Hz. Peyğəmbərin (s) göz yaşları

28 Sentyabr 2022 - 11:44

134526

Mən bir damcı göz yaşında cənnəti gördüm, çünki paklıq və səmimiyyət dolu idi. İnsanlığa sevgi və nəvaziş dolu idi. Ağrı və acıların empatiyası idi. Həmrəylik və fədakarlıqla yoğurulmuşdu. Sədaqət və sevgi daşıyırdı...

“Astaca yanına getdik. İbrahim onun qucağında idi... Yanaqların axan göz yaşları içində mənə baxdı. Baxışlarındakı hüzün və qayğı insanın qəlbini sızladırdı. Narahatlıqla ona baxaraq dedim: Ey Allahın elçisi, səndəmi?!
Təəccüb dolu nəzərlə mənə baxaraq buyurdu: “Bu rəhmət göz yaşlarıdır. Gözlərimiz ağlayır, vücudumuz qəm-qüssə içindədir...” Ardınca göz yaşlarını saxlaya bilmədi, ağlayaraq buyurdu: “Ay İbrahim, sənin ayrılığın bizi matəmə saldı...”
Dizlərim büküldü, onun kənarında əyləşib ağlamağa başladım...
Bu sətirləri oxuduğun zaman, istər-istəməz qəlbimin lap dərinliklərində bir acı və nisgil hiss etdim. Gözlərimin önünə şəhid atalarının, analarının göz yaşı içindəki fəryadı gəldi... İlahi, şəfqət və acının təzahürü olan göz yaşları necə də pakdır! Necə də, sevgi və mərhəmət doludur! Necə də, müqəddəsdir! Necə də, dəyərlidir! 
Axı dinimizin də buyurduğu kimi övlad valideynin bədəninin bir parçasıdır! Doğrusu, gülləyə sipər olan təkcə şəhidin canı deyil, onun ailəsinin, sevənlərinin yaralı qəlbidir... Əslində, şəhid təkcə öz canını Allah yolunda, Vətən uğrunda fəda etmir, gülüşünü borclu olduğumuz ataların, anaların yaralı könüllərində, göz yaşlarındadır şəhidlik! 
Buna görədir ki, şəhidlik ən ali fədakarlıqdır! Əgər övladlarımızın başına sığal çəkə biliriksə, bundan məhrum olan əllərə borcluyuq. Elə bu səbəblə də, qiyamət günü, ən ağır haqlardan biri də şəhidin boynumuzdakı olan haqqıdır!
Belə günlərdə şəhid ailələri ilə öz qəmini fərdi və ictimai davranışlarla göstərmək, onlarla birgə göz yaşı tökmək, ağlamaq həmrəyliyin və məhəbbətin qayda-qanunlarından sayılır. Bu bizim həm dini, həm vətənpərvərlik borcumuzdur.
Unutmayaq, əziz şəhidlərimizin matəmini “Şəhidlər ağası” və “Behişt cavanlarının sərvəri” olan Həzrət Hüseynin (ə) əzadarlığına nisbət vermək, bir daha onlara qoyulan dəyərin əzəmətini göstərir. Onlar məhz Cənnət cavanlarının sərvərinin süfrəsinin qonağıdırlar. Şəhidlər cənnətdən bir güldür! Behiştə daxil olacaq ilk şəxs, şəhiddir! 
Şəhidlik şərəf məktəbidir, bir millət onunla ucalır. Şəhidlik həyatdır, öz xalqına o nəfəs bəxş edir, yaşadır! Şəhidlik həqiqi eşq dastanıdır! Şəhid Allaha olan sevgisini öz qanı ilə rəsmə çəkir. Bizim göz yaşlarımız isə bu rəsmin qəlbimizə işləyən pak duyğularının məhsuludur.
Amma bu göz yaşları, həmişə olduğu kimi bəzən bir sıra insanlar tərəfindən anlaşılmayacaqdır. Ağlamaq, göz yaşı tökməyə antipatiyası olanlar, buna “kişilər ağlamaz”, “ağlamaq acizlikdir” və sair kimi ifadələrlə qarşılıq verəcəklər. Acizlik kimi, mənasız rəftar kimi də baxacaqlar…
“Kişi ağlamaz” -sözü, birbaşa İslam dininin mənəvi ambiyansı ilə ziddir, onun ali dəyərlər toplusunun əleyhinədir. Dinimiz Allah-taalanın “ilahi kişilərin” göz yaşlarının müştağı olduğunu buyurur və buna böyük dəyər verir. 
“Kişi ağlamaz” -sözünü dedikdə, Qurani-Kərimin kəlamlarında Həzrət Yaqubun (ə) öz övladının ayrılığında ağlaması, göz yaşı tökməsi təsvir edilir. 
“Kişi ağlamaz” -düşüncəsini dilə gətirməzdən öncə, Həzrət Məhəmmədin (s) göz yaşlarını unutmaq olmaz. İstər əhli-sünnə qardaşlarımızın kitablarında, istərsə də şiə mənbələrində onun Hz. Hüseynin (ə) şəhid olmasını xəbər verərək, ağlaması müxtəlif mənbələrdə qeyd olunmuşdur.
Unutmayaq ki, hər göz yaşının “ağlamaq” olmadığını bilirik. Əslində ağlamağımıza səbəb olan əsas amil “duyğuların intensivliyi”dir. Bəzən o qədər xoşbəxtik ki, “xoşbəxtlik göz yaşları” axıdırıq. Bəzən qüssə və kədərimiz o qədər dərinləşir ki, “qəm göz yaşları” yanaqlarımızdan axır. Qorxduğumuz zaman “qorxu göz yaşları” tökürük. Dözülməz ağrılara məruz qaldığımızda, ümidsizliyimizin dozası artdıqda gözlərimizdən “ağrı-acı göz yaşları” çıxır. Bəzən peşmanlıq hissi o qədər üst-üstə düşür ki, “peşmanlıq göz yaşları” özünü büruzə verir.
İmam Hüseyn (ə) timsalında əziz şəhidlərimizin müsibətində tökülən göz yaşı isə ilk növbədə sevgi və məhəbbətin göstəricisidir. Aydındır ki, eşq və məhəbbət özünə məxsus qanunlara malikdir. Əsl dost və aşiq dostluğun zəruri qanunlarını yerinə yetirən şəxsə deyilir. Belə qanunlardan biri də, ehtiram bəslədiyin şəxsin xoş günündə sevinmək, hüznlü və kədərli olduğu vaxtlarda isə onun qəminə şərik olaraq, kədərlənməkdir.
Elə buna görə də, hədislərdə Əhli-beytin (ə) şad günlərində sevinməyə, qəmli günlərində isə qüssələnməyə təkid edilmişdir. Həzrət Əli (ə) buyurur: “Bizim dostlarımız fərəhli günlərimizdə sevinir, hüznlü günlərimizdə isə qəmli olurlar. 
İmam Hüseynin (ə) timsalında şəhidlərimizə ağlamaq, fərdi və ictimai sahədə olduqca müsbət xarakter daşıyır. Kərbəla müsibətinə göz yaşı tökən insan, əslində məzlumların, din, Vətən yolunda canını fəda edənlərin halına acıyır, təcavüzkarlığa qarşı öz nifrətini bildirir. İmam  Hüseyndən (ə) ilham alaraq fərdi və ictimai həyatında şəhidlik dəyərini yaşadır.
Necə ki, İmam Sadiq (ə) buyurur: «İmam Hüseyn (ə) hər mömin üçün həm ağlamaq həm də, ibrət deməkdir.”
Həmçinin, Kərbəla müsibəti olduqca əzəmətli İlahi bir şüar və xatirə sayılaraq, dinimizin izzəti və müsəlmanların iftixarı kimi tanınır. İnsanları Allahı yad etməyə, Ona doğru dönməyə çağırır. Belə İlahi xatirələri unutmamaq, onları həmişə diri saxlamaq Qurani-Kərimdə vacib edilmişdir: «Hər kəs İlahi şüarlarını dirçəltsə şübhəsiz ki, bu qəlblərin (onun qəlbinin) təqvasından xəbər verir.»
Unutmayaq ki, mərhəmət və izzət sahibi Uca Tanrı, Onun yolunda sidq ürəklə candan keçməyə hazır olan şəxsləri «özünün sadiq dostları» adlandıraraq onların xatirəsini əbədi yaşatmaqla insanlara nümunə göstərir. Necə ki, Həzrət İsmayıl (ə) Allah yolunda qurban kimi kəsilməyə razı olaraq Allahın sevimlisinə çevrildi. Artıq min illərdir ki, «qurbanlıq bayramı» bütün dünya müsəlmanları tərəfindən qeyd edilməkdədir. İmam Hüseyn (ə) isə təkcə özünü deyil, bütün yaxınlarını da Allah yolunda qurban verərək, İlahi şüara çevrildi. Şəhidlərimizi bu mənəvi və pak timsalda yad etmək, əzadarlıq etmək, onların xatirəsini daim ən ali məqamlarla birgə əbədiləşdirmək məqsədi daşıyır.
Unutmayaq ki, bizim əməl və rəftarlarımızın çoxu sırf o haqda məlumatlı olmağımızla deyil, daxili duyu və hislərimizlə əlaqədardır. Kərbəla əzadarlığı da bu ümumi qanundan müstəsna deyil. Dinlədiyimiz düzgün ağılar bizə hadisənin insani-ilahi dəyərlərini aşılayır və biz göz yaşları axıdırıq. Şəhidlərimizi Kərbəla şəhidləri ilə əlaqələndirmək də bu xüsusdadır. Onların məqamını insani-ilahi dəyərlərlə təfsir etməkdir.
Ümumiyyətlə, azacıq araşdırma aparan insanlar göz yaşlarından qorxmağa əsas görməzlər. Əslində, burada qorxulu olan, göz yaşının quruması və ağlamaq istəyinin olmamasıdır. Dinimizə əsasən, qəlb daşlaşdığı zaman, insan ağlaya bilməz. Çünki ağlamaq empatia, mərhəmət, şəfqət, qayğıdan qaynaqlanan duyğuların tərənnümüdür.
“Kütlə psixologiyası”, “dəyər” adı ilə bizə diktə edilən rəftarlardan uzaq olaraq, sırf qadına xas olmayan, insanın təbii xislətinə uyğun olan “ağlamaq” mövzusuna qısaca psixoloji cəhətdən göz gəzdirək.
Jerry Bergman "Ağlama möcüzəsi" məqaləsində deyir: "Ağlamaq elə bir möcüzədir ki, lazım olduğunda bizim ruhumuzu və cismimizi təmizləyə bilir." O, gözyaşı və ağlamağın fiziki və psixoloji cəhətdən bizi rahatlaşdırmasına belə işarə edib:
Ağlamaq vücuddakı manqan dəyərlərini stabil saxlamasına görə psixoloji cəhətdən insana aramlıq bəxş edir. Belə ki, manqan dəyərləri stabil olmadığı zaman, insan əsəbi, narahat, yorğun və aqressiv olur.
Bədənin aktiv fiziki hərəkət zamanı tərləməyə ehtiyacı olduğu kimi, psixoloji aktivliyin yüksək olduğu zaman da insan ruhu da ağlamağa ehtiyac duyur. Bergman məqaləsində göz yaşlarının stress nəticəsində əmələ gələn kimyəvi maddələri aradan qaldırmaqda çox təsirli olduğuna işarə edir. Əksinə, göz yaşlarının qarşısı alındıqda stress səviyyəsi artır. Bu, qan təzyiqi və ürək problemlərinə və ya stresin yaratdığı mədə xorasına səbəb olur.
3. Biokimya mütəxəssisi Willam Frey, emosional reaksiya olaraq meydana gələn göz yaşlarında, gözə kənar cismin müdaxiləsi və yaxud qıcıqlanma səbəbindən yaranan göz yaşlardakı toksinlərdən daha çox vücuda zərərli maddənin olduğunu və çölə atıldığını önə sürmüşdür. Deməli göz yaşları stressin yaratdığı toksinləri bədənimizdən təmizləyir. Bilirsinizmi, doğrusu, ağlamaq təbii bir terapiya və ya masaj kimidir. Sadəcə ödənişsiz olduğu üçün dəyər vermirik... 
4. Göz yaşı tökdüyümüz hadisə və yaxud insanlara qarşı psixoloji cəhətdən həm simpatia (yaxud sevgi) yaranır, həm də empatia qurmuş oluruq. Bu bizim anlayış səviyyəmizi yüksəldir və oxşar haadisələrdə eyni həmrəylik və anlayışı göstərə bilirik. Yəni bir mənada tərbiyəvi xarakter də daşıyır ki, insan öz düşüncə, hiss və duyğularını yönləndirə bilsin.
5. Ağlamağın başqa bir hormonal təsiri ətrafdakı insanlarda oksitosinin oyandırmasıdır. Beləliklə, ağlamaq səsi ətrafdakı insanlarda şəfqət və mərhəmət hisslərini oyadır. Bundan əlavə ortaq məqamlarda cəmiyyətin bir bütün olaraq kövrəldiyi, göz yaşı axıtdığı hadisələr və məqamlar o cəmiyyətin birlik və həmrəyliyini müştərək bir yerdə tənzimləyir.
6. Ağlamaq endorfinlərin ifraz olunmasına səbəb olur. Endorfin insanlara sevinc bəxş edən bir hormondur və artıq xoşbəxtlik hormonlarından biri kimi tanınır, endorfinlər zövq və rahatlıq verir. Endorfinlərin sevinc verməkdən başqa bir faydası, ağrıları azaldır. Endorfin morfindən iyirmi dəfə daha güclüdür, hətta məlum olan ən güclü ağrı kəsicisi kimi tanınır.
Adətən insanlar ağladıqdan sonra yatmaq istəyirlər. Çünki sanki sakinləşdirici orqanizmə yeridilir və insan özünü yorğun hiss edə bilər. Bu, özünə və ya ətrafına hər hansı bir şəkildə zərər verə biləcək bir insanın ağlamaqla sakitləşməsinə də kömək edir.
7. Gözyaşları yalnız göz və göz qapaqlarını nəmləndirmir, həm də selikli qişaların susuzlaşmasının qarşısını alır. Nəm yoxdursa, görmə də yoxdur. Jerry Bergman deyir: "Göz yaşı olmasaydı, həyat çox narahat olardı. Uzun müddətdə ağlamaq isə görmə qabiliyyətimiz tamamilə itirilməsinə gətirib çıxarır." Əlbəttə ki, ifrat hər bir şeydə pisdir.
8. Göz yaşları duyğuları rahatlaşdırır. Adi bir insan heç bir travmatik və ya ciddi ruh düşkünlüyü yaşamasa da, gündəlik həyatında stress, əsəb, narahatlıq, sözlü yaxud

emosional qarşıdurma və inciklik duyğularını özündə toplaya bilər. Bu duyğular zaman irəlilədikcə, bunlar beynin limbik sistemində və yaxud ürəyin müəyyən guşələrində problemlər yarada bilər. Ağlamaq ilk növbədə bu zərərli təsirləri aradan qaldırır. İnsan duyğularını boşaltdıqca rahatlayar. John Bradshaw, “Bestseller” kitabında deyir: "Bütün duyğular hiss olunmalıdır. Bəzən hıçqıraraq ağlamaq, tərləmək, titrəmək də lazımdır. Bununla da duyğularınızı boşaldaraq rahatlaşdırın və istirahət edin."
Psixoloqların həmişə ona müraciət edənlərlə necə işlədiyini düşünün. Ona danışmağınızı istərlər: dərdləriniz, uşaqlığınız, keçmişdən indiyə kimi sizi narahat edən şeylər haqda… Çünki bu psixoloqun həm sizi tanımasına imkan verir və həm də yığılıb qalan duyğu və hislərinizin boşalmasına yardım edir. Davamlı çətinliklər və üzərindən basılaraq yox imiş kimi davrandığınız duyğular sonrakı mərhələlərdə inanılmaz dərəcədə partlayışa səbəb ola bilər. Bu da sizi sonra nəticələrini çətinliklə dəf edəcəyiniz psixoloji problemlərə aparır. Ağlamaq, dərdlərlə qarşılaşmaqdan qaçmamaqdır. Həqiqətlə üzləşməkdir. Ağlamaqdan qorxma...
“Kişi ağlamaz” deyə, ağlamağa yalnız zəiflik kimi baxanlar məncə bir daha düşünməlidirlər. Zəiflik psixologiyası ilə ağlamaq tamam başqa mövzudur, onun ayrıca acizlik psixologiyası bölümündə danışılıb araşdırılması gərəkdir. Amma hər növ ağlamağın adını acizlik və zəifliklə etiketləmək, ən azı belə iddia edən həmin şəxsin bu haqda lazımı məlumatının olmamasına dəlalət edir.

 


PhD. Əfzələddin Rəhimli

Xəbər lenti

ABŞ-dan Gürcüstana XƏBƏRDARLIQ
2024-04-26 22:22

Avroparlamentarilərin tələb və şantaj cəhdlərinin Gürcüstan üçün dəyəri yoxdur
2024-04-26 21:50

“Gürcü Arzusu”nun mərkəzi ofisində təcili iclas keçirilir
2024-04-26 21:09

Qaratəhlə kəndində ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməkdə təqsirli bilinən iki nəfər 20-20 il müddətinə azadlıqdan mərhum edilib
2024-04-26 20:52

Aytac Şahmarovanın anası və dayısı ilə bağlı hökmün bu tarixdə açıqlanacağı gözlənilir
2024-04-26 20:38

27 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-26 20:14

Viza liberallaşdırılması ləğv edilməyəcək...
2024-04-26 15:26

“ Biz viza liberallaşdırılmasına başladıq, amma onlar da hamı kimi bunu geriyə götürdülər”
2024-04-26 15:24

Poniçalada din xadimini bıçaqlayan şəxs saxlanıldı
2024-04-26 15:20

Daxili İşlər Nazirliyinin əməkdaşı zor tətbiq etmə faktı ilə ifşa edilib
2024-04-26 13:50

Gürcüstana viza liberallaşdırılmasının dayandırılması üçün 27 ölkədən 15-nin razılığı lazımdır
2024-04-26 13:22

21 min 400 ABŞ dolları və 600 avro məbləğində saxta pulların çıxarılması ilə bağlı bir nəfər saxlanılıb
2024-04-26 11:57

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək
2024-04-26 11:38

Rus qanununa qarşı keçirilən aksiyada saxlanılan məktəb şagirdi 2200 lari cərimələnib
2024-04-26 11:06

Gürcüstanda Avropa kitabxanalarından qiymətli kitablar oğurlayan dörd nəfər saxlanılıb
2024-04-26 10:51

Qurani-Kərim: Dünyanın ən çox satılan kitabları siyahısında
2024-04-26 10:19

Bu il Aİ ölkələri 1196 Gürcüstan vətəndaşını deportasiya edib
2024-04-26 10:03

27 il yerin altında qalan şaxtaçı SAĞ TAPILDI
2024-04-25 23:09

Gürcüstan müxalifəti yeni mitinq elan etdi
2024-04-25 22:21

Orban qondarma liberal təbliğatına qarşı möhkəm dayanan, təqlid olunmalı bir nümunədir
2024-04-25 22:14

Gürcüstanla bağlı Avropa Parlamentində qəbul edilən qərarı "biabırçı" adlandırıb
2024-04-25 22:10

Gənc oğlan şəhərin mərkəzində güllələndi
2024-04-25 21:03

Qardabanidə qətl törədilib
2024-04-25 20:58

Analoji qətnamələrin yaradıcısı olan insanlar şüurlu və ya şüursuz şəkildə ölkəmizə ziyan vurmağa xidmət edirlər
2024-04-25 20:53

3 yaşlı uşağı avtomobil vurub
2024-04-25 19:49

Aprelin 29-dək olan hava proqnozu açıqlandı
2024-04-25 19:44

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
2024-04-25 19:41

26 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-25 19:12

”Avropa İttifaqına daxil olmaq Gürcüstanın və gürcü xalqının əsas xarici-siyasi prioritetidir“
2024-04-25 14:37

İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI
2024-04-25 13:56

Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər
2024-04-25 13:49

Gürcüstan Prokurorluğu irimiqyaslı transmilli cinayətin üzərini açıb
2024-04-25 13:45

Mestia şəhərinin meri Kapiton Jorjoliani bəyannaməsində əmlakını gizlədir
2024-04-25 12:24

Rustavi N1 poliklinikasının direktoru və həkimi Misir vətəndaşına pul müqabilində saxta arayış hazırlayıb
2024-04-25 12:21

Quranda ilahi qəza və qədər və emosional nizam-intizam
2024-04-25 10:59

Avropa Parlamentində Gürcüstanda “xarici agentlər” haqqında qanun layihəsi ilə bağlı qətnamə layihəsi səsə qoyulur
2024-04-25 10:36

Holland aktyor müsəlman oldu
2024-04-25 10:18

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı - VİDEO
2024-04-25 10:04

Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin məbləği artıb
2024-04-24 22:51

Gürcüstanda və qonşu ölkələrdə orta əməkhaqqı nə qədərdir?
2024-04-24 22:05


Digər İslam Dünyası xəbərləri:

Holland aktyor müsəlman oldu

58

Qurana əsasən orucun faydaları

80

Qədr gecəsinin fəzilətləri

109