Kiyev döyüşü uduzacaq, ancaq Rusiyaya qalib gələcək

08 Mart 2022 - 10:35

134468

Bir çoxları Ukrayna müharibəsində “Rusiya məğlub oldu-olacaq” tezisini irəli sürürlər. Qısa və hərbi mənada Rusiyanın məğlub olması nə deməkdir, nə baş versə, bunu Kremlin məğlubiyyəti saymaq olar?

Xeber.ge xəbər verir ki,  bu suala aydınlıq gətirən ekspert Natiq Cəfərli prosesi bu cür əks etdirib:

“ - Rusiya Krımdan, “dxr və lxr”dən çıxıb, kapitulyasiya aktı imzalayacaqmı və ya Ukrayna ordusu Moskvanımı götürəcək?!

Xeyr, bu, texniki, hərbi olaraq mümkün deyil.

- Rusiya irəli sürdüyü absurd tələblərin böyük bir hissəsini əldə etməsə, təcavüzü dayandıracaqmı?!

Yox, Kreml üçün öz əsgərinin həyatının heç bir dəyəri yoxdur, rəsmi Moskvanın qurduğu absurd “hekayəyə” inanan böyük bir zombiləşmiş vətəndaş kütləsi var, bu kütlə adekvat insanların sayından qat-qat çoxdur, ona görə də hərbi əməliyyatların ancaq əsgər ölümlərinə görə tezliklə dayandırması mümkün görünmür.

- Kəskin sanksiyalar qısa müddətdə Rusiyanın təcavüzünü durdura bilərmi?!

Xeyr, təəssüf ki, gözü qaralmış Kreml qısa zamanda sanksiyalara görə işğala son verməyəcək.

- Rusiyanın beynəlxaql aləmdən tam təcridi bu ölkəni dayandıracaqmı?

Yox, bəzən bu təcrid elə Kremlin özünə də indi, qısa müddətə sərf edir, rusiyalılar Kremlin təbliğatı ilə üzbəüz qalır, alternativ fikirlər, xəbərlərin yayılması azalır”.

Ekspert Rusiyanın qısa zamanda məğlub olmayacağını bildiyimiz halda müharibə necə bitə biləcəyi haqda fikirlərini bölüşüb:

“- Ukrayna NATO üzvlüyündən imtina edir – son günlər Zelenskinin Qərbə, NATO-ya qarşı sərt çıxışları daxili auditoriyanı, xalqı bu qərara hazırlamaq üçündür;

- Ukrayna neytral statusunu elan edərək ağır silahlardan imtinanı qəbul edir;

- Ukrayna Krım və qondarma “respublikaların” taleyini gələcəkdə müəyyənləşdirməyə söz verir, yəni, obrazlı desək, Çinin Britaniya ilə Honkonqla bağlı müqaviləsinə bənzər bir öhdəliklər imzalanır və bu müqaviləni bütün dünya qəbul edir. Yəni, Ukrayna Krıma və qondarma “respublikalara” iddiasını dondurur, həmin ərazilərin heç vaxt silah gücünə qaytarmağa cəhd belə etməyəcəyi ilə bağlı yazılı öhdəlik götürür;

- Ukrayna qondarma “respublikalardan” Krıma quru yolla koridora razı olur, o yol Rusiya nəzarətinə keçir, Krımın su ilə təminatına Ukrayna tərəfindən zəmanət verilir…

Bu baş versə, ilk baxışdan Ukraynanın məğlubiyyəti kimi görünsə də, orta və uzun zamanda böyük qalibiyyəti olacaq. Ukrayna İkinci Dünya müharibəsindən sonra Qərbi Almaniyanın yeni versiyası ola bilər. Almaniya müharibədən məğlubiyyət bir qırağa, param-parça olaraq, dağılaraq, məhv olunmuş çıxdı, torpaqları parçalandı, Şərqi Almaniyanı Rusiyaya güzəştə getdi, amma cəmi 15-20 il sonra dünyanın ən güclü iqtisadi modellərindən birinə çevrildi, müharibədən cəmi 44 il sonra isə bütün torpaqlarını, Şərqi Almaniyanı özünə qaytardı.

Yəni, tarix, siyasət, əsas da orta-uzun zamanlı baxış bucağı ciddi məsələdir, emosional yanaşmanı, pafosu, ağılsız qərarları sevmir. Rusiya orta-uzun zaman kəsimində məğlubdur, hətta indi yuxarıda qeyd etdiyim şərtlərlə “udmuş” görünsə belə, cəmi bir neçə ilə iqtisadi, texnologi olaraq “daş dövrünə” düşəcək. Hətta Ukraynanın bərpasının pulunun böyük bir hissəsini də Rusiya ödəməyə məcbur qalacaq. Möhtəşəm Ukrayna xalqı üçün “Qərbi Almaniya” olmaq şansı yaranacaq, bu şansdan doğru-düzgün istifadə edə bilsələr, cəmi bir neçə ilə “rol-model” ölkəyə, bütün slavyan/provoslav toplumlar üçün cazibə mərkəzinə çevrilə bilərlər.

Bu döyüşü, bu müharibəni Ukrayna silahla yox, ağılla, “vizionla”, strateji düşüncə ilə udmalıdır – udacaq da...”


mənbə: axar.az

Xəbər lenti

Marneulidə azyaşlılar arasında dava ilə başlayan mübahisə bıçqalanma ilə sonlanıb
2023-09-22 23:15

Muxalifət lideri aksiyada saxlanılıb
2023-09-22 23:09

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - VİDEO
2023-09-22 21:09

“Rəsmi Tbilisi Gürcüstanın gələcəyini Rusiyada görür, xalq isə bunu istəmir”
2023-09-22 20:55

23 sentyabr üçün xarici valyutanın rəsmi məzənnəsi
2023-09-22 20:45

Prezidentin impiçmenti ilə bağlı konstitusiya təqdimatı Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilib
2023-09-22 20:23

Azyaşlı qıza qarşı əxlaqsız hərəkət edən şəxs saxlanılıb
2023-09-22 20:21

"Salome Zurabişvili adi müxalifətçidir"
2023-09-22 20:05

Qarşıdakı günlərin hava proqnozu açıqlandı
2023-09-22 14:36

Vətəndaşlıq almaq üçün ən çətin 10 ölkə
2023-09-22 13:54

Dubayda ticarət mərkəzində izdiham: Yüzlərlə insan sabah üçün növbə tutur - VİDEO
2023-09-22 13:52

"Oğru dünyası" ilə əlaqəsi olan şəxslər həbs cəzasına məhkum edilib
2023-09-22 13:17

Avtomobillərdən çıxan zərərli qazlara görə indiyədək neçə nəfərin cərimələndiyi açıqlandı
2023-09-22 13:07

Gürcüstanda xüsusi təhlükəsizlik rejimi: Parlament binasına giriş məhdudlaşdırıldı
2023-09-22 12:01

Taksi sürücüsü yolda infarkt keçirərək ölüb
2023-09-22 11:50

Türkiyə və Gürcüstanın xarici işlər nazirləri görüşüb
2023-09-22 11:10

Namaz Allahı yad etməkdir
2023-09-22 10:45

Din düşmənlərinin sonu
2023-09-22 10:42

Qəsdən vergidən yayınma və əmlakı gizlətmə faktlarına görə bir nəfər saxlanılıb
2023-09-22 10:39

Bu gün İrakli Ğaribaşvili BMT Baş Assambleyasının 78-ci sessiyasının iştirakçıları qarşısında çıxış edəcək
2023-09-22 09:55

Texniki Universitetin professorunun öldürülməsi ilə bağlı bir nəfər saxlanılıb, digəri isə ölkəni tərk edib
2023-09-21 22:50

İsveç polisi Quranın yandırılmasında şübhəli bilinən şəxsi saxlayıb
2023-09-21 20:27

Texniki Universitetin professorunun öldürülməsi ilə bağlı əlavə təfərrüatlar məlum oldu
2023-09-21 20:24

22 sentyabr üçün xarici valyutanın rəsmi məzənnəsi
2023-09-21 20:12

“Rossiya” aviaşirkəti Tbilisi və Batumiyə uçuşlara başlayır
2023-09-21 20:06

Salome Zurabişvili Aİ, Böyük Britaniya və ABŞ səfirləri ilə görüşüb
2023-09-21 20:01

Gürcüstan Texniki Universitetinin professoru döyülərək öldürülüb
2023-09-21 19:22

"Saakaşvilinin çağırışları onların beynində təbii olaraq inqilabi planın formalaşdığının daha bir sübutudur"
2023-09-21 15:04

Saakaşvilinin bütün xərcləri tamamilə qanunsuz idi, o, büdcə pullarını öz rifahı üçün istifadə edirdi
2023-09-21 15:03

Parlamentdə səs-küy yaranıb
2023-09-21 15:01

Rəisi Nyu Yorkda ABŞ rəhbərlərini təhdid etdi
2023-09-21 14:25

Xankəndi istiqamətində hücuma keçməsi barədə məlumatlar yalandır
2023-09-21 13:07

Yanacağın qiyməti qalxa bilər - AÇIQLAMA
2023-09-21 11:20

Baş nazir ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri ilə görüşüb
2023-09-21 11:18

İrəvanda gərginlik: Erməni deputat döyüldü
2023-09-21 11:15

Qlobal borc rekord həddə çatdı
2023-09-21 11:06

Gündəlik rasionumuzda xərçəng saçan təhlükə
2023-09-21 11:05

Çində güclü tornado oldu - VİDEO
2023-09-21 10:56

Parlament yaxınlığında etiraz aksiyası keçirilir-VİDEO
2023-09-20 21:20

21 sentyabr üçün xarici valyutanın rəsmi məzənnəsi
2023-09-20 20:09


Digər Analitika xəbərləri: