Kaladze avropalı tərəfdaşlara: müharibəni öz ölkənizdə aparın və ikinci cəbhə təşkil edin

22 May 2024 - 15:50

201

Venesiya Komissiyasının rus qanunu ilə bağlı mənfi rəyindən və onun geri götürülməsi ilə bağlı ciddi tövsiyəsindən sonra Tbilisi meri Kaxa Kaladze Qərbdən gələn “düşmənçilik”dən danışıb. Onun sözlərinə görə, bunu “konkret faktlar” təsdiq edir.

“Qərb inqilabi ssenarini maliyyələşdirirsə, bu düşmənçilikdir.

Qərb birbaşa qütbləşmədə iştirak edən müxtəlif təşkilatları maliyyələşdirirsə, bu düşmənçilikdir.

Bizə tərəfdaşlar, dostlar lazımdır. Kiminsə bizə yuxarıdan aşağı baxması, ölkənin mənafeyinə zidd bir iş görməyə vadar etməsi kimi bu cür münasibət yolverilməzdir. Kimsə ikinci cəbhə açmaq istəyirsə, budur Baltikyanı ölkələr, orada açsınlar cəbhəni. Gürcüstandan əl çəksinlər”, - Tbilisi hökumətinin iclasında Kaldze deyib.

“Gürcü Arzusu”nun baş katibi avropalı tərəfdaşlara müraciət edib ki, Avropanı ilk nüfuzdan salan onlardır.

“Bir neçə gün əvvəl ölkələrdən birinin xarici işlər naziri hökumət əleyhinə aksiyada iştirak edib. Bu normaldır? Budurmu özümüzə hörmətimiz? Bunu normal, inkişaf etmiş ölkədə etsəydilər, o xarici işlər nazirinin başına nə gələcəkdi? Müharibəni və ikinci cəbhəni öz ölkənizdə təşkil edin. Gürcüstandan əl çəkin. Bizə sülhü qorumaq lazımdır. Ölkəmizin kiminsə maraqları üçün istifadə edilməsi və burada vəziyyətin Ukraynadakı kimi olması ilə bağlı mövqe heç bir nəticə verməyəcək”, - deyə Kaxa Kaladze bildirib.

Venesiya Komissiyası rus qanunu ilə bağlı təcili rəy hazırlayıb və mayın 21-də dərc edib. 24 səhifəlik sənəd Gürcüstan hakimiyyətinə qanunun hazırkı formada ləğv edilməsi ilə bağlı qəti tövsiyə ilə yekunlaşır, çünki onun əsas qüsurları birləşmək hüququ və ifadə azadlığı, şəxsi həyatın toxunulmazlığı, ictimai fəaliyyətlərdə iştirak etmək və ayrı-seçkiliyin qadağan edilməsi hüquqları baxımından əhəmiyyətli mənfi nəticələrə gətirib çıxaracaq. “Gürcü Arzusu” Venesiya Komissiyasının tövsiyəsini nəzərə almaq fikrində deyil. Hakim partiya iddia edir ki, Venesiya Komissiyasının rəyi “yazdırılıb” və ondan “peşəkar əsaslandırma əvəzinə qərəzli siyasi qiymətləndirmələr üçün platforma kimi istifadə edilib”.

Gürcüstan parlamenti “xarici agentlər haqqında” rus qanunu mayın 14-də keçirilən plenar iclasda üçüncü, yekun oxunuşda qəbul edib. 84 deputat onu dəstəkləyib, 30 deputat isə əleyhinə çıxıb. “Gürcü Arzusu” gələn həftə prezidentin vetosunu aşmağı planlaşdırır.


mənbə: sakartvelosambebi

Xəbər lenti

Zelenski Zurabişvili ilə görüşdü: Rusiya hücumları...
2024-06-15 20:44

"WhatsApp"dan bir sıra yeni funksiyalar
2024-06-15 12:04

AVRO-2024: A və B qruplarında gərgin mübarizə
2024-06-15 11:56

Riqoti yolunda trayler aşıb
2024-06-15 11:45

“Tesla” fabriklərində minlərlə insanabənzər robot işləyəcək
2024-06-14 20:15

“Qlobal müharibə partiyası”nın üzvü olmağımıza dair dezinformasiyalar yayılır”
2024-06-14 20:13

Tbilisidə qətl hadisəsi baş verib
2024-06-14 20:08

Ölkədə iyun ayının 18-dək hava proqnozu açıqlandı
2024-06-14 19:49

15 iyun üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-06-14 19:44

Prokurorluq vətəndaşlara məxsus külli miqdarda pulu dələduzluq yolu ilə mənimsəyən 5 nəfərə qarşı ittiham irəli sürüb
2024-06-14 12:22

Strasburq məhkəməsinin qərarı əsasında xüsusi istintaq xidməti hüquq-mühafizə orqanının əməkdaşını həbs edib
2024-06-14 12:19

İstintaq xidməti tərəfindən kommersiya rüşvətxorluğu və saxta sənədlərin hazırlanması faktı aşkarlanıb
2024-06-14 12:17

Tbilisidə baş vermiş qətllə bağlı 1 nəfər saxlanılıb
2024-06-14 12:13

Həccin əxlaqi sahəsi
2024-06-14 12:11

Rusiya "Gürcü Milli Legionu"nu terror təşkilatı kimi tanıyıb
2024-06-14 12:10

Bir kiloqram albalı 10 min dollara SATILDI
2024-06-14 11:58

“Coca-Cola” yenidən Rusiyaya qayıtmaq istəyir
2024-06-14 11:01

Marneulidə avtomobil piyadanı vurdu
2024-06-13 23:09

Prezident “Seçki Məcəlləsi”nə dəyişikliklərə veto qoyub
2024-06-13 22:26

“Gürcü Legionu”nun komandiri Mamuka Mamulaşvili zəhərləndiyini bildirib
2024-06-13 22:09

“Red Wings” Rusiyanın daha üç şəhərindən – Soçi, Kazan və Ufadan Batumiyə uçacaq
2024-06-13 22:07

İki aydır ki, məni zərərçəkmiş kimi tanımırlar, xüsusi olaraq istintaq aparmırlar
2024-06-13 22:05

Prezident səfirlərin təyinatına imza atmır....
2024-06-13 22:01

Marneuli-Tbilisi yolunda yük maşını alışıb
2024-06-13 18:50

Müxalifət xarici qüvvələr üçün kampaniya aparır
2024-06-13 18:42

14 iyun üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-06-13 18:32

Saakaşvilinin partiyası hakimiyyətə qayıtsa, bütün Gürcüstanı edam gözləyir
2024-06-13 18:29

İyuldan müəllimlərin maaşı artacaq
2024-06-13 14:53

İtaliyada Gürcüstan vətəndaşı saxlanılıb
2024-06-13 13:44

Axalçixedə yaşayış binasında yanğın olub
2024-06-13 13:30

"WhatsApp"da yeni qadağa tətbiq ediləcək
2024-06-13 11:42

Həccin əməllərinin sirri
2024-06-13 11:39

Qəzzanın yenidən qurulması 20 il çəkəcək
2024-06-13 11:36

Britaniya qrupu etiraz əlaməti olaraq Gürcüstandakı konsertini ləğv edib
2024-06-13 11:33

Çində rekord isti qeydə alındı
2024-06-12 23:19

Maşınları su aparıb, körpülər dağılıb, həyətləri və evləri su basıb
2024-06-12 23:13

Rusiyadan Gürcüstanla diplomatik münasibətlərin bərpası ilə bağlı xəbərlərə REAKSİYA
2024-06-12 23:04

II İlya: İvanişviliyə təşəkkür edirik - o, xəzinəmizi ən mühüm əlyazma ilə zənginləşdirdi
2024-06-12 21:09

Kaxeti bölgəsinə güclü dolu yağıb
2024-06-12 21:04

Polis bir nəfəri təhdid ittihamı ilə saxlayıb
2024-06-12 21:00


Digər Gürcüstan xəbərləri:

Riqoti yolunda trayler aşıb

125

Həccin əxlaqi sahəsi

86