Hər zamanda yeni peyğəmbərlərin gəlməsi məcburidirmi?

22 Iyul 2022 - 12:13

134529

 Bütün zamanlarda, xüsusən son Peyğəmbər Həzrəti Muhəmməd peyğəmbərdən sonra (salam olsun Ona və Ailəsinə) çoxlu sayda saxta peyğəmbərlik iddiasında olanlar meydana çıxmışdır. Əlbətdə peyğəmbərlik kimi ülvi məqama sahib olmaq, insanların qəlbində müqəddəs şəxs kimi yer tutmaq, bir sıra şəxsləri bu iddiaya cəlb edir. Eyni zamanda, şeytanın dəfələrlə peyğəmbərlik maqəmına sataşması cəhdləri, bu iddiada olanların sayının çoxalmasına və aktiv olmasına təsir edir.
Saxta peyğəmbərlik iddiasında olanlar özlərinə görə müəyyən dəlillər gətirirlər. Xüsusən son bir neçə yüz ildə olan iddiaçılar, son Peyğəmbər anlayışını qəbul etməyərək, hər zamanda, dövrün tələbinə uyğun yeni peyğəmbərlərin gəlməsinin zəruri olduğunu qeyd edərək, iddiaları üçün qapı açmış olurlar.
İndi görək, həqiqətən hər zamanda yeni peyğəmbərlərin gəlməsi məcburidirmi? Məlumdur ki, Allah insanların hidayəti üçün müxtəlif zamanlarda peyğəmbərlər göndərmişdir. Bu peyğəmbərləri bir neçə  növə bölmək olar. Bir növ peyğəmbərlər var ki, onlar şəriət (ilahi qanunlar), səhifələr, kitablar gətirirlər. Bunlara nümunə olaraq Həzrəti İsa peyğəmbəri, Həzrəti Musa peyğəmbəri göstərmək olar. Bir növ peyğəmbərlər də var ki, onlar, ilahi qanunları qoruyub saxlamaq, dirçəltmək, yaddan çıxanları yada salmaq və gəlmiş şəriəti yaşatmaq üçün göndərilmişdir. Bu növ peyğəmbərlərə demək olar ki, bütün peyğəmbərləri aid etmək olar.
Və nəhayət bir növ Peyğəmbər də var ki, o bütün peyğəmbərlərin müjdələdiyi, kamil din gətirən, təhrif olunmayan kitaba malik olan, ən üstün məqam sahibi, peyğəmbərlərin sonuncusudur. Bu növ Peyğəmbər bir şəxsdən ibarətdir. O, sonuncu Peyğəmbər Həzrəti Muhəmməddir (salam olsun Ona və Ailəsinə) “Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin O, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi

biləndir!” (Əhzab surəsi, ayə 40) Kəlmə oyunu oynamaq istəyənlər, bu ayədə nəbi kəlməsini əsas gətirərək, nəbilərin sonudur – rəsulların sonu deyil deməklə mövzudan yayına bilərlər. Bunun sadə izahı budur ki, nəbi-ərəbcə, peyğəmbər-farsca, xəbər gətirən-azərbyacan dilində olur. Yəni, sonuncu peyğəmbər demək, sonuncu nəbi demək və sonuncu xəbər gətirən deməkdir. Allah tərəfindən göndərilənlərin hamısı nəbidir, rəsullar da nəbilərdən olur. Yəni nəbi olmadan rəsul olmaq mümkün deyil. Belə ki, bütün rəsullar eyni zamanda da nəbidir (necə ki, həkim olmadan cərrah olmaq mümkün deyil, yəni cərrahlar mütləq həkim olmalıdır. Əgər biri desə ki, filan xəstəxanada həkim yoxdur, deməli cərrah da yoxdur). Deməli nəbilərin sonu olmaqla eyni zamanda rəsulların da sonu olmuş olur. Həmçinin son Peyğəmbər anlayışı, son kitab və kamil din deməkdir. Yəni Həzrəti Muhəmməd peyğəmbərin (s.a.a.s.) son peyğəmbər olması ilə yanaşı, Qurani-Kərim Allah tərəfindən göndərilmiş son və təhrif olunmayan müqəddəs kitab, İslam dini də kamil olmaqla əvvəl və axır yeganə dindir.   “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim.” (Maidə surəsi, ayə 3)  Bu açıq və aşkar dəlilləri nəzərə alaraq deyə bilərik! Mütləq peyğəmbərlərin sonu olmalıdır ki, bu, Həzrəti Muhəmməd peyğəmbərdir (s.a.a.s.), mütləq təhrif olunmamış müqəddəs kitab olmalıdır ki, bu Qurani-Kərimdir və yalnız bir və kamil din olmalıdır ki, bu da İslam dinidir. Bundan sonra gələn bütün peyğəmbərlik iddiasında olanlar saxtakar, kitablar yalan, dinlər isə batildir. Hətta İslam dinində olan məzhəblər arasında bəzi əqidə məsələlərində ciddi ixtilaflarlar olsa da, bu mövzu az mövzulardandır ki, məzhəblər arasında heç bir cüzi ixtilaf belə yoxdur.

Qeyd olunan dəlillərdən sonra əgər iddiaçıların dediyi kimi son Peyğəmbər anlayışı olmasa və hər zamanda, dövrün tələbinə görə yeni peyğəmbərlərin gəlməsi hansı əks göstərişlər, şübhələr və cavabsız suallar yarada bilər?
– Bu zaman aralığı (peyğəmbərlər arasında) neçə müddətdən bir dəyişir, necə və kim tərəfindən təyin edilir?
– Əvvəlki peyğəmbərlərin gəlişlərində, zaman aralığında əsas prisnip nə idi? Yəni tarixin bəzi zamanlarında ard-arda peyğəmbərlər gəlmişdir, bəzi zamanlarda isə qısa və uzun müddətli fasilələr olmuşdur. (bir peyğəmbərlə digər peyğəmbər arasında isə höccətlər olmuşdur).
– Zamanlar arasındakı dəyişiklikdə hansı meyarlar əsas götürülür. (yəni bir zamanlar nəqliyyat vasitəsi at hesab olunduğu halda, indiki zamanda təyyarə nəqliyyat vasitəsi hesab olunursa, yeni peyğəmbərə ehtiyac buna görədirmi?)
– Hər bir peyğəmbər hərəsi ayrı-ayrılıqda bir kamil din gətirə bilərmi? (Əgər sözləri birdirsə bir neçə dinin nə mənası var? əgər sözləri ayrıdırsa onda kamil dinlər arasında ixtilaflar nə dərəcədə qəbul ediləndir?)
– Yeni şəriət gətirən peyğəmbər, yeni xəbər (ilahi qanunlar) deməkdir. Kamil din gəldikdən sonra yeni xəbərin (vəhy-ilahi qanunlar) nə mənası var? Yeni xəbər kamil dinin kamil olmasına şübhə deyilmi? (Əgər peyğəmbər yeni xəbər gətirməyibsə, deməli boş yerə gəlib?)
– Həzrəti Muhəmməd peyğəmbər (s.a.a.s.) peyğəmbərlərin ən üstünüdür. Peyğəmbərlərin sonu olmaq, son sözə sahib olmaq və risalətin Həzrəti Muhəmməd  peyğəmbərin (s.a.a.s.) dünyadan köçməsi ilə kəsilməsi ayrı bir üstün məqamdır. Bu halda Həzrəti Muhəmməd peyğəmbərdən (s.a.a.s.) sonra bir peyğəmbərin gəlməsi onun məqamına xələl gətirməzmi?

– Əgər son peyğəmbər anlayışı yoxdursa və din həmişə davamlı olaraq kamilləşməyə ehtiyac duyursa, onda peyğəmbərlərin əsas hədəfləri nədir? Nə zamana qədər kamilləşmə prosesi gedəcəkdir? Halbuki peyğəmbərlər Allah sözünü kamil şəkildə insanlara yaymaqla vəzifələnmişlər. Yəni son Peyğəmbərə qədər bütün peyğəmbərlər insanları kamil dinə inam üçün hazırlamışlar. Hətta saxta peyğəmbərlik iddiasında olanlar Həzərəti Muhəmməd peyğəmbəri (s.a.a.s.)  son Peyğəmbər olaraq qəbul etməsələr belə, mütləq şəkildə ya özlərini, ya da özlərindən sonra gələnlərin nə vaxtsa son peyğəmbər olmasını qəbul etməlidirlər. Əks halda Allahın işi nəticəsiz olar.
– Zamanın tələbinə görə peyğəmbərlərin və şəriətin gəlməsi zəruridirsə, o zaman niyə Allah bəzi zamanlarda peyğəmbər və şəriət göndərməmişdir? (Sözsüz ki, yaxın zamanlarda saxta peyğəmbərlik iddiasında olanlar son Peyğəmbərdən indiyə qədər olan başqa saxta peyğəmbərləri qəbul etməyəcəklər. Bu halda arada olan 1400 illik zaman fasiləsində peyğəmbər olmamasını necə izah edə bilərik? Halbuki, bu zaman çərçivəsində çoxlu dəyişikliklər olmuşdur.)
Qeyd etmək yerinə düşər ki, son Peyğəmbərdən sonra indiyinə qədər saxta peyğəmbərlik iddiasında olanlar nəinki sözdə dinin kamilləşməsinə və zamanın tələblərinə uyğun şəriət gətirmiş, hətta yeni ixtilafların yaranmasına səbəb olmuşlar. Yuxarıda qeyd etdiklərimizdən bu nəticəyə gələ bilərik ki, hər zamanda, dövrün tələbinə görə peyğəmbərlərin gəlməsi lazım deyil. Allah öz qüdrəti ilə gələcək dövrləri əhatə edə biləcək son Peyğəmbər, təhrif olunmamış kitab və kamil din yarada bilər və bunu etmişdir. Eləcə də, indiki zamanda, Qurani-Kərimin tam öyrənilə bilinməməsi, sirlərinin zamanla açılması və bu gün ona olan ehtiyacımız, İslam dininin söylənilə biləcək bütün deyilənləri bəyan etməsi (indiyə qədər gələnlərin İslam dinindən artıq bir şey deyə bilməməsi) və son Peyğəmbərin özündən sonrakı höccətlərinin yaşaması buna sübutdur.


mənbə: az.shafaqna.com

Xəbər lenti

Kvirike kəndində yamacın çökməsi nəticəsində fəhlə ölüb
2024-05-17 12:22

Marneuli bələdiyyə deputatı jurnalisti təhqir və təhdid etdi
2024-05-17 12:16

Qardabanidə baş vermiş cinayət hadisəsinin ilkin təfərrüatları
2024-05-17 12:05

Nigeriyada məsciddə partlayış - 11 ölü, 17 yaralı
2024-05-17 11:49

TikTok bir saat davam edən videoları yükləməyə imkan verəcək
2024-05-17 11:40

Sandu Zurabişviliyə zəng edərək Gürcüstan xalqına dəstəyini ifadə edib
2024-05-17 11:26

Çində taksilərlə bağlı YENİLİK: Sürücüsüz idarəetmə- VİDEO
2024-05-17 10:11

Yerə oxşayan yeni planet aşkarlandı
2024-05-17 10:46

“Hizbullah” İsrailə rekord sayda raket atdı
2024-05-17 10:37

Qardabanidə qardaş bacısını bıçaqlayıb
2024-05-16 23:52

VMH sədri əhaliyə səsləndi: “Sülh yolu ilə mübarizə aparmalıyıq”
2024-05-16 23:50

“Əgər kollektiv “Milli Hərəkat” Salome Zurabişvilini lider kimi elan edərsə...”
2024-05-16 23:47

Gürcüstan və Türkiyə arasında enerji sahəsində əməkdaşlıq memorandumu imzalanıb
2024-05-16 23:45

Tiflisdə yenidən etiraz aksiyası keçirilir
2024-05-16 23:40

Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
2024-05-16 23:34

Darçiaşvili bəzi avropalı XİN başçılarının müxalifətin aksiyasını dəstəkləməsini pisləyib
2024-05-16 20:37

Şirin pampıq kimi yüngül planet kəşf edildi
2024-05-16 20:32

Yanvar-aprel aylarında Türkiyənin Gürcüstana hazır geyim məhsulları ixracının həcmi açıqlandı
2024-05-16 20:22

Tiflisdə 120 təşkilat tələb etdi: “Agentlər”i geri götür!
2024-05-16 20:17

İki qardaş 12 saniyəyə 25 milyon dollar oğurladı
2024-05-16 20:14

Azərbaycan və Ermənistan arasında sülh sazişi tarixi fürsətdir
2024-05-16 20:08

Ərdoğanla Kobaxidze FETÖ və PKK ilə mübarizədən danışıb
2024-05-16 20:04

Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı həqiqətən vacibdir
2024-05-16 20:02

Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
2024-05-16 19:59

Rusiyanın “Unistream” ödəniş sistemi Gürcüstana pul köçürmələrini bərpa edib
2024-05-16 19:34

Motosiklet idarə edən gənc qəza törətdi
2024-05-16 19:29

17 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-16 19:16

Gürcüstan avropalı tərəfdaşlarla müzakirələrə və həmçinin avropalı tərəfdaşların bu qanunu Avropa direktivlərinə uyğunlaşdıracaq təkliflərə hazırdır
2024-05-16 19:07

Gürcüstan Milli Bankı 60 milyon dollar satıb
2024-05-16 16:10

Daxili İşlər Nazirliyi parlamentin yaxınlığında iki nəfəri əmlaka ziyan vurmaqda ittiham edərək saxlayıb
2024-05-16 15:30

Mtacmindada yanğın baş verib
2024-05-16 14:36

Mamuka Mdinaradze: Xahiş edirəm ki, sanksiya mexanizmi işə düşərsə, başqalarına deyil mənə sanksiya tətbiq edilsin
2024-05-16 14:28

Parlament “Seçki Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsini üçüncü oxunuşda təsdiq edib
2024-05-16 14:25

İrakli Kobaxidze Türkiyəyə rəsmi səfərə gedib
2024-05-16 14:09

Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər saxlanılıb
2024-05-16 13:55

Avropa parlamentariləri “Gürcü arzusu”na çağırış edir
2024-05-16 12:47

Bu tarixdə Gürcüstanda tətil elan edildi
2024-05-16 12:32

Avropalı nazirlərin etirazlara qoşulması Gürcüstanda çevrilişə yardımdır
2024-05-16 12:08

5 günlük axtarışdan sonra 27 yaşlı qızın meyiti tapılıb
2024-05-16 11:29

Mədə üçün ən faydalı ədviyyat: qastritin dərmanı...
2024-05-16 11:18


Digər İslam Dünyası xəbərləri:

İslamda ictimai nəzm

73