Mənə zəng etdilər və dedilər ki, məni mənzilin yaxınlığında gözləyirlər, bu birbaşa hədə-qorxudur

09 May 2024 - 10:55

163

“Bu gün naməlum şəxslər mənə dördüncü dəfə, bu dəfə gürcü nömrəsi ilə zəng etdilər. Anamın uşaqlar ilə birlikdə olduğu yaşayış evinin ünvanının adını çəkdilər. Mənə dedilər ki, mənzildə məni gözləyirlər və əzişdirəcəklər. Bu, birbaşa hədə-qorxudur”, - deyə “xarici agentlər” haqqında rus qanununa etiraz çıxışlarında fəal iştirak edən "Jurnalistika Resurs Mərkəzi"nin direktoru Natia Kupraşvili deyir. 

“Dünən mənə ilk dəfə Ukrayna, “Dnepr” nömrəsindən zəng etdilər. Mən həmişə oradan gələn zənglərə cavab verirəm, çünki bir köçkün ailəsi ilə yaxın münasibətimiz var və onları heç vaxt cavabsız qoymuram. Zəngə yüksək səslə cavab verdim. Söyməyə başlayanda həyat yoldaşım yanımda idi və o da söydü.

Gecə saat üçün yarısında mənə Çaddan (Mərkəzi Afrika ölkəsi) zəng gəldi. Cavab vermədim. Səhər mənə alman nömrəsi ilə zəng etdilər. Mən bu zəngi də cavabsız qoydum. Tapşırığı yerinə yetirə bilmədiklərinə görə dördüncü dəfə gürcü nömrəsindən mənə zəng etdilər. Jurnalistin zəngini gözləyirdim və ona görə də naməlum nömrəyə cavab verdim.

Naməlum şəxs mənə adım ilə müraciət edərək mənzilə gəldiklərini dedi. Soruşdum ki, hansı mənzildir, siz kimsiniz? Anamın yaşadığını, uşaqlarımın olduğunu evimin ünvanını dedilər. Siz kimsiniz? dedim təkrardan. Düşündüm ki, anama nəsə lazımdır. Gəlsən görərsən deyib, ​​söyüş söyüb, nalayiq sözlərlə hədələyib, səni əzişdirəciəyik və s. dedilər. Telefonu söndürdüm.

Dünəndən yazırıq ki, naməlum şəxslər bizə zəng edib hədələyirlər. Bu gün Daxili İşlər Nazirliyindən bizə bildirdilər ki, heç bir iş qaldırmayıblar. Fərdi Məlumatların Mühafizəsi Xidməti İdarəsi bizə bildirir ki, bu onların sahəsi deyil. Naməlum şəxslərə bizim şəxsi məlumatlarımız verilib, emal edilib və bizi qorxutmağa çalışırlar. Mən mənzilin yanındayam, aşağı düş, ananı ağladacağam, daha nə təhdid olmalıdır?”, - Natia Kupraşvilinin sözlərinə görə, o, istintaqa başlamaq tələbi ilə prokurorluğa da müraciət edəcək.

Naməlum şəxslər dünən “Monitor” araşdırma studiyasının redaktoru Nino Zuriaşviliyə də zəng ediblər. “İlk dəfə mənə dünən zəng etdilər. Məndən soruşdu ki, sən “Monitor” studiyasından Nino Zuriaşvilisən? Hə dedim və söyüş söyməyə başladı. Soruşdum ki, niyə söyürsən, nə istəyirsən? Niyə Avropanın şəffaflıq qanununu rus qanunu adlandırırsınız dedi? Sonra telefonu söndürdüm. İndiyədək mənə səkkiz dəfə zəng ediblər.

Mən demək olar ki, 100% əminəm ki, bu şəxsi məlumatlar Daxili İşlər Nazirliyindən götürülüb, çünki onlar hər şeyi çox dəqiqliklə bilirlər. Onlar artıq yaxınlarıma da zəng edirlər”, - Nino Zuriaşvili “Gürcüstan Xəbərləri”nə bildirib.

Çoxsaylı müraciətlərə baxmayaraq, Fərdi Məlumatların Mühafizəsi Xidməti rus qanunu əleyhdarlarına qarşı təşkil olunmuş kampaniyaya 2 gün gecikmə ilə cavab verib və naməlum şəxslər tərəfindən vətəndaşların telefon nömrələrinin işlənilməsinin qanuniliyini öyrənəcəyini bildirib.

“Sosial şəbəkələrdə yayılan məlumatlara görə, son günlər naməlum şəxslər vətəndaşlarla şəxsi telefon nömrələri ilə əlaqə saxlayır. Buna əsasən, Fərdi Məlumatların Mühafizəsi Xidməti öz səlahiyyətləri çərçivəsində vətəndaşların telefon nömrələrinin naməlum şəxslər tərəfindən emalının qanuniliyini öyrənəcək”, - deyə bəyanatda qeyd olunub.

Bu gün parlament sədri Şalva Papuaşvili artıq açıq şəkildə bəyan edib ki, onlar partiya strukturları vasitəsilə “zorakılıqda, digər qanunsuz hərəkətlərdə, təhdidlərdə və şantajda iştirak edən və ya bunu ictimai şəkildə bəyənən bütün insanlar haqqında məlumatın toplandığı məlumat bazası yaradacaqlar”.


mənbə: sakartvelosambebi

Xəbər lenti

Gürcüstanda vəziyyət pisləşərsə, EBRD və digər banklar maliyyələşdirməni dayandırmalıdır
2024-05-20 22:08

Karasin Zurabişvilini rus qanununa veto qoyduğuna görə tənqid edib
2024-05-20 22:04

Gürcüstan millisinin oyunlarına bileti olan Gürcüstan vətəndaşları subsidiyalaşdırılmış aviabiletdən faydalana biləcəklər
2024-05-20 22:01

Avropada bütün zamanların ən yaxşı futbolçuları açıqlanıb
2024-05-20 20:07

İran prezidentini daşıyan helikopterin qəza səbəbi AÇIQLANDI
2024-05-20 20:02

Gürcüstanda ikinci cəbhə planlaşdırırlar...
2024-05-20 19:37

Papuaşvilinin sözlərinə görə, parlament növbəti sessiya həftəsində rus qanununa qoyulan vetonu aşacaq
2024-05-20 19:26

12-ci sinif şagirdləri qəzaya düşdü
2024-05-20 19:20

21 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-20 18:43

Konqresə gürcü siyasətçilərinə sanksiya tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim olunacaq
2024-05-20 15:46

Ağır yol qəzası nəticəsində iki qardaş həyatını itirdi
2024-05-20 15:44

Baş nazir İrana başsağlığı verib
2024-05-20 15:42

Bəzi siyasətçilər Rusiya ilə mübarizəyə o qədər qapılıblar ki, onlar özləri də Gürcüstana münasibətdə Rusiyaya bənzəyirlər
2024-05-20 15:40

Bizə tələb edən insanlar deyil, dostlar lazımdır
2024-05-20 15:37

Zura Caparidze: Müzakirə üçün yer yoxdur, prezident düzgün qərar verdi
2024-05-20 15:34

Tbilisidə baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı bir nəfər saxlanılıb
2024-05-20 15:27

ABŞ Gürcüstanda bəzi məmurlara qarşı sanskiyalar tətbiq edəcək - KİV
2024-05-20 12:53

Gürcüstan parlamentinin spikeri avropalı siyasətçiləri ikiüzlülükdə ittiham edib
2024-05-20 12:52

İranda 5 günlük matəm elan edilib
2024-05-20 12:47

Bu ilin ilk 3 ayında Azərbaycan Gürcüstanın 5-ci əsas ticarət tərəfdaşı olub
2024-05-20 12:45

Pakistanda İran prezidentinin ölümü ilə əlaqədar matəm elan olunub
2024-05-20 12:42

Sabah İran Prezidenti və onu müşayiət edən şəxslərin dəfn mərasimi keçiriləcək
2024-05-20 12:40

Bu il Gürcüstana göndərilən dəmir yolu yüklərinin 22,9%-i Azərbaycanın payına düşüb
2024-05-20 12:11

Salome Zurabişvili qanuna veto qoymaqla müzakirə üçün bütün yerləri bağladı
2024-05-20 11:57

Gürcüstan futbol komandasının çempionatda iştirakı üçün mükafat 3 milyon lariyə yüksələcək
2024-05-20 11:53

Bu gündən etibarən birinci sinif şagirdlərinin qeydiyyatı başlayır
2024-05-20 11:49

Bu gün Tbilisidə tələbələrin aksiya-yürüşü baş tutacaq
2024-05-20 11:47

Qəzadan az öncə: Rəisi işarə edir və… - Son video
2024-05-20 11:34

İslamda ictimai nizam və intizamın mehvəri
2024-05-20 11:20

Qəzada ölənərin olan İran rəsmilərinin ADLARI və FOTOLARI
2024-05-20 10:02

Məhəmməd Möhbər İranın prezidenti səlahiyyətlərini icra edəcək
2024-05-20 10:43

İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin həlak olduqları rəsmən TƏSDİQLƏNDİ
2024-05-20 04:46

Tbilisidə üç nəfər bıçaqlanıb
2024-05-19 23:36

Ümumdünya Turizm Günü Tbilisidə keçiriləcək
2024-05-19 19:18

Konqresmen Co Vilson Gürcüstanda baş verən hadisələrə cavab olaraq qanun layihəsi təqdim edəcək
2024-05-19 18:41

Orta yaşlı kişinin avtomobil idarə edərkən qəfil ürəyi dayanıb
2024-05-19 18:37

Polis Senakidə baş vermiş qətl hadisəsi ilə bağlı bir nəfəri saxlayıb
2024-05-19 18:29

İran Prezidentini aparan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
2024-05-19 17:33

Tələbələrin “ Rus qanunu”na etiraz aksiyası bu gün də davam edəcək
2024-05-19 14:06

Zurabişvili Makronu Gürcüstana dəvət edib
2024-05-19 13:09


Digər Gürcüstan xəbərləri: