Hər kəsə xəbərdarlıq edirəm - odla oynayırlar, çox diqqətli olsunlar

10 May 2024 - 17:35

196

“Gürcü Arzusu”nun baş katibi və Tbilisi meri Kaxa Kaladze rus qanunu əleyhinə davam edən etiraz aksiyalarının iştirakçılarına xəbərdarlıq edib.

“Bizim müxtəlif mövzularda çoxlu məlumatımız var, onların planları, atılacaq addımlar haqqında çoxlu məlumatlar var. Mən hamını sakitləşməyə çağırmaq istəyirəm. Heç kim qanundan kənar hərəkət etməyə cürət etməsin. Buna çox sərt cavab veriləcək.

Hər kəsə xəbərdarlıq edirəm - odla oynayırlar. Hər kəsə xəbərdarlıq edirəm - çox diqqətli olsunlar. Siz aksiyanı dinc keçirmək istəyirsiniz?! Buyursunlar və bunu dinc yolla keçirsinlər, amma bir qanunsuzluq olan kimi buna təbii ki, qanun çərçivəsində çox kəskin cavab veriləcək.

Biz təhlükəsizlik xidmətinin açıqlamalarını dinlədik və bir daha qeyd etmək istəyirəm ki, kimliyindən asılı olmayaraq, ölkə xaricindən, ölkə daxilindən heç kimin qarşıdurma yaratmasına, inqilab etməsinə imkan verməyəcəyik. Biz bu imkanı verməyəcəyik. Biz artıq hakimiyyətin inqilabla dəyişdiyi dövrü keçmişik”, - Kaladze deyib.

Aprelin 15-dən Tbilisidə rus qanununa qarşı minlərlə insanın iştirak etdiyi etiraz aksiyaları keçirilir. Kaxa Kaladzenin sözlərinə görə, “real olaraq” aksiyalar zorakılıq xarakteri daşıyır və onların arxasında “konkret insanlar, konkret radikal qruplar” dayanır. Kaxa Kaladze onların adlarını çəkməyib.

“O ki qaldı qarşıdurmaya, qütbləşməyə, hər şey xaricdən qızışdırılır. Bir sıra bəyanatlar görürük, həm də bütün bunlar konkret maliyyə vəsaiti hesabına həyata keçirilir...

Sözügedən qanunla bağlı birbaşa deyirik, heç nəyi gizlətmirik, elə? Biz deyirik ki, biz xarici təsirləri azaltmaq istəyirik, Amerikanın ölkədəki təsirini azaltmaq istəyirik, Avropanın, Rusiyanın təsirini, digər ölkələrin təsirlərini azaltmaq istəyirik. Bəzi mühüm məsələlər var ki, bizim üçün açıq danışmaq çətindir”, - Kaladze hökumətin təbliğat telekanalı “İmedi”nin efirində deyib.

Rus qanunlarına qarşı nümayişlər dəfələrlə hakimiyyət tərəfindən dağıdılıb. Daxili İşlər Nazirliyi 100-dən çox dinc aksiya iştirakçısını, o cümlədən 7-sini Cinayət Məcəlləsi qaydası ilə həbs edib. Həbs olunanlar arasında hərbi bloqer Uça Abaşidze də var. Eyni zamanda naməlum şəxslər aksiyada iştirak edən müxalif siyasətçilərə və vətəndaş fəallarına hədə-qorxu gələrək onlara hücum edirlər. Nifrət kampaniyasınınhədəfi müstəqil jurnalistlər və qeyri-hökumət təşkilatlarının rəhbərləridir.

Mayın 11-i, şənbə günü Tbilisidə rus qanununa qarşı daha bir genişmiqyaslı nümayişin keçirilməsi planlaşdırılır.


mənbə: sakartvelosambebi

Xəbər lenti

Gürcüstanda vəziyyət pisləşərsə, EBRD və digər banklar maliyyələşdirməni dayandırmalıdır
2024-05-20 22:08

Karasin Zurabişvilini rus qanununa veto qoyduğuna görə tənqid edib
2024-05-20 22:04

Gürcüstan millisinin oyunlarına bileti olan Gürcüstan vətəndaşları subsidiyalaşdırılmış aviabiletdən faydalana biləcəklər
2024-05-20 22:01

Avropada bütün zamanların ən yaxşı futbolçuları açıqlanıb
2024-05-20 20:07

İran prezidentini daşıyan helikopterin qəza səbəbi AÇIQLANDI
2024-05-20 20:02

Gürcüstanda ikinci cəbhə planlaşdırırlar...
2024-05-20 19:37

Papuaşvilinin sözlərinə görə, parlament növbəti sessiya həftəsində rus qanununa qoyulan vetonu aşacaq
2024-05-20 19:26

12-ci sinif şagirdləri qəzaya düşdü
2024-05-20 19:20

21 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-20 18:43

Konqresə gürcü siyasətçilərinə sanksiya tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim olunacaq
2024-05-20 15:46

Ağır yol qəzası nəticəsində iki qardaş həyatını itirdi
2024-05-20 15:44

Baş nazir İrana başsağlığı verib
2024-05-20 15:42

Bəzi siyasətçilər Rusiya ilə mübarizəyə o qədər qapılıblar ki, onlar özləri də Gürcüstana münasibətdə Rusiyaya bənzəyirlər
2024-05-20 15:40

Bizə tələb edən insanlar deyil, dostlar lazımdır
2024-05-20 15:37

Zura Caparidze: Müzakirə üçün yer yoxdur, prezident düzgün qərar verdi
2024-05-20 15:34

Tbilisidə baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı bir nəfər saxlanılıb
2024-05-20 15:27

ABŞ Gürcüstanda bəzi məmurlara qarşı sanskiyalar tətbiq edəcək - KİV
2024-05-20 12:53

Gürcüstan parlamentinin spikeri avropalı siyasətçiləri ikiüzlülükdə ittiham edib
2024-05-20 12:52

İranda 5 günlük matəm elan edilib
2024-05-20 12:47

Bu ilin ilk 3 ayında Azərbaycan Gürcüstanın 5-ci əsas ticarət tərəfdaşı olub
2024-05-20 12:45

Pakistanda İran prezidentinin ölümü ilə əlaqədar matəm elan olunub
2024-05-20 12:42

Sabah İran Prezidenti və onu müşayiət edən şəxslərin dəfn mərasimi keçiriləcək
2024-05-20 12:40

Bu il Gürcüstana göndərilən dəmir yolu yüklərinin 22,9%-i Azərbaycanın payına düşüb
2024-05-20 12:11

Salome Zurabişvili qanuna veto qoymaqla müzakirə üçün bütün yerləri bağladı
2024-05-20 11:57

Gürcüstan futbol komandasının çempionatda iştirakı üçün mükafat 3 milyon lariyə yüksələcək
2024-05-20 11:53

Bu gündən etibarən birinci sinif şagirdlərinin qeydiyyatı başlayır
2024-05-20 11:49

Bu gün Tbilisidə tələbələrin aksiya-yürüşü baş tutacaq
2024-05-20 11:47

Qəzadan az öncə: Rəisi işarə edir və… - Son video
2024-05-20 11:34

İslamda ictimai nizam və intizamın mehvəri
2024-05-20 11:20

Qəzada ölənərin olan İran rəsmilərinin ADLARI və FOTOLARI
2024-05-20 10:02

Məhəmməd Möhbər İranın prezidenti səlahiyyətlərini icra edəcək
2024-05-20 10:43

İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin həlak olduqları rəsmən TƏSDİQLƏNDİ
2024-05-20 04:46

Tbilisidə üç nəfər bıçaqlanıb
2024-05-19 23:36

Ümumdünya Turizm Günü Tbilisidə keçiriləcək
2024-05-19 19:18

Konqresmen Co Vilson Gürcüstanda baş verən hadisələrə cavab olaraq qanun layihəsi təqdim edəcək
2024-05-19 18:41

Orta yaşlı kişinin avtomobil idarə edərkən qəfil ürəyi dayanıb
2024-05-19 18:37

Polis Senakidə baş vermiş qətl hadisəsi ilə bağlı bir nəfəri saxlayıb
2024-05-19 18:29

İran Prezidentini aparan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
2024-05-19 17:33

Tələbələrin “ Rus qanunu”na etiraz aksiyası bu gün də davam edəcək
2024-05-19 14:06

Zurabişvili Makronu Gürcüstana dəvət edib
2024-05-19 13:09


Digər Gürcüstan xəbərləri: