Roma Papası Ayətullah Sistaninin istəyini yerinə yetirə biləcəkmi?

08 Mart 2021 - 06:46

134492

Bu gün : 8 Mart 2021, Bazar ertəsi Dəstək ol Haqqımızda Bizimlə əlaqə Əsas Səhifə İraq Suriya Fələstin Yəmən İran Türkiyə Ərəb dünyası Qərb Afrika Asiya Digər Araşdırma Region Hərbi Multimedia Məqalə Mövqe İslam Arxiv Roma Papası Ayətullah Sistaninin istəyini yerinə yetirə biləcəkmi? - Təhlil İraqa səfər edən Roma Papası Fransisk Nəcəf şəhərinə gələrək İslam dünyası və ölkənin nüfuzlu mərceyi-təqlid alimi Seyid Əli əl-Sistani ilə görüşüb. Adətən heç bir görüş keçirməyən 90 yaşlı Ayətullah Sistani özünün Həzrət Əlinin (ə) ziyarətgahının yaxınlığında yerləşən evində Roma Papası ilə görüşüb və heç bir hökumət nümayəndəsinin iştirakına razılıq verməyib.

  Görüş zamanı hər iki tərəfin açıqlamaları olub və vacib məqamlara toxunulub. Roma Papası Ayətullah Sistaninin İraqda müxtəlif azlıqlar, xüsusilə xristianlara dəstək xarakterli çıxışları və addımlarını təqdir edib. Papa Fransisk Ayətullah Sistaniyə təşəkkür edib və bildirib ki, o, son illər şiddət və böyük çətinliklərə rəğmən insan həyatının müqəddəs mahiyyətini və İraq xalqının birliyinin vacibliyini təsdiq edərək zəif və təqib olunan insanları müdafiə etmək üçün haqq səsini çatdırıb.   Təxminən 1 saata yaxın davam edən görüş zamanı Ayətullah Sistani isə qeyd edib ki, müasir dövrdə bəşəriyyətin üzləşdiyi böyük problemlər və onlara qalib gəlmək üçün Allah-təalaya iman etmək və yüksək əxlaqi dəyərlərə bağlılıq lazımdır. O, xüsusi ilə olaraq vurğulayıb ki, dünyanın müxtəlif ölkələrində insanlar ədalətsizlik, zülm, yoxsulluq, fikri və dini zorakılıq, insanların əsas azadlıqlarının boğulması və sosial ədalətin olmamasından əziyyət çəkirlər. İraqın nüfuzlu alimi millətlərin, xüsusi ilə də region xalqlarının, eləcə də Fələstin xalqının düçar olduqları müharibə, zorakılıq, iqtisadi müharisə, qaçqınlıq və digər məsələləri də önə çəkib.  

Ayətullah Sistaninin çıxışı zamanı region ölkələrdəki mövcud problemləri dilə gətirməsi, xüsusilə Fələstini qeyd etməsi Roma Papasına bir istək kimi qiymətləndirilir. Ayətullah Sistani İraqda xristian və digər dinlərin nümayəndələrinin sərbəst və amanda yaşaması, “İŞİD” kimi terror təşkilatının məhv edilməsində böyük pay sahibi olması kimi, Roma Papasının da Fələstin və region ölkələri ilə bağlı məsələlərdə ciddi mövqe qoymasını istəyib. Dini liderlərin nüfuz dairəsi və kütləyə təsiretmə mexanizmini nəzərə alsaq, Papa Fransiskin bu sahədə ciddi tövhələr vermək imkanı var.   Əslində Ayətullah Sistani Roma Papası ilə görüşdə bu mövzuya toxunaraq qeyd edib ki, dini və mənəvi liderlər müxtəlif çətinliklərin aradan qaldırılması istiqamətində addımlar atmalı və ölkələri siyasətlərində müharibə deyil, ağıl və məntiq yolunu seçməyə təşviq etməlidir. “Böyük güclərin öz mənafelərini genişləndirmək və təmin etməsi, ləyaqətlə yaşamaq haqqına malik olan xalqların hüquqlarının əleyhinə olmamalıdır”, - deyə iraqlı din alimi bildirib.   Ayətullah Sistaninin Vatikan lideri ilə görüş zamanı İraq hökumətindən heç bir nümayəndənin iştirakına icazə verməməsi, mərceyi-təqlid alimin müstəqil fəliyyət göstərməsi və ölkədəki nüfuzundan xəbər verir. Ayətullah Sistaninin İraqdakı nüfuzu İŞİD-lə bağlı verdiyi fətvasından sonra bir daha dünyaya aydın olub. Belə ki, terrorçuların işağlına məruz qalan İraqın şəhərləri məhz mərceyi-təqlid alimin cihad fətvasından sonra azad edilməyə başlanılmışdı. Onun cihad fətvasına təkcə şiələr deyil, həmçinin əhli-sünnə məzhəbindən olan iraqlılar, həmçinin xristianlar ləbbeyk demişdi.  

Roma Papasının İraqa səfər etməsində əsas məqsədlərdən biri də ölkə ilə bağlı bəzi planların həyata keçirilməsidir. İraqın nüfuzlu şəxsləri arasında Ayətullah Sistaninin ilk sıralarda qərarlaşması ölkə ilə bağlı vacib qərarların onunla razılaşdırılması zərurətini yaradıb. Mümkündür ki, pandemiya şəraitində İraqa səfər edən Roma Papası mətbuata açıqlanmayan bəzi mesajları nüfuzlu din aliminə çatdırıb və onun münasibətini öyrənməyə çalışıb.   İsətnilən halda Roma Papasının İraqa səfəri İslam dünyasının mərceyi-təqlid alimi Ayətullah Sistaninin nüfuzundan xəbər verir. Roma Papasının onunla görüşmək üçün böyük yol qət etməsi, İraqdakı dinlərarası səylərinə görə təşəkkür etməsi Ayətullah Sistani şəxsiyyətinin nə qədər ali olduğunu ortaya qoyur.

Bundan əlavə Nəcəf şəhərində baş tutan bu görüş həmçinin müsəlman-xristian cəmiyyətlərinin bir-birinə daha da yaxınlaşması, fikir ayrılıqlarının aradan qaldırılması və region ölkələrinin xalqları arasında vəhdətin yaranmasına öz tövhəsini verəcək.


mənbə: eastnews.org

Xəbər lenti

Gürcüstandakı hadisələrdə Rusiya izi yoxdur
2024-05-03 22:59

Tbilisidə “Şəffaflıq Qanunu”na qarşı aksiya keçirilir
2024-05-03 22:03

Salome Zurabişvili ölkədə baş verənlərlə bağlı Şarl Mişel ilə telefon danışığı aparıb
2024-05-03 20:43

Prezident ofşor qanununa veto qoydu
2024-05-03 19:49

Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub
2024-05-03 19:04

“ Mən Derek Şoleyə 2020-23-cü illərin iki inqilabi cəhdindən səmimi məyusluğumu bildirdim”
2024-05-03 18:56

4 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-03 18:38

Qori -Xaşuri yolunda qəza baş verib
2024-05-03 15:25

”Rus qanunları Gürcüstanda heç vaxt qəbul edilməyib və gələcəkdə də qəbul edilməyəcək“
2024-05-03 15:22

3 nəfər 12-ci sinif şagirdi avtomobillə Nakra çayına düşüb
2024-05-03 14:07

5G-dən 500 dəfə sürətli internet sınaqdan keçirildi
2024-05-03 14:04

Gürcüstan XİN Fransaya cavab verib: Qeyri-obyektivsiniz
2024-05-03 13:59

” Biz Gürcüstan liderlərini qanun layihəsini geri götürməyə çağırırıq“
2024-05-03 13:57

Gürcüstan parlamentində "sarı təhlükəsizlik" səviyyəsi daha iki gün qüvvədə olacaq
2024-05-03 13:54

ABŞ-la münasibətlərə yenidən başlamaq xüsusi səylər tələb edir
2024-05-03 13:51

“ Mən Gürcüstan hakimiyyətini bu qanun layihəsini geri götürməyə və dialoqa çağırıram“
2024-05-03 11:17

Qurani-Kərimdə təşrii (qanunvericilik) nizam və intizam
2024-05-03 10:55

Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
2024-05-03 10:48

Çin ikinəfərlik uçan avtomobilin satış tarixini açıqladı - VİDEO
2024-05-03 10:40

“WhatsApp” iki yeni funksiya təqdim edib
2024-05-03 10:32

Qərb və ABŞ güclü Gürcüstanı görmək istəmir
2024-05-03 10:18

İsveç polisi Quranın yandırılmasına icazə verdi
2024-05-02 23:29

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib
2024-05-02 23:24

Kaladze “Formula” jurnalistini “həyasız əclaf” adlandırıb
2024-05-02 23:20

Gürcüstan Prezidenti 25 məhkumu əfv etdi
2024-05-02 21:38

Aksiya iştirakçıları Parlamentdən Qəhrəmanlar Meydanına doğru yürüş edirlər
2024-05-02 21:36

Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
2024-05-02 20:19

Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib
2024-05-02 20:17

Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
2024-05-02 20:14

AŞ Gürcüstanı Venesiya Komissiyasının “xarici agentlər” haqqında qanunla bağlı rəyini gözləməyə çağırır
2024-05-02 20:10

Avropa Komissiyası Gürcüstana xəbərdarlıq edib: “Xarici agentlər” haqqında qanun qəbuledilməzdir
2024-05-02 20:09

Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
2024-05-02 20:07

Qəbul etmək istədiyimiz qanun bir sıra ölkələrdə, o cümlədən ABŞ-də var
2024-05-02 19:50

Qərb özü üçün xaricdən maliyyələşməni qadağan edir, digər ölkələrdə isə bunun sərbəst olmasına çalışır
2024-05-02 19:47

Polis aksiya iştirakçılarına Qəhrəmanlar Meydanı ərazisində yolu bağlamağa icazə vermir
2024-05-02 19:38

“Lilo Mall”da sifarişlə qəsdən adam öldürən şəxsə ömürlük həbs cəzası verildi
2024-05-02 19:35

Ölkədə zorakılığa təşviq edən şəxs məhz prezidentdir”
2024-05-02 19:32

3 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-02 18:50

Bu qanun bizi Rusiyanın qarşısında tək qoyacaq, sivil dünyadan uzaqlaşdıracaq
2024-05-02 14:31

Daxili İşlər Nazirliyi aksiyada rezin güllələrdən istifadə edilməsini “qəti şəkildə təkzib edir”
2024-05-02 14:20


Digər Yaxın şərq xəbərləri:

“İrana raket hücumu olmayıb”

92

İraq İranı müdafiə etdi

108

İran ABŞ-a xəbərdarlıq edib

121