"Baydenin dövründə bizi çətin dörd il gözləyir"

21 Yanvar 2021 - 10:22

134473

“Təəssüf ki, Baydenin dövründə bizi çətin dörd il gözləyir. Çünki o, baxışları ölkədə ciddi parçalanmalara səbəb olan qatı solçu siyasətçilərin yolunu tutub”.

Bunu amerikalı jurnalist, milli təhlükəsizlik üzrə analitik və hüquqşünas İrina Tsukerman deyib.

Onun sözlərinə görə, yeni prezident aparıcı respublikaçı senatorlardan biri olan Ted Kruzu Qobbels adlandırmaqla vəzifələrinin icrasına heç də yaxşı tərəfdən başlamayıb: “Bu, çətin ki, onu Kruz və Trampın tərəfdarları ilə yaxınlaşdırsın. Halbuki demokratlar və daha solçu respublikaçılar Baydenin tvitterdə sələfindən daha az fəal olduğuna görə ictimaiyyətin bir hissəsini özünə qarşı daha az “kökləyəcəyini” düşünürdü. O isə bəribaşdan təkcə sözləri ilə yox, həm də hərəkətləri ilə özünü fərqli formada apardı. Hətta kabinetini və digər müttəfiqlərini seçərkən belə kimin layiq olması ilə yox, dərinin rəngi, cinsiyyət və cinsi oriyentasiya kimi xarici göstəricilər ilə daha çox maraqlandığını göstərdi. Üstəlik, onun məmurlarının əsas hissəsi çox solçudur və Konqresdə Respublikaçı azlıq ilə nədəsə kompromisə getməyə meylli deyil, başqa sözlə, ölkənin azı yarısının fikri onları maraqlandırmır”.

İ.Tsukerman həmçinin vurğulayıb ki, hər iki palata artıq Demokratların əlində olduğundan Bayden administrasiyası böyük maneələr ilə üzləşməyəcək və onlar yaxın iki ildə ölkə üçün kifayət qədər radikal və dağıdıcı proqramlar da həyata keçirəcəklər.

“Bayden vəzifəsinə başladığı ilk gündə prioritetlərinin Trampın bir çox nailiyyətlərini, o cümlədən ölkənin iqtisadiyyatı və enerji siyasəti üçün vacib olan, minlərlə iş yeri yaradan önəmli boru kəmərinin (Keystone XL – red.) inşasını ləğv etmək olduğunu açıq şəkildə göstərdi. Bunun əvəzinə Obama dövrünün administrasiyaya yaxın olanları korporativ dairələrdə zənginləşdirən, sıravi amerikalı üçün isə narahatlıq yaradan və cibə ziyan vuran bahalı və korrupsiyalaşmış “yaşıl” iqtisadi siyasətinə qayıdış izlənilir”, - hüquqşünas söyləyib.

Analitik hesab edir ki, Baydenin prezidentliyi dövründə ABŞ-ın xarici siyasətini heç də hər zaman işə yaramayan, avtoritar dövlətlərin rəhbərlik etdiyi və ya himayəsində olan korrupsiyalaşmış beynəlxalq təşkilatlar kontekstində isə xüsusilə pis işləyən çoxtərəfli münasibətlərə qeyd-şərtsiz qayıdış gözləyir.

“İranla danışıqlar da, Baydenin ilk gündən özünü Səudiyyə Ərəbistanı kimi köhnə müttəfiqlərə qarşı qoyması faktını nəzərə alsaq, çətin ki, yaxşı nə iləsə nəticələnsin. Bayden İrana və Yaxın Şərqdəki ortaqlarına qarşı olan enerji və digər sanksiyaları ləğv etməyə hazırlaşır. Bu da yeni dağıdıcı müharibələrə, terrorizmin böyüməsinə gətirib çıxaracaq”, - analitik hesab edir.

“Nəhayət, Demokratlar kampaniyalarını maliyyələşdirən və müəyyən layihələrə və şirkətlərə investisiya qoyan erməni lobbisinə rəğbət bəsləyir. Hazırda Qafqaz Bayden üçün prioritet deyil, lakin bu, hər an dəyişə bilər, xüsusən də enerji məsələlərində Rusiya ilə işləməyi üstün tutan Almaniyanın, özünün erməni diasporunun təzyiqi altında olan və Rusiyaya nisbi yaxınlığı olan Fransanın təzyiqi altında”, - İ.Tsukerman bildirib.


Mənbə:Report

Xəbər lenti

ABŞ-dan Gürcüstana XƏBƏRDARLIQ
2024-04-26 22:22

Avroparlamentarilərin tələb və şantaj cəhdlərinin Gürcüstan üçün dəyəri yoxdur
2024-04-26 21:50

“Gürcü Arzusu”nun mərkəzi ofisində təcili iclas keçirilir
2024-04-26 21:09

Qaratəhlə kəndində ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməkdə təqsirli bilinən iki nəfər 20-20 il müddətinə azadlıqdan mərhum edilib
2024-04-26 20:52

Aytac Şahmarovanın anası və dayısı ilə bağlı hökmün bu tarixdə açıqlanacağı gözlənilir
2024-04-26 20:38

27 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-26 20:14

Viza liberallaşdırılması ləğv edilməyəcək...
2024-04-26 15:26

“ Biz viza liberallaşdırılmasına başladıq, amma onlar da hamı kimi bunu geriyə götürdülər”
2024-04-26 15:24

Poniçalada din xadimini bıçaqlayan şəxs saxlanıldı
2024-04-26 15:20

Daxili İşlər Nazirliyinin əməkdaşı zor tətbiq etmə faktı ilə ifşa edilib
2024-04-26 13:50

Gürcüstana viza liberallaşdırılmasının dayandırılması üçün 27 ölkədən 15-nin razılığı lazımdır
2024-04-26 13:22

21 min 400 ABŞ dolları və 600 avro məbləğində saxta pulların çıxarılması ilə bağlı bir nəfər saxlanılıb
2024-04-26 11:57

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək
2024-04-26 11:38

Rus qanununa qarşı keçirilən aksiyada saxlanılan məktəb şagirdi 2200 lari cərimələnib
2024-04-26 11:06

Gürcüstanda Avropa kitabxanalarından qiymətli kitablar oğurlayan dörd nəfər saxlanılıb
2024-04-26 10:51

Qurani-Kərim: Dünyanın ən çox satılan kitabları siyahısında
2024-04-26 10:19

Bu il Aİ ölkələri 1196 Gürcüstan vətəndaşını deportasiya edib
2024-04-26 10:03

27 il yerin altında qalan şaxtaçı SAĞ TAPILDI
2024-04-25 23:09

Gürcüstan müxalifəti yeni mitinq elan etdi
2024-04-25 22:21

Orban qondarma liberal təbliğatına qarşı möhkəm dayanan, təqlid olunmalı bir nümunədir
2024-04-25 22:14

Gürcüstanla bağlı Avropa Parlamentində qəbul edilən qərarı "biabırçı" adlandırıb
2024-04-25 22:10

Gənc oğlan şəhərin mərkəzində güllələndi
2024-04-25 21:03

Qardabanidə qətl törədilib
2024-04-25 20:58

Analoji qətnamələrin yaradıcısı olan insanlar şüurlu və ya şüursuz şəkildə ölkəmizə ziyan vurmağa xidmət edirlər
2024-04-25 20:53

3 yaşlı uşağı avtomobil vurub
2024-04-25 19:49

Aprelin 29-dək olan hava proqnozu açıqlandı
2024-04-25 19:44

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
2024-04-25 19:41

26 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-25 19:12

”Avropa İttifaqına daxil olmaq Gürcüstanın və gürcü xalqının əsas xarici-siyasi prioritetidir“
2024-04-25 14:37

İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI
2024-04-25 13:56

Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər
2024-04-25 13:49

Gürcüstan Prokurorluğu irimiqyaslı transmilli cinayətin üzərini açıb
2024-04-25 13:45

Mestia şəhərinin meri Kapiton Jorjoliani bəyannaməsində əmlakını gizlədir
2024-04-25 12:24

Rustavi N1 poliklinikasının direktoru və həkimi Misir vətəndaşına pul müqabilində saxta arayış hazırlayıb
2024-04-25 12:21

Quranda ilahi qəza və qədər və emosional nizam-intizam
2024-04-25 10:59

Avropa Parlamentində Gürcüstanda “xarici agentlər” haqqında qanun layihəsi ilə bağlı qətnamə layihəsi səsə qoyulur
2024-04-25 10:36

Holland aktyor müsəlman oldu
2024-04-25 10:18

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı - VİDEO
2024-04-25 10:04

Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin məbləği artıb
2024-04-24 22:51

Gürcüstanda və qonşu ölkələrdə orta əməkhaqqı nə qədərdir?
2024-04-24 22:05


Digər Dünya xəbərləri: