Həzrət Məhəmmədin (s) Peyğəmbərliyə seçildiyi gün

08 Fevral 2024 - 07:53

200

Bu gün Məbəs bayramıdır.

Məbəs bayramı – Həzrət Məhəmməd Peyğəmbərin (s) Besəti, yəni onun Allah tərəfindən risalət məqamına ucaldılmasıdır.

Qurani-Kərimin nazil olması da məhz bu zamandan, Rəsuli-Əkrəmin (s) besətindən, ona ilk vəhyin nazil olmasından sonra başlayır. “Besət” sözü lüğəvi baxımdan ərəb dilindən ana dilimizə tərcümədə “ucaltmaq”, “qaldırmaq” mənasına gəlir. Termin olaraq isə besət, “Allah tərəfindən bir insanın digər insanların hidayəti üçün göndərilməsi”nə deyilir.

Həzrəti Peyğəmbərin (s) məbus olmasından əvvəl onun gələcəyini səmavi din ardıcılları bəzi xüsusiyyət və nişanələrlə bilirdilər. Hətta müşrik ərəblər də bundan xəbərdar idilər.

Qurandan əvvəlki səmavi kitablar olan Tövrat və İncil Məhəmməd peyğəmbərin (s) məbəsindən müjdələr vermişdi. Həzrət İsa (ə) Musaya (ə) nazil olan Tövratın təsdiqi kimi, Peyğəmbərin (s) göndərilməsi barəsində müjdə vermişdi. Hətta İncildə göndəriləcək Peyğəmbərin (s) xüsusiyytələrinə və onun tərəfdarlarına da işarə olunmuşdu.

Buna görə də Quranın da zikr etdiyi kimi, əhli-kitab alimləri Peyğəmbəri (s) öz ən yaxın adamları kimi tanıyırdılar. Tarixdə Peyğəmbərin (s) besətinin intizarında olan çoxlu şəxslər var idi.

Həzrət Məhəmməd (s) hansı ildə peyğəmbərliyə seçilmişdir?

Bu barədə şiə və sünni təriqətləri arasında fikir ayrılığı var. Şiə alimləri arasında məşhur nəzəriyyə budur ki, o həzrətin besəti “Ammul-fil”in (Fil ilinin) 40-cı ili, rəcəb ayının 27-sinə təsadüf etmişdir və bütün şiə alimləri bunu təsdiq edir. (1)
Əhli-sünnə alimlərinin məşhur nəzərinə əsasən, Peyğəmbərin (s) besəti “Ammul-fil”in 40-cı ili, ramazan ayında olmuşdur, lakin ramazan ayının neçəsində baş verməsi haqda onlar arasında fikir ayrılığı yaranmışdır; bir qrup bu ayın 17-si, bir qrup 18-i, digər bir qrup isə 24-ünü besət tarixi kimi vurğulamışdır. Həmçinin, besətin gecə və ya gündüz olması barədə də öz aralarında ixtilafa düçar olmuşlar. (2)
Bu qrupun müqbilində əhli-sünnə alimlərinin başqa bir dəstəsi rəbiul-əvvəl ayının 12-sini, digər bir dəstəsi isə həmin ayın 10-unu besət tarixi kimi qələmə almışlar. (3)
Əhli-sünnənin ümumilikdə ramazan ayını Peyğəmbərin (s) besət tarixi kimi qəbul etməsi barədə onların uyğun mövzu üçün gətirdikləri dəlillərin bir növ ictihad hesab edildiyini və bu məsələnin bir neçə cəhətdən qəbulolunmaz olduğunu deyə bilərik:
Əhli-sünnə alimlərindən bir qrupu elə təsəvvür etmişdir ki, Peyğəmbərin (s) besəti Quranın nazil olması ilə yanaşı olmuşdur, çünki “Bəqərə” surəsinin 85-ci ayəsinə əsasən – “Ramazan ayı, Quranın nazil olduğu aydır…”. (4) – Quran ramazan ayında nazil olmuşdur. Deməli, Peyğəmbərin (s) besəti də həmin ayda gerçəkləşmişdir. Lakin bu fikir aşağıda qeyd olunan dəlillərə əsasən düzgün deyildir:
1. Təfsirçilərin nəzəri və ərəb lüğətinə əsasən «انزال» “İnzal” kəlməsi ilə istifadə olunan ayələr Quranın “tədricən” deyil, “birdəfəyə” nazil olması mənasınadır.
2. Bir çox əhli-sünnə aliminin nəzərinə əsasən, Quranın “birdəfəyə” nazil olması yalnız “Beytul-məmur”da baş vermis və ondan sonra tədricən nazil olmuşdur.
Belə ki, Süyuti özünün “Durrul-mənsur” kitabında sözügedən ayəni təfsir edərkən İbn Abbasdan belə bir hədisi nəql edir: “O mübarək gecə Qədr gecəsidir və o gecə ramazan ayının gecələrindəndir. Quran həmin gecədə bütövlükdə “Zikr məqamı”ndan “Beytul-məmur”a nazil olmuşdur. Daha sonra isə əmr və qadağa, halal-haram, eləcə də döyüşlərlə bağlı olaraq tədricən həzrət Mühəmmədə (s) nazil olundu.” (5)
Başqa bir hədisdə isə Zəhhakdan və o da İbn Abbasdan belə nəql edir: “Quran bütövlükdə Allah-taala tərəfindən “Lövhi-məhfuz”dan mələklərə (vəhyi Cəbrailə çatdıran və yazan mələklərə) nazil oldu. Onlar da 20 gecə ərzində Quranı tədrici olaraq Cəbrailə (ə) və Cəbrail də 20 il müddətində tədricən Peyğəmbərə (s) nazil etdi.” (6)
3. Əhli-sünnə alimlərinin vurğuladığı dəlilin ikinci hissəsinə nəzər saldıqda, Quranın nazil olmasını Peyğəmbərin (s) besəti ilə yanaşı hesab etdikləri müşahidə olunur. Bu da onların öz sözləri ilə tam ziddiyyət təşkil edir. Belə ki, əksər əhli-sünnə mühəddis və tarixçiləri Peyğəmbərin (s) besət və nübüvvətinin ilk olaraq yuxu və röya halları ilə başlandığı və bir müddət keçdikdən sonra, o həzrətə vəhy olunduğu və nəhayət, Cəbrailin Quranı gətirdiyinə etiqad bəsləyirlər. Qeyd edək ki, bu müddətin də 6 ay, 3 il, yaxud daha çox və ya az olmasında belə ixtilafa malikdirlər. (7)
Bu kimi fikirləri Süyuti özünün “Əl-İtqan” kitabında gətirmişdir. (8)
Nəticə etibarı ilə əhli-sünnə alimlərinin söylədiklərinə əsasən, Peyğəmbərin (s) besətinin Quranın nazil olması ilə eyni zamana təsadüf etməsinə inanmaq olmaz və Peyğəmbərin (s) besət tarixini onların söylədikləri kimi sübuta yetirmək mümkün deyil.

Peinevesht: 

  1. 1. “Biharul-ənvar”, c.18, səh.190; “Tarixul-xəmis”, c.1, səh. 280.
    2. “Sirətun-nəbəviyyə”, İbn Kəsir, səh. 392.
    3. “Sirətun-nəbəviyyə”, İbn Kəsir, səh. 392.
    4. “Quranın tərcüməsi”, Ayətullah Məkarim Şirazi.
    5. “Durrul-mənsur”, Süyuti, c.1, səh.189.
    6. “Əl-İtqan”, Süyuti, c.1, səh.69.
    7. “Sirətun-nəbəviyyə”, İbn Kəsir, c.1, səh-388; “Əl-İtqan”, c.1, səh.70.
    8. “Əl-İtqan”, Süyuti, c.1, səh2

Bu əziz gündə Həzrət Cəbrayil (ə) Peyğəmbərə (s) nazil olaraq, onu risaləti ilə müjdələmişdi. Bu günün xüsusi əməlləri var:

1. Qüsl.

2. Oruc tutmaq. Bu günün orucu 70 ilin orucuna bərabərdir.

3. Çoxlu salavat göndərmək.

4. Həzrət Peyğəmbəri (s) və Əmirəl-möminini (ə) ziyarət etmək.

5. Şeyx Misbah İmam Cavaddan (ə) nəql edir ki, Həzrət (ə) Bağdadda olan zaman Rəcəb ayının on beşində və iyirmi yeddisində oruc tutardı. Onun bütün səhabələri də oruc tutardılar. Bizə əmr etmişdi ki, on iki rükət namaz qılaq. Namaz bitəndən sonra isə “Həmd”, “Tövhid”, “Nas” və “Fələq” surələri 4 dəfə, həmçinin bu duaların hər biri 4 dəfə oxunmalıdır:

لا اِلهَ اِلا اللهُ واللهُ اَكْبَرُ وَ سُبْحانَ اللهِ وَالْحَمْدُلِلّهِ وَلا حَوْلَ وَلا قُوَّةَ اِلاّ بِاللهِ الْعَلِىِّ الْعَظیمِ”

1. Lə iləhə illəllah, vəllahu əkbər, və subhənəllah, vəlhəmdulilləh, və lə həvlə və lə quvvətə illə billəhil-əliyyil-əzim.

اللهُ اللهُ رَبِّى لا اُشْرِكُ بِهِ شَیْئا

2. Allahu Allahu rabbi, lə uşriku bihi şəy’ən.

لا اُشْرِكُ بِرَبِّى اَحَدا

3. Lə uşriku birabbi əhədə.

Sonra isə uca Allahdan hacətinizi istəyin…


mənbə: az.shafaqna.com

Xəbər lenti

İsveç polisi Quranın yandırılmasına icazə verdi
2024-05-02 23:29

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib
2024-05-02 23:24

Kaladze “Formula” jurnalistini “həyasız əclaf” adlandırıb
2024-05-02 23:20

Gürcüstan Prezidenti 25 məhkumu əfv etdi
2024-05-02 21:38

Aksiya iştirakçıları Parlamentdən Qəhrəmanlar Meydanına doğru yürüş edirlər
2024-05-02 21:36

Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
2024-05-02 20:19

Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib
2024-05-02 20:17

Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
2024-05-02 20:14

AŞ Gürcüstanı Venesiya Komissiyasının “xarici agentlər” haqqında qanunla bağlı rəyini gözləməyə çağırır
2024-05-02 20:10

Avropa Komissiyası Gürcüstana xəbərdarlıq edib: “Xarici agentlər” haqqında qanun qəbuledilməzdir
2024-05-02 20:09

Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
2024-05-02 20:07

Qəbul etmək istədiyimiz qanun bir sıra ölkələrdə, o cümlədən ABŞ-də var
2024-05-02 19:50

Qərb özü üçün xaricdən maliyyələşməni qadağan edir, digər ölkələrdə isə bunun sərbəst olmasına çalışır
2024-05-02 19:47

Polis aksiya iştirakçılarına Qəhrəmanlar Meydanı ərazisində yolu bağlamağa icazə vermir
2024-05-02 19:38

“Lilo Mall”da sifarişlə qəsdən adam öldürən şəxsə ömürlük həbs cəzası verildi
2024-05-02 19:35

Ölkədə zorakılığa təşviq edən şəxs məhz prezidentdir”
2024-05-02 19:32

3 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-02 18:50

Bu qanun bizi Rusiyanın qarşısında tək qoyacaq, sivil dünyadan uzaqlaşdıracaq
2024-05-02 14:31

Daxili İşlər Nazirliyi aksiyada rezin güllələrdən istifadə edilməsini “qəti şəkildə təkzib edir”
2024-05-02 14:20

Daxili İşlər Naziri Vaxtanq Qomelauri cəzalandırılmalıdır
2024-05-02 14:16

ABŞ səfirliyi: “Gürcüstanın qərb trayektoriyası risk altındadır“
2024-05-02 14:12

"İvanişvilinin çıxışından sonra aydın olur ki, bu, anti-Qərb, anti-Avropa bəyannaməsidir"
2024-05-02 14:07

Gürcüstan parlamentin bugünkü iclası və nazirin çıxışı təxirə salınıb
2024-05-02 13:58

Parlament Rus qanununu ikinci oxunuşda dəstəkləyib
2024-05-02 12:07

Qanun layihəsini hər üç oxunuşda qəbul etməyi planlaşdırır
2024-05-02 12:03

Gürcüstan Avropa İttifaqına üzvlük yolundadır
2024-05-02 11:58

İkinci Dünya Müharibəsi iştirakçılarına 2000 lari, həlak olanların ailələrinə isə 1000 lari veriləcək
2024-05-02 11:52

Aksiya zamanı 15 nəfər müxtəlif tibb müəssisələrində xəstəxanaya yerləşdirilib
2024-05-02 11:45

Qanunu geri götürün və ölkəyə normal yaşamaq imkanı verin
2024-05-02 10:54

Gürcüstan hökuməti Müstəqillik Gününü qeyd etmək üçün 2 milyon dollar ayıracaq
2024-05-02 10:51

Tbilisidə etiraz aksiyasında iştirak edənlərin sayı açıqlandı
2024-05-02 10:46

Tbilisdə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
2024-05-02 10:43

Dollarla bağlı mühüm qərar
2024-05-02 10:14

Leyendən Tiflis açıqlaması: Pisləyirəm!
2024-05-02 10:11

Daxili İşlər Nazirliyində təcili brifinq təyin edildi
2024-05-02 00:12

Zurabişvilidən etirazçılara: Bundan əl çəkin!
2024-05-02 00:11

Etirazçıların bir hissəsi Ədliyyə Evi yaxınlığındakı yolu bağlayıb
2024-05-02 00:02

Tbilisidə güllə səsləri: Yaralanan var - VİDEO
2024-05-01 23:51

Parlament yaxınlığında aksiya iştirakçılarına qarşı rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edilib
2024-05-01 22:44

Mitinq iştirakçılarının bir hissəsi parlamentin qapısını sındırmağa cəhd edib
2024-05-01 22:14


Digər İslam Dünyası xəbərləri:

Holland aktyor müsəlman oldu

81

Bismillah və salavatın təsirləri

100

Qurana əsasən orucun faydaları

90