Putin son zərbəni bu cür endirəcək - Video

18 Mart 2022 - 19:50

134375

Rusiya Ukraynada son hücumla qələbə qazanmaq niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyət” nəşri məlumat yayıb.

Nəşrin iddiasına görə, Rusiyanın Odessaya hücumu an məsələsidir, Ukrayna Qara dənizdəki Rusiya donanmasının hücumunu gözləyir:

“Amma digər tərəfdən, ekspertlər bunun bir taktika olduğunu və Rusiyanın Ukraynanı aldadaraq başqa hədəfə hücum edəcəyini iddia edirlər. Hərbi analitiklərin fikrincə, Rusiya cənubdan ordunu digər bölmələrlə birləşdirərək, Ukraynanı mühasirəyə almağı və ildırımsürətli hücumla qələbə çalmağı hədəfləyir. Odessaya hücum üçün gözləyən donanma isə Ukrayna generallarının diqqətini yayındırmaq məqsədi daşıyır”.

Nəşr qeyd edib ki, ruslar Odessaya hücum etmək əvəzinə, Nikolayev şəhərini götürərək, özünü şimala hərəkət edirmiş kimi göstərib, Ukraynanı cənubdan vurmağı planlaşdırır:

“Rus generalların bu planı həqiqətdirsə, Putinin diqqətini müharibənin əvvəlindən iddia etdiyi Ukraynanı silahsızlaşdırma hədəfinə yönəltdiyi görünür. Bu da böyük şəhərlərin rusların hədəfində olmadığını, Ukrayna ordusunu mühasirəyə alıb darmadağın etmək məqsədi daşıdığını təsdiqləyir. İngiltərənin RUSİ müdafiə və təhlükəsizlik analitik mərkəzinin mütəxəssisi Sam Qrenni-Evans və Sidharth Kaushalın fikrincə, Odessanı hədəf alan hərbi gəmilər və Qara dəniz sahillərinə yaxınlaşan amfibiya hərbi texnikalar bunun sübutudur. Hazırda minlərlə hərbçini daşıya bilən amfibiya texnikalarının sayı getdikcə artır və Qara dənizdə Rusiyanın 30 hərbi gəmisi ilə birlikdə sualtı qayıqlar var”.

Qəzet RUSİ-yə istinad edərək yazıb ki, Rusiyanın Donetsk və Luqanskda dəstəklədiyi qüvvələr bölgəni üç fərqli istiqamətdən mühasirəyə almağı hədəfləyir:

“1. 58-ci ordu korpusu Krımdan şərqə doğru irəliləyərək Zaporojye şəhərinə yönəlib və buradakı qüvvələrlə və Donbasdan gələn 8-ci ordu ilə birləşməyi planlaşdırır.

2. Tank alayı isə özünü Xarkovu ələ keçirməyə və buradakı Ukrayna ordusunun gücünü zəiflətmiş göstərəcək, əslində isə Poltavaya doğru irəliləyərək, Donetsk və Luqanskdan geri çəkilən Ukrayna ordusunun yolunu kəsəcək.

3. Rusiyanın 20-ci Motoatıcı diviziyası da özünü Nikolayevə doğru hərəkət edirmiş kimi göstərib Odessaya tərəf irəliləyəcək və Dneprin qərbindəki əraziləri ələ keçirəcək”.

Ekspertlər bunun Ukrayna üçün kritik dönüş nöqtəsi ola biləcəyini və ordunun mühasirəyə alınmasının Rusiya üçün qələbə olacağını bildirirlər.


mənbə: axar.az

Xəbər lenti

Marneulidə azyaşlılar arasında dava ilə başlayan mübahisə bıçqalanma ilə sonlanıb
2023-09-22 23:15

Muxalifət lideri aksiyada saxlanılıb
2023-09-22 23:09

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - VİDEO
2023-09-22 21:09

“Rəsmi Tbilisi Gürcüstanın gələcəyini Rusiyada görür, xalq isə bunu istəmir”
2023-09-22 20:55

23 sentyabr üçün xarici valyutanın rəsmi məzənnəsi
2023-09-22 20:45

Prezidentin impiçmenti ilə bağlı konstitusiya təqdimatı Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilib
2023-09-22 20:23

Azyaşlı qıza qarşı əxlaqsız hərəkət edən şəxs saxlanılıb
2023-09-22 20:21

"Salome Zurabişvili adi müxalifətçidir"
2023-09-22 20:05

Qarşıdakı günlərin hava proqnozu açıqlandı
2023-09-22 14:36

Vətəndaşlıq almaq üçün ən çətin 10 ölkə
2023-09-22 13:54

Dubayda ticarət mərkəzində izdiham: Yüzlərlə insan sabah üçün növbə tutur - VİDEO
2023-09-22 13:52

"Oğru dünyası" ilə əlaqəsi olan şəxslər həbs cəzasına məhkum edilib
2023-09-22 13:17

Avtomobillərdən çıxan zərərli qazlara görə indiyədək neçə nəfərin cərimələndiyi açıqlandı
2023-09-22 13:07

Gürcüstanda xüsusi təhlükəsizlik rejimi: Parlament binasına giriş məhdudlaşdırıldı
2023-09-22 12:01

Taksi sürücüsü yolda infarkt keçirərək ölüb
2023-09-22 11:50

Türkiyə və Gürcüstanın xarici işlər nazirləri görüşüb
2023-09-22 11:10

Namaz Allahı yad etməkdir
2023-09-22 10:45

Din düşmənlərinin sonu
2023-09-22 10:42

Qəsdən vergidən yayınma və əmlakı gizlətmə faktlarına görə bir nəfər saxlanılıb
2023-09-22 10:39

Bu gün İrakli Ğaribaşvili BMT Baş Assambleyasının 78-ci sessiyasının iştirakçıları qarşısında çıxış edəcək
2023-09-22 09:55

Texniki Universitetin professorunun öldürülməsi ilə bağlı bir nəfər saxlanılıb, digəri isə ölkəni tərk edib
2023-09-21 22:50

İsveç polisi Quranın yandırılmasında şübhəli bilinən şəxsi saxlayıb
2023-09-21 20:27

Texniki Universitetin professorunun öldürülməsi ilə bağlı əlavə təfərrüatlar məlum oldu
2023-09-21 20:24

22 sentyabr üçün xarici valyutanın rəsmi məzənnəsi
2023-09-21 20:12

“Rossiya” aviaşirkəti Tbilisi və Batumiyə uçuşlara başlayır
2023-09-21 20:06

Salome Zurabişvili Aİ, Böyük Britaniya və ABŞ səfirləri ilə görüşüb
2023-09-21 20:01

Gürcüstan Texniki Universitetinin professoru döyülərək öldürülüb
2023-09-21 19:22

"Saakaşvilinin çağırışları onların beynində təbii olaraq inqilabi planın formalaşdığının daha bir sübutudur"
2023-09-21 15:04

Saakaşvilinin bütün xərcləri tamamilə qanunsuz idi, o, büdcə pullarını öz rifahı üçün istifadə edirdi
2023-09-21 15:03

Parlamentdə səs-küy yaranıb
2023-09-21 15:01

Rəisi Nyu Yorkda ABŞ rəhbərlərini təhdid etdi
2023-09-21 14:25

Xankəndi istiqamətində hücuma keçməsi barədə məlumatlar yalandır
2023-09-21 13:07

Yanacağın qiyməti qalxa bilər - AÇIQLAMA
2023-09-21 11:20

Baş nazir ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri ilə görüşüb
2023-09-21 11:18

İrəvanda gərginlik: Erməni deputat döyüldü
2023-09-21 11:15

Qlobal borc rekord həddə çatdı
2023-09-21 11:06

Gündəlik rasionumuzda xərçəng saçan təhlükə
2023-09-21 11:05

Çində güclü tornado oldu - VİDEO
2023-09-21 10:56

Parlament yaxınlığında etiraz aksiyası keçirilir-VİDEO
2023-09-20 21:20

21 sentyabr üçün xarici valyutanın rəsmi məzənnəsi
2023-09-20 20:09


Digər Analitika xəbərləri: