Qurandan hər kəsə örnək olacaq gözəl ədəb ayəsi

06 Iyun 2022 - 06:35

134660

Quran Allah təalanın hikmət dolu bir kitabıdır. Mütəal Allah Quranı Hz. Cəbrail vasitəsi ilə Öz peyğəmbərinə (s) nazil etmişdir. Bu kitab hər cür xəta və müdaxilədən uzaqdır:

Çünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir.

Biz onu (Cəbrailin dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə.

Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir! (Qiyamət 17-19)

Quran insanları Allah barəsində düzgün etiqada, qeyb aləminə inama, insanlarla ədalətlə davranmağa və bu kimi müxtəlif mətləblərə inama və diqqətə çağırır.

Əxlaq və ədəb də Quranın önəm verdiyi əsas məsələlərdəndir. Ədəb hətta etiqad qədər önəmlidir. Quranın öyrətdiyi ədəb və əxlaq nümunələrindən biri də evə daxil olmaq ədəbidir. Fərq etməz bu ev öz evin olsun, yaxud başqasının evi.

Quran buyurur:

Ey iman gətirənlər! Başqalarının evlərinə sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin. Bu, (ədəb-ərkan baxımından) sizin üçün daha yaxşıdır. Bəlkə, (Allahın bu əmrinin hikmətini) düşünüb anlayasınız. (Nur- 27)

Nur təfsirində qeyd olunan ayənin işarə etdiyi və çatdırmaq istədiyi mətləblərə toxunaraq buyrulur:

Ayədə bir neçə mətləbin əhəmiyyətinə işarə edilir ki, gərək diqqət olunsun:

1- İmana. İmanlı olmağa. Ey əhli iman öz ömrünüzdə, həyatınızda vəhy göstərişlərinə əməl edin.

2- Hər bir evin əmniyyət və sərbəstliyinə gərək diqqət edilsin (xəbərsiz girməklə digər evin əmniyyətini pozmayın).

3- Töhmət gətirən işlərdən uzaq olun (bu əməl sizə töhmət gətirə bilər).

4- Qapıların açıq olması istədiyiniz yerə girmək üçün sizə əsas vermir.

5- Hər bir kəsin mülkünün toxunulmaz olmasını (ümumiyyətlə mülkiyyət anlayışını) aşılayır.

6- Möminlərin digərləri ilə əməl və rəftarı insanlıq və sevgi üzrə olmalıdır (bu cür yaraşmaz hərəkət göz xəyanətinə və ya dava dalasi səbəb ola bilər).

7- Hicabı, həyanı aradan aparan hər əməldən uzaq olmağı öyrədir. (Ola bilsin ki, icazəsiz daxil olduğumuz yerdə həyanı aradan aparan bir səhnə ilə qarşılaşdıq, yaxud özümüzü və ya başqasını utandıracaq bir şey gördük).

(Təfsiri-Nur 6. Səh-168)

Qeyd olunan Quran ayəsini və verilmiş təfsiri ardıcıllığı diqqətlə oxuduqda bir şey hasil olur, bu da ədəb və həyadır. İnsan ayənin ümum ruhunu öz həyatında tətbiq edərsə həm öz həya və mənliyini, həm də başqalarının iffət və abrını gözləmiş olur.

Bunun üçün evlərə və həyətlərə daxil olarkən çağırıb icazə almağı və uca səslə salamlamağı unutmayaq.


mənbə: oxu24.com

Xəbər lenti

ABŞ-dan Gürcüstana XƏBƏRDARLIQ
2024-04-26 22:22

Avroparlamentarilərin tələb və şantaj cəhdlərinin Gürcüstan üçün dəyəri yoxdur
2024-04-26 21:50

“Gürcü Arzusu”nun mərkəzi ofisində təcili iclas keçirilir
2024-04-26 21:09

Qaratəhlə kəndində ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməkdə təqsirli bilinən iki nəfər 20-20 il müddətinə azadlıqdan mərhum edilib
2024-04-26 20:52

Aytac Şahmarovanın anası və dayısı ilə bağlı hökmün bu tarixdə açıqlanacağı gözlənilir
2024-04-26 20:38

27 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-26 20:14

Viza liberallaşdırılması ləğv edilməyəcək...
2024-04-26 15:26

“ Biz viza liberallaşdırılmasına başladıq, amma onlar da hamı kimi bunu geriyə götürdülər”
2024-04-26 15:24

Poniçalada din xadimini bıçaqlayan şəxs saxlanıldı
2024-04-26 15:20

Daxili İşlər Nazirliyinin əməkdaşı zor tətbiq etmə faktı ilə ifşa edilib
2024-04-26 13:50

Gürcüstana viza liberallaşdırılmasının dayandırılması üçün 27 ölkədən 15-nin razılığı lazımdır
2024-04-26 13:22

21 min 400 ABŞ dolları və 600 avro məbləğində saxta pulların çıxarılması ilə bağlı bir nəfər saxlanılıb
2024-04-26 11:57

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək
2024-04-26 11:38

Rus qanununa qarşı keçirilən aksiyada saxlanılan məktəb şagirdi 2200 lari cərimələnib
2024-04-26 11:06

Gürcüstanda Avropa kitabxanalarından qiymətli kitablar oğurlayan dörd nəfər saxlanılıb
2024-04-26 10:51

Qurani-Kərim: Dünyanın ən çox satılan kitabları siyahısında
2024-04-26 10:19

Bu il Aİ ölkələri 1196 Gürcüstan vətəndaşını deportasiya edib
2024-04-26 10:03

27 il yerin altında qalan şaxtaçı SAĞ TAPILDI
2024-04-25 23:09

Gürcüstan müxalifəti yeni mitinq elan etdi
2024-04-25 22:21

Orban qondarma liberal təbliğatına qarşı möhkəm dayanan, təqlid olunmalı bir nümunədir
2024-04-25 22:14

Gürcüstanla bağlı Avropa Parlamentində qəbul edilən qərarı "biabırçı" adlandırıb
2024-04-25 22:10

Gənc oğlan şəhərin mərkəzində güllələndi
2024-04-25 21:03

Qardabanidə qətl törədilib
2024-04-25 20:58

Analoji qətnamələrin yaradıcısı olan insanlar şüurlu və ya şüursuz şəkildə ölkəmizə ziyan vurmağa xidmət edirlər
2024-04-25 20:53

3 yaşlı uşağı avtomobil vurub
2024-04-25 19:49

Aprelin 29-dək olan hava proqnozu açıqlandı
2024-04-25 19:44

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
2024-04-25 19:41

26 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-25 19:12

”Avropa İttifaqına daxil olmaq Gürcüstanın və gürcü xalqının əsas xarici-siyasi prioritetidir“
2024-04-25 14:37

İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI
2024-04-25 13:56

Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər
2024-04-25 13:49

Gürcüstan Prokurorluğu irimiqyaslı transmilli cinayətin üzərini açıb
2024-04-25 13:45

Mestia şəhərinin meri Kapiton Jorjoliani bəyannaməsində əmlakını gizlədir
2024-04-25 12:24

Rustavi N1 poliklinikasının direktoru və həkimi Misir vətəndaşına pul müqabilində saxta arayış hazırlayıb
2024-04-25 12:21

Quranda ilahi qəza və qədər və emosional nizam-intizam
2024-04-25 10:59

Avropa Parlamentində Gürcüstanda “xarici agentlər” haqqında qanun layihəsi ilə bağlı qətnamə layihəsi səsə qoyulur
2024-04-25 10:36

Holland aktyor müsəlman oldu
2024-04-25 10:18

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı - VİDEO
2024-04-25 10:04

Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin məbləği artıb
2024-04-24 22:51

Gürcüstanda və qonşu ölkələrdə orta əməkhaqqı nə qədərdir?
2024-04-24 22:05


Digər İslam Dünyası xəbərləri:

Holland aktyor müsəlman oldu

63

Qurana əsasən orucun faydaları

80

Qədr gecəsinin fəzilətləri

109