Həzrət Zəhranın (s) fəzilətləri sonsuzdur

03 Yanvar 2024 - 07:12

242

Ayətullahul-Üzma Şübeyri Zəncani Həzrət Fatimeyi-Zəhranın (s) məqamını vəsf edərək “İQNA”-ya yazıb: “Allahın o sevimli bəndəsinin əziz adlarının hər biri o Həzrətin saysız-hesabsız fəzilətlərindən bir hissəni bəyan edir. Hər adın təfsiri və şərhində geniş şəkildə danışmaq lazımdır”.

Dəyişiklik yaradan İslam dininin meydana çıxması ilə və Həzrət Məhəmməd Mustafanın (s) böyük səyləri sayəsində insan ləyaqəti, ədalət və azadlıq əsl məna kəsb etdi. Allahın Peyğəmbəri (s) dinin və onun ülvi dəyərlərinin qorunub saxlanmasını iki əsasa uyğun olaraq təqdim etmişdir.

Biri Quran, digəri isə bu ilahi kitabın həqiqi təfsirçiləri və real icraçıları olan Əhli-beytdir (ə). Həzrət Peyğəmbərin (s) Əhli-beytinin (ə) üzvü olan və nübüvvətlə imamət arasında birləşdirici halqa olan Fatimeyi Zəhra (s) qüdsi bir hədisdə belə vəsf olunur:

«یـا أَحْمَدُ! لَوْلاکَ لَما خَلَقْتُ الْأَفْلاکَ، وَ لَوْلا عَلِىٌّ لَما خَلَقْتُکَ، وَ لَوْلا فاطِمَةُ لَما خَلَقْتُکُما»

Ey Əhməd, sən olmasaydın, dünyanı yaratmazdım, Əli olmasaydı, səni, Fatimə olmasaydı, sizi yaratmazdım”.

Qurani-Kərimin  Kövsəri Həzrət Fatimeyi Zəhranın (s) mövlud ildönümü o Həzrətin xüsusi mövqeyini bəyan etmək üçün mübarək bir fürsətdir. Bu fürsət din alimlərinin və əxlaqlı insanların sözləri sayəsində reallaşır. Bu səbəbdən, Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Ayətullahul-üzma Şübeyri Zəncaniyə xüsusi mesaj göndərib. O böyük şəxsiyyət və alim məktubda bu mübarək günlər münasibətilə təbrik edərək, “İQNA”-ya Həzrət Zəhranın (s) şəxsiyyətinə dair bəzi məqamları hədiyyə olaraq deyib.

Ayətullahul-üzma Şübeyri Zəncaninin “İQNA”-ya eksklüziv mesajı göndərib. Bu mərcəyi-təqlidin “İQNA”nın dinləyicilərinə göndərdiyi mesajını birlikdə oxuyuruq:

Bismillahir-Rəhmanir-Rəhim

الْحَمْدُ لِلَّهِ إِجْلَالًا لِقُدْرَتِهِ، وَ لَا إِلَهَ إِلَّا اللَّهُ خُضُوعاً لِعِزَّتِهِ، وَصَلَّی اللَّهُ عَلَی مُحَمَّدٍوَآلِه‌.

ورد بأسناد عديدة عن رسول الله صلي الله عليه و آله: إِنَّمَا سُمِّيَتْ اِبْنَتِي فَاطِمَةَ لِأَنَّ اَللَّهَ عَزَّوَجَلَّ فَطَمَهَا وَ فَطَمَ مَنْ أَحَبَّهَا مِنَ اَلنَّارِ.

Cəmadius-sani ayının 20-də, iki dünya xanımı Həzrət Fatimeyi Zəhranın (s) mövludunun ildönümündə, imkan aləminin Qütbü Həzrət Bəqiyyəllaha (ə.c) təbrik deyir və Allahın qoruyub saxladığı o ilahi şəxsiyyətin zühurunun tezləşməsini mütəal Allahın dərgahından arzu edirəm.

Qiyamət günü şəfaətçisinin, Həzrət Muhəmməd Mustafanın (s) canının bir parçası və əziz yadigarı Həzrət Siddiqə Tahirənin (ə) fəzilətlərindən danışmaq çox çətindir. Necə bir xasiyyətdən danışmaq olar ki, Həzrət Cəbrail (ə) Həzrət Peyğəmbərin (s) vəfatından sonra yetmiş beş gün atasının əzadarlığı zamanı ona başsaqlığı verib. Həmçinin onun üçün Həzrət Peyğəmbərin (s) əzəməti və məqamından danışır və ona olacaqlardan xəbər verir. Peyğəmbərdən (s) sonra camaatın ən xeyirlisi, Əmirəl-möminin Əli (ə) vəhy mələyinin bu sözlərini yazmışdır ki, “Müshəf Fatimə” adlandırılmışdır. İslam düşmənlərinin kinli ifadələrinin əksinə olaraq ki, onun içində, Qurandan bir şey yoxdur deyirdilər, iyirmidən çox rəvayətdə bu kitab və onun xüsusiyyətlərindən bəhs edilmişdir ki, onların çoxunda mötəbər sənədlər vardır.

Sünnilərin kitablarda da o xanımın fəzilətləri dəfələrlə ifadə olunub. Digər şeylərlə yanaşı, sevimli Peyğəmbərdən (s) (onların çoxu bu rəvayətin səhihliyini təsdiq edirlər) bir rəvayətdə belə qeyd olunur:

“Hələ yerə enməmiş bir mələk Rəbbimdən icazə istədi ki, mənə salam versin və mənə müjdə versin ki, Fatimə (s) cənnət qadınlarının xanımı, Həsən (ə) və Hüseyn (ə) cənnət cavanlarının ağasıdırlar”.

Hakim Nişaburi o Həzrətin haqqında deyir: “Səhih bir rəvayətdə Peyğəmbərdən (s) rəvayət edilmişdir ki, Həzrət Fatimə (s) nə vaxt Peyğəmbərin (s) yanına gəlsəydi, Peyğəmbər (s) ayağa qalxar və onun yanına gedərdi. Habelə salam verər və onu qarşılayar və əlini öpərdi. Bu davranış anası Xədicəyə (s) olan hörmətdən və onun özünə olan hörmətdən irəli gəlirdi”.

Daha sonra o, doğru olduğunu təsdiq etdiyi bir sənədlə Aişədən nəql edir:

“Mən Fatimədən (s) daha çox Peyğəmbər (s) kimi danışan görmədim. Həzrət Fatimə (s) hər dəfə Peyğəmbərin (s) yanına getsəydi, Peyğəmbər (s) ona salam verər, ayağa qalxar və ona tərəf gedərdi. Onun əlindən tutub öpər və öz yerində oturtdurardı. Hər dəfə Peyğəmbər (s) onun yanına gəlsə, salam verər və durub onun əlindən tutar və öpərdi. Peyğəmbərin ölüm yatağında Fatimə (s) içəri girdi. Həzrət ona salam verib öpdü və onunla gizli danışdı. O, ağladı. Yenə onunla gizli danışdı. Bu dəfə güldü. (Öz-özümə) dedim ki, mən bu qadını fəzilətli hesab edirdim, indi görürəm ki, o, başqa qadınlar kimidir. Ağlayarkən gülür! Mən ondan bu haqda soruşdum; Cavabında Peyğəmbərin (s) sirrini açmayacağına işarə etdi.

Peyğəmbər (s) vəfat etdikdən sonra ondan bu haqda soruşdum; Cavabında dedi ki, Peyğəmbər (s) mənə gizlincə ölüm ayağında olduğunu söylədi və mən ağladım. Sonra xəlvətcə dedi ki, onun qohumlarından ona ilk qovuşan mən olacam”.

Allahın o sevimli bəndəsinin əziz adlarının hər biri o Həzrətin saysız-hesabsız fəzilətlərindən bir hissəni bəyan edir. Hər adın təfsiri və şərhində geniş şəkildə danışmaq lazımdır.

Bu mübarək münasibətlə bu məktubun əvvəlini bəzəyən nəcib hədisin tərcüməsi ilə kifayətlənirəm və o xanımın sevənlərinə şəfaət diləyirəm:

Çoxlu sənədlərlə Peyğəmbərdən (s) nəql edilmişdir ki, “Qızımın adı Fatimə qoyuldu, çünki Allah onu və onu sevənləri cəhənnəmdən uzaqlaşdırdı”.

Seyid Musa Şübeyri Zəncani

Cəmadius-sani 1445

1- Bu rəvayətlər bu və buna bənzər ifadələrlə birlikdə şiə və bir çox başqa kitablarda izah edilmişdir; bunlardan Firdevs bi-Məsurul-Hıtab (1-ci cild, səh. 346); Menakib ibn əl-Maqazeli (Səh. 118); Fəzail Fatimeyi-Zəhra, Hakim Nişaburi (Səh. 87 və həmçinin 111); Kənz əl-Ummal, “Tər-Risale” (cild 12, səh. 109, Hatib və Fəylami iki müxtəlif rəvayətçidən nəql etdiyi kimi); Uyun Əhbar Ər-Riza (2-ci cild, səh. 46); Məani əl-Əhbar (səh. 46); Amali Şeyx Tusi, Məclis 11 (Hədis 44); Səhifə İmam Rza (ə) (Səhifə 45); Nevâdir el-Mucizat (Səhifə 92)

2- Bax. Əl-Kafi, 1-ci cild, səh. 238-241; Bəsair əl-Dərəkat, səh. 150, 161, 170 və 186; Man La Yəhzuruhu əl-Fakih, 4-cü cild, səh 419 və El-Mucizat, cild 2, səh.186.

3- Müsned Əhməd, cild 51, səh 55; Müsnəf ibn əbi Şeybə, 6-cı cild, səh.288; Sünən ət-Tirmizi, cild 13, səh.401; Əl-Müstedrek ala es-Sahihin, 3-cü cild, səh.164, Hz. Mücem Kəbir Təbrani, 22-ci cild, səh 402-də Zəhra (s.ə) ilə bağlı bir epizod başqa bir rəvayətlə izah olunur. Hakim Nişaburi deyir: “Əl-Əxbar Sabita Səhihun ənni Nəbi (s) ən Fantima seyyidətu Nisa Ehl əl-Cennah...” (Fezail Fatimeyi-Zəhra, səh 35)

4- Fəzail Fatimə əz-Zəhra, Səhifə 36. (Və altında belə deyilir: “Həza Hədis Səhih əl-İsnad əla Şərt əl-Şeyhin, Fan Revatihi Kullehum Tekat”.


mənbə: iqna

Xəbər lenti

"Gürcüstan-ABŞ münasibətlərinə yenidən baxılmalıdır"
2024-04-28 22:03

Tbilisidə etirazçılar yolu bağladılar
2024-04-28 20:59

Dövlət bu şəxslərə ev verəcək
2024-04-28 19:10

"Mənə hansı sanksiyaları tətbiq edəcəklərini məmnuniyyətlə gözləyəcəyəm”
2024-04-28 18:54

Stokholmda yenə Quran yandırıldı- VİDEO
2024-04-28 15:33

Polis Tbilisi və regionlarda qanunsuz odlu silah və sursat götürüb, 6 nəfər saxlanılıb
2024-04-28 15:28

Polşada qanunsuz yaşayan Gürcüstan vətəndaşları saxlanılıb
2024-04-28 13:47

Bu gün Respublika meydanında rus qanununa qarşı “ Avropa yürüşü “ keçiriləcək
2024-04-28 13:44

İtaliyada mənzildən oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb
2024-04-28 13:42

BMT: “Altı ayda Qəzzada 13 min uşaq ölüb”
2024-04-28 12:07

Subayların arzusunda olduğu robot hazırlandı - VİDEO
2024-04-28 12:00

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar
2024-04-28 11:53

“WhatsApp”a yeni funksiya gəlir
2024-04-28 11:49

“Titanik” sərnişininin saatı 1,4 milyon dollara satılıb
2024-04-28 11:09

Gürcüstan öz iqtisadiyyatını və sistemlərini Aİ-yə inteqrasiya üçün hazırlayır
2024-04-27 21:54

Motosiklet piyadanı vurub
2024-04-27 21:51

Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
2024-04-27 19:43

“Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
2024-04-27 19:05

Gürcüstan Avropa yolundan dönməyi planlaşdırmır
2024-04-27 19:00

“Gürcü Arzusu” rus qanununu dəstəkləyən aksiyaya hazırlaşır
2024-04-27 18:40

Parlamentin qarşısındakı ərazi dəmir bəndlərlə hasarlanıb
2024-04-27 16:45

Tbilisi və regionlarda narkotik cinayətlərinə görə 18 nəfər saxlanılıb
2024-04-27 16:42

Yunanıstanda sərxoş gürcü 43 yaşlı kişini bıçaqlayıb
2024-04-27 14:20

Eynəyi cızıqlardan xilas edən təbii üsul
2024-04-27 12:44

Kobaxidze hökumətin "GRECO"nun antikorrupsiya qiymətləndirmə hesabatını gizlətdiyini inkar edir
2024-04-27 11:47

Ölkədə həyat səviyyəsi aşağı olduqca yüksək miqrasiya davam edəcək
2024-04-27 11:25

ABŞ-dan Gürcüstana XƏBƏRDARLIQ
2024-04-26 22:22

Avroparlamentarilərin tələb və şantaj cəhdlərinin Gürcüstan üçün dəyəri yoxdur
2024-04-26 21:50

“Gürcü Arzusu”nun mərkəzi ofisində təcili iclas keçirilir
2024-04-26 21:09

Qaratəhlə kəndində ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməkdə təqsirli bilinən iki nəfər 20-20 il müddətinə azadlıqdan mərhum edilib
2024-04-26 20:52

Aytac Şahmarovanın anası və dayısı ilə bağlı hökmün bu tarixdə açıqlanacağı gözlənilir
2024-04-26 20:38

27 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-26 20:14

Viza liberallaşdırılması ləğv edilməyəcək...
2024-04-26 15:26

“ Biz viza liberallaşdırılmasına başladıq, amma onlar da hamı kimi bunu geriyə götürdülər”
2024-04-26 15:24

Poniçalada din xadimini bıçaqlayan şəxs saxlanıldı
2024-04-26 15:20

Daxili İşlər Nazirliyinin əməkdaşı zor tətbiq etmə faktı ilə ifşa edilib
2024-04-26 13:50

Gürcüstana viza liberallaşdırılmasının dayandırılması üçün 27 ölkədən 15-nin razılığı lazımdır
2024-04-26 13:22

21 min 400 ABŞ dolları və 600 avro məbləğində saxta pulların çıxarılması ilə bağlı bir nəfər saxlanılıb
2024-04-26 11:57

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək
2024-04-26 11:38

Rus qanununa qarşı keçirilən aksiyada saxlanılan məktəb şagirdi 2200 lari cərimələnib
2024-04-26 11:06


Digər İslam Dünyası xəbərləri:

Holland aktyor müsəlman oldu

67

Qurana əsasən orucun faydaları

83

Qədr gecəsinin fəzilətləri

113