Namaz insanın ruhani və cismani meracıdır

13 Yanvar 2023 - 06:14

134548

İslam Peyğəmbəri həzrət Məhəmməd (s) buyurmuşdur:

"Namaz dinin sütunudur. Əgər qəbul olunsa, başqa əməllər də qəbul olunar, rədd olunsa, sair əməllərin heç biri qəbul olmaz.

وَ أَقِمِ الصَّلَوةَ لِذِكْرِى

Məni yad etmək üçün namaz qıl

Taha surəsinin şərif ayəsi(14-cü ayə) aşkar surətdə namazın fəlsəfəsinin Allahı yad etməkdən ibarət olduğunu açıqlayır. Namaz "zikr" (yad etmək) deyə adlandırılır. Bu cəhətdən Quranda bəzən "namaz" kəlməsi "zikr" kəlməsi ilə təfsir olunmuşdur.

Başqa bir ayədə belə buyurulur:

وَ مَنْ أَعْرَضَ عَن ذِكْرِى فَإِنَّ لَهُ مَعِيشَةً ضَنكاً وَ نحَْشُرُهُ يَوْمَ الْقِيَمَةِ أَعْمَى‏

"Hər kəs Məni yad etməkdən boyun qaçırsa, dünya həyatı daralar və qiyamət günü onu kor olaraq məhşur edərik."(Taha" surəsi, 124-cü ayə.)

Zikrin özü həm namazın hissəsi, həm də onun şərti sayılır. Çünki zikr üç növdən ibarətdir.

Dil vasitəsilə zikr.

Qəlb vasitəsilə zikr.

Kamil zikr. (Yəni həm dil, həm də qəlb vasitəsilə zikr).

Birinci növ zikr (dil vasitəsilə) namazın bir hissəsi, ikinci növ zikr (qəlb vasitəsilə) namazın düzgünlüyünün şərti və üçüncü növ zikr (kamil zikr) isə namazın qəbul olma şərtidir. Bu da namazın bütün zikrlərində qəlbin Allah yanında iştirakına işarədir.

Məsumlardan (ə) buyurulan hədislərdə:

"Hüzuri-qəlblə(qəlbin iştirakı ilə)qılınmayan namaz-namaz deyildir."

 

İmam Sadiq (ə) Əbu Ubeydə Xəzaiyə buyurur:

"Allah-təalanın öz bəndələrinin boynuna qoyduğu vəzifələrdən birincisi, insafdır.Əgər bir iş sənin zərərinə olsa belə, heç vaxt insafı əldən vermə! İkincisi, müsəlman qardaşından malını və sərvətini heç vaxt əsirgəmə! Üçüncüsü, Allahı çox zikr et!"

Sonra həzrət imam Sadiq (ələyhissalam) əlavə edib buyurdu:

"Zikr kəlməsində məqsədim "Subhənəllah" və ya "Əlhəmdulilləh"demək deyil. Baxmayaraq ki, bunlar da zikrdən hesab olunur. Əsl məqsədim budur ki, Allahın buyurduğu vacib əməlləri hər zaman yerinə yetir və Onun haram etdiyi əməllərdən hər zaman çəkin!"

Sonra o, həzrət Peyğəmbərin (s)bu hədisini dəlil göstərdi:

"Hər kəs Allahın əmr etdiyi vacibatlara və haramlara müti (itaətkar) olsa, həmin şəxs "zikr" əhlindəndir."

Namazın həqiqəti və ruhu zikrdir. Zikrin həqiqət və ruhu isə günahların tərk olunması və vacibatların yerinə yetirilməsidir.

Bunlar nəzərə alındıqda

إِنَّ الصَّلَوةَ تَنهَْى‏ عَنِ الْفَحْشَاءِ وَ الْمُنكَر

"Həqiqətən namaz (insanı) pis və yaramaz əməllərdən saxlayır."("Ənkəbut" surəsi, 45-ci ayə.) ayəsinin mənası aydın olur.

Namaz qəlb nurunun mayası və yəqinliyin artmasıdır. Mömin kamilliyə doğru hər nə qədər addımlasa da heç vaxt namazdan ehtiyacsız ola bilmir və yalnız namaz vasitəsilə onun məqamı yüksəklərə qalxır.

Böyük arif, filosof, müfəssir və fəqih Ayətullah Üzma Cavadi Amuli yazır:

"Namazda qiyamın sirlərindən biri də budur ki, bədənin zahiri də qəlb və ruh kimi saf və düz olmalıdır, ruhun saflığı qiyam halında abidin bədənində zahir olur, onu hüzurdan digər səmtə yayınmaqdan saxlayır.

Namazın zahiri bədənin hüzuru ilə doğru sayılırsa, batini də ruhun qiyamı və hüzuru ilə doğru sayılır. Hüzurda olan qəlb və ruhun təsiri bədən üzvlərinin də təvazökarlığı və Allah qarşısında kiçilməsi ilə müşahidə olunur. İmam Əlidən (ə) rəvayət olunan hədisdə deyilir ki, Peyğəmbər (s) namaz qılan bir kişinin öz saqqalı ilə oynadığını görərkən belə buyurdu: - انّه لو خشع قلبه لخشعت جوارحه - Əgər onun qəlbu "xüşu" (Allah hüzrunda qorxu və kiçiklik hiss edən) halında olsaydı, əzaları da xüşu və təvazökarlıq halında olardı.

Namaz insanın ruhani və cismani meracıdır. Əgər bədən meracda deyilsə, deməli ruhda meracda deyil, çünki ruh meracda və hüzurda olsa, bunun təsiri bədəndə də zahir olur, bədən və bədən üzvləri də Allahdan başqa səmtə yönəlməz.


mənbə: oxu24.com

Xəbər lenti

Gürcüstan öz iqtisadiyyatını və sistemlərini Aİ-yə inteqrasiya üçün hazırlayır
2024-04-27 21:54

Motosiklet piyadanı vurub
2024-04-27 21:51

Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
2024-04-27 19:43

“Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
2024-04-27 19:05

Gürcüstan Avropa yolundan dönməyi planlaşdırmır
2024-04-27 19:00

“Gürcü Arzusu” rus qanununu dəstəkləyən aksiyaya hazırlaşır
2024-04-27 18:40

Parlamentin qarşısındakı ərazi dəmir bəndlərlə hasarlanıb
2024-04-27 16:45

Tbilisi və regionlarda narkotik cinayətlərinə görə 18 nəfər saxlanılıb
2024-04-27 16:42

Yunanıstanda sərxoş gürcü 43 yaşlı kişini bıçaqlayıb
2024-04-27 14:20

Eynəyi cızıqlardan xilas edən təbii üsul
2024-04-27 12:44

Kobaxidze hökumətin "GRECO"nun antikorrupsiya qiymətləndirmə hesabatını gizlətdiyini inkar edir
2024-04-27 11:47

Ölkədə həyat səviyyəsi aşağı olduqca yüksək miqrasiya davam edəcək
2024-04-27 11:25

ABŞ-dan Gürcüstana XƏBƏRDARLIQ
2024-04-26 22:22

Avroparlamentarilərin tələb və şantaj cəhdlərinin Gürcüstan üçün dəyəri yoxdur
2024-04-26 21:50

“Gürcü Arzusu”nun mərkəzi ofisində təcili iclas keçirilir
2024-04-26 21:09

Qaratəhlə kəndində ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməkdə təqsirli bilinən iki nəfər 20-20 il müddətinə azadlıqdan mərhum edilib
2024-04-26 20:52

Aytac Şahmarovanın anası və dayısı ilə bağlı hökmün bu tarixdə açıqlanacağı gözlənilir
2024-04-26 20:38

27 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-26 20:14

Viza liberallaşdırılması ləğv edilməyəcək...
2024-04-26 15:26

“ Biz viza liberallaşdırılmasına başladıq, amma onlar da hamı kimi bunu geriyə götürdülər”
2024-04-26 15:24

Poniçalada din xadimini bıçaqlayan şəxs saxlanıldı
2024-04-26 15:20

Daxili İşlər Nazirliyinin əməkdaşı zor tətbiq etmə faktı ilə ifşa edilib
2024-04-26 13:50

Gürcüstana viza liberallaşdırılmasının dayandırılması üçün 27 ölkədən 15-nin razılığı lazımdır
2024-04-26 13:22

21 min 400 ABŞ dolları və 600 avro məbləğində saxta pulların çıxarılması ilə bağlı bir nəfər saxlanılıb
2024-04-26 11:57

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək
2024-04-26 11:38

Rus qanununa qarşı keçirilən aksiyada saxlanılan məktəb şagirdi 2200 lari cərimələnib
2024-04-26 11:06

Gürcüstanda Avropa kitabxanalarından qiymətli kitablar oğurlayan dörd nəfər saxlanılıb
2024-04-26 10:51

Qurani-Kərim: Dünyanın ən çox satılan kitabları siyahısında
2024-04-26 10:19

Bu il Aİ ölkələri 1196 Gürcüstan vətəndaşını deportasiya edib
2024-04-26 10:03

27 il yerin altında qalan şaxtaçı SAĞ TAPILDI
2024-04-25 23:09

Gürcüstan müxalifəti yeni mitinq elan etdi
2024-04-25 22:21

Orban qondarma liberal təbliğatına qarşı möhkəm dayanan, təqlid olunmalı bir nümunədir
2024-04-25 22:14

Gürcüstanla bağlı Avropa Parlamentində qəbul edilən qərarı "biabırçı" adlandırıb
2024-04-25 22:10

Gənc oğlan şəhərin mərkəzində güllələndi
2024-04-25 21:03

Qardabanidə qətl törədilib
2024-04-25 20:58

Analoji qətnamələrin yaradıcısı olan insanlar şüurlu və ya şüursuz şəkildə ölkəmizə ziyan vurmağa xidmət edirlər
2024-04-25 20:53

3 yaşlı uşağı avtomobil vurub
2024-04-25 19:49

Aprelin 29-dək olan hava proqnozu açıqlandı
2024-04-25 19:44

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
2024-04-25 19:41

26 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-25 19:12


Digər İslam Dünyası xəbərləri:

Holland aktyor müsəlman oldu

67

Qurana əsasən orucun faydaları

83

Qədr gecəsinin fəzilətləri

113