-Kərimdə yaradılış nəzmi
2024-05-06 11:12

Ən zərərli tərəvəzin adı açıqlandı
2024-05-06 10:56

Bu gün “rus qanunu”na qarşı növbəti aksiya baş tutacaq
2024-05-05 18:56

Qəhrəmanlar meydanında saxlanılanlardan bəziləri həbsxananı tərk edib
2024-05-05 18:53

Avtomobillə çaya düşən üç yeniyetmədən birinin meyiti tapıldı
2024-05-05 18:49

Qərb və ABŞ təzyiq göstərərək Gürcüstanı öz oyuncağına çevirmək istəyirlər
2024-05-05 15:18

Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik
2024-05-05 15:14

ABŞ Əl Qaidə lideri əvəzinə çobanı vurdu
2024-05-05 13:41

Bu gün Pasxa bayramıdır
2024-05-05 12:53

Ağır yol qəzası nəticəsində 4 yaşlı uşaq həyatını itirdi
2024-05-05 12:39

Ölkədə yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-05 12:23

Zurabişvili hökumətə qarşı: AB ölkələrindən bunu xahiş etdi
2024-05-05 12:04

Gürcüstanda dövlət çevrilişi hazırlayır?
2024-05-04 20:31

Ağır yol qəzasında bir nəfər ölüb, yeddi nəfər yaralanıb
2024-05-04 20:27

Prezident İvanişvilinin gürcü xalqına və səfirlərə qarşı bəyanatını "təxribatçı" adlandırıb
2024-05-04 19:08

Mikroavtobusla minik avtomobili toqquşub - Yaralılar var
2024-05-04 17:18

Ağır yol qəzasında 4 nəfər yaralandı
2024-05-04 16:50

Prezident Aİ-yə üzv ölkələrin Gürcüstandakı səfirləri ilə görüşüb
2024-05-04 14:32


Digər Analitika xəbərləri: