Bu gün İslam aləminin böyük şəxsiyyətinin doğum günüdür

25 Fevral 2021 - 08:23

134595

Tarixi sənədlərə əsasən, İmam Əli (ə) “Ammul-fil” -Peyğəmbərin (s) doğulduğu 570-ci ildən 30 il sonra, cümə günü əzəmətli Kəbənin daxilində dünyaya göz açmışdır. O, həzrətin atası Əbdül-müttəlibin oğlu Əbu Talib, anası Fatimə binti Əsəddir. Xanım Fatimə Əsəd qızı doqquz aylıq hamilə olduğu halda dua etmək üçün Kəbəyə gəlir. Qəflətən Kəbənin divarı yarılır və Fatimə Əsəd qızı içəri girir. Sonra divar yenidən birləşir. Fatimə üç gün kəbənin içində tək qalır.

Rəcəb ayının 13-də Kəbə həmin yerdən ayrılır, Fatimə qucağında bir uşaq bayıra çıxır. Və qeybdən bir səs eşidir: “Ey Fatimə! Bu hörmətli övladının adını Əli qoy!…”

Bu adın mənası “böyük”, “yüksək”, “uca” deməkdir… İndiyədək Əmirəl-möminindən (ə) başqa heç kəs bu müqəddəs məkanda (Kəbədə) doğulmayıbdır.
Rəvayətə görə, Əbdül-müttəlibdən sonra Əlinin (ə) təlim tərbiyəsini Peyğəmbər (s) öhdəsinə götürmüşdür. Əlinin (ə) 10 yaşı olanda Peyğəmbərə (s) iman gətirmişdir. Qurani-Kərimdə Əli (ə) haqqında 300-ə yaxın ayə nazil olmuşdur.

İmamətin atası olan Əli (ə) 63 illik ömründə dünyaya 36 övlad (17 oğlan, 19 qız ) bəxş eləmişdir. 30 il imamlıq dövrü yaşayan Əli (ə) hicri tarixinin 40-cı ilində, mübarək Ramazan ayının 19-da Kufə məscidində Əbdür-rəhman ibn Mülcəm (l.ə) tərəfindən qətlə yetirilmişdir.
Şərafətli qəbri müqqəddəs Nəcəf şəhərindədir.

Kimdir Həzrəti Əli?
1. Rəsulullahın əmisinin oglu. 
2. Ona ilk iman edən uşaq.
3. Hicrət gecəsi Peyğəmbərin (s) yatağında yorğanı başına çəkib yatan, yəni ölümü gözə alan bir igid.
4. Rəsulullah onun atasının yanında böyüyüb, o Rəsulullahın yanında. Yəni, tərbiyyəni Rəsulullahdan(s) alıb. 
5. Rəsulullahın kürəkəni. Peyğəmbər (s) nəsli Həzrəti Fatimə və Həzrəti Əlinin nəsli ilə davam edir.
6. Elmin qapısı. 
7.Ədalətli xəlifə. Həzrəti Əlinin şəhadəti ilə xəlifəlik bitir, İslamın səltənən dövrü başlayır…
8. Allahın Aslanı, Heydər, Əbu Həsən, Əbu Turab ləqəbləri ilə də anılır…
9. Kəbədə dünyaya göz açan yeganə insan.
10. Rukuda zəkat verən və səcdədə zərbətlənib, şəhadətə çatan.

 

Mən, ya Rəsulallah!

Rəsulullah harda olarsa, Həzrəti Əli mütləq orada olardı. İman etdiyi 3-cü ilin sonlarında Rəsulullah (s) Allahın “qohumlarından başlayaraq” “açıq dəvət et!” əmrini yerinə yetirmək üçün doğmalarını evinə dəvət edir. Qonaqlıq verir və məqsədini açıqlayır. Əmisi Əbu Ləhəb ona qarşı çıxaraq bu dəvətinə əngəl olur. Rəsulullah (s) 13 yaşlı həzrət Əliyə deyir: “Nə edək, ya Əli?”
Həzrəti Əli “Onları bir daha toplayaq”, – deyir. Beləliklə, ertəsi gün həmin qohumlar bir daha toplanır. Rəsulullah bir gün əvvəlki sözlərini təkrar edir, qohumlarından səs çıxmayınca Həzrəti Əli “mən sənə iman etdim, ya Rəsulullah!” deyərkən, orada olan dəvətlilər 13 yaşlı bu uşağın Rəsulullaha əl verməsini lağa qoyub gülmüşdülər. Lakin Allah Rəsulu ona uzanan o əli tutmuş və bir daha da buraxmamışdı.

Həzrəti Əli o gün “ənə” (mən) deyərək önə çıxdığı kimi hicrətdə də “ənə” deyərək önə çıxmışdı. Daha sonra da ömrünü İslama qurban deyərək peyğəmbərlə döyüşlərə qatılmışdı: Bədrdə, Uhudda, Xəndəkdə… hər birində “ənə, ya Rəsulullah!” deyərək ön sıralarda vuruşmuşdu. İlk iman edənlərdən olduğu kimi hər zaman İslamın öndərlərindən olmuşdu.

Bədrə əlində bayraq qatıldı, Uhudda qazi oldu, bütün cihadlarda Rəsulullahın yanında yer aldı, ən çətin döyüşlərdə ad-san qazandı.

Qədir Xum hadisəsi və həzrətin İmamətliyi

Hicrәtin оnuncu ilindә hәzrәt Pеyğәmbәr hәcc әmәllәrini yеrinә yеtirmәk üçün Mәkkәyә üz tutdu. Hәzrәt Pеyğәmbәr hәcc әmәllәrini bаşа vurub Mәdinәyә qаyıdаrkәn zil-hәccәnin оn sәkkizinci günü Qәdir-Хum аdlаnаn mәntәqәdә dаyаndı. Çünкi оnа çох mühüm bir vәhy nаzil оlmuşdu. Bu vәhy bütün хаlqа еlаn еdilmәli idi. Hәzrәt Pеyğәmbәr Аllаh-tәаlаnın әmri ilә Әlinin (ә) vilаyәt vә хilаfәtini хаlqа bildirmәli idi. Аyәdә buyurulurdu: “Yа Pеyğәmbәr, Rәbbin tәrәfindәn sәnә nаzil оlаnı хаlqа çаtdır. Әgәr bunu еtmәsәn, Аllаhın risаlәtini yеrinә yеtirmәmiş оlаrsаn …” 
Hәzrәt Pеyğәmbәr (s) göstәriş vеrdi ki, bütün hаcılаr bir yеrә tоplаnsınlаr. Qаbаqdа gеdәnlәr dаyаndı vә аrхаdа gеdәnlәrin gәlib çаtmаsını gözlәdi. Hаmı bir-birindәn nә bаş vеrdiyini sоruşurdu. Nәhаyәt, intizаr bаşа çаtdı. Hәzrәt hаmının оnu görә bilәcәyi vә sәsini еşidә bilәcәyi minbәrә çıхdı. Әlini (ә) isә öz sаğ tәrәfindә dаyаndırmışdı. Hәzrәt хütbә охuyub, Qurаn vә itrәti hаqqındа tövsiyә vеrdikdәn sоnrа buyurdu: “Mәgәr mö’minlәrin işindә mәn оnlаrın özlәrindәn dаhа irәli dеyilәmmi?” Әrz еtdilәr: “Bәli”.

Hәzrәt buyurdu: “Mәn hәr kәsin mövlаsıyаmsа, Әli (ә) dә оnun mövlаsıdır. Pәrvәrdigаrа, оnun dоstunu dоst tut, düşmәnini düşmәn. Оnа yаrdım göstәrәnә yаrdım еt, оnu tәnhа burахаnı аlçаlt”. Sоnrа hәzrәt göstәriş vеrdi ki, müsәlmаnlаr dәstә-dәstә Pеyğәmbәrin хеymәsi ilә üzbәüz хеymәyә dахil оlub, Әlini (ә) cаnişinlik mәqаmınа görә tәbrik еtsinlәr. Bеlәcә, hәzrәt Pеyğәmbәr (s) Әlini (ә) öz cаnişini tәyin еtdi vә göstәriş vеrdi ki, bunu еşidәnlәr еşitmәyәnlәrә çаtdırsınlаr.

Әlinin (ə) məhəbbəti və səxavəti

Hәzrәt hаrаdа bir yеtim görәrdisә, mеhribаn аtа tәk nәvаzişlә оnun bаşını sığаllаyаr, yеmәk vә gеyim аlаrdı. Hәr bir cәmiyyәtin möhkәmliyi оndаkı fәrdlәr аrаsındаkı mәhәbbәt vә cаzibәdәn аsılıdır. Mәhәbbәt vә cаzibә isә pаk vә sаğlаm qәlbdә tәrbiyә оlunа bilәr. Bu sifәtlәrә mаlik оlаn insаn bаşqаlаrınа cаnıyаnаnlıq göstәrir, hәttа оnlаrın аsаyişini öz rаhаtlığındаn üstün tutur. Hәzrәt Әli (ә) mәhәbbәt vә cаzibә mәzhәri idi. О әzаb-әziyyәt çәkir, işlәyir, аlın tәri ахıdır, nәhаyәtdә öz zәhmәtinin qаzаncını yохsullаrа vә imkаnsızlаrа sәrf еdirdi.

Hәzrәt Әli (ә) еhtiyаclılаr üçün böyük bir sığınаcаq idi. Sәхаvәtdә mәşhur idi vә çаrәsizlәrin istәk kәbәsi sаyılırdı. Еhtiyаcı оlаnlаr оnа mürаciәt еdәr, о dа öz növbәsindә fitri nәcаbәti ilә оnlаrа cаvаb vеrәrdi. О, yеtimlәrә аtа, dul qаdınlаrа yаrdımçı, zәiflәrә аrха idi. Хilаfәt dövründә gеcәlәr еvdәn çıхаr, qаrаnlıqdа miskinlәrә vә kimsәsiz qаdınlаrа хurmа vә çörәk аpаrаrdı. Hәzrәt götürdüyü аzuqә vә pulu özünü tаnıtdırmаdаn pаylаyırdı. Bu хеyirхаh insаnı kimsә tаnımаzdı.

Hәzrәtin mәhәbbәtindәn pаy аlmаyаn yохdur. О, qаtili hаqqındа bеlә buyurur: “Оnunlа xoş kеçinin, аc vә susuz sахlаmаyın”

İbn Әbil-Hәdid dеyir: “Sübhаnәllаh! Bir insаndа bu qәdәr fәzilәt?! Әlinin (ә) şәхsiyyәtinin bәyаnı kimsәnin gücü çаtаsı iş dеyil”.

 

Əli (ə) barədə peyğəmbərin dilindən bəzi hədislər:

Allahın Peyğəmbəri (s): “Səni yalnız mömin sevər və sənə yalnız münafiq ədavət bəsləyər.” (Kənzul-Ummal, hədis 32878)

Allahın Peyğəmbəri (s): “Əli yaxşı əməl sahiblərinin rəhbəri və pis əməl sahiblərini öldürəndir. Kim ona yardım etsə, onun özünə də yardım edilər və onu tək qoyan köməksiz qalar.” (Kənzul-Ummal, hədis 32909)

Allahın Peyğəmbəri (s) Əliyə işarə edərək buyurmuşdur: “Bu mənim sizin aranızda qardaşım, vəsim və canişinimdir. Onun əmrlərini eşidin və tabe olun.” (Kənzul-Ummal, hədis 36419)

Allahın Peyğəmbəri (s): “Əli məndəndir, mən Əlidən. O, hər bir möminin vəli və başçısıdır.” (Kənzul-Ummal, hədis 32938)

Allahın Peyğəmbəri (s): “Əli Quran ilə və Quran Əli ilədir və onlar hovuzun (Kövsər hovuzunun) kənarında mənim yanıma gələnə kimi heç vaxt bir-birlərindən ayrılmazlar.” (Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.3, səh.124, hədis 125)

Allahın Peyğəmbəri (s): “Mən elmin şəhəri, Əli onun qapısıdır. Buna görə də elm istəyən kəs həmin qapıdan daxil olmalıdır.” (Kənzul-Ummal, hədis 32979)

Allahın Peyğəmbəri  (s): “Mənimlə Əli bir ağacdanıq, digər insanlar isə müxtəlif ağaclardan.” (Kənzul-Ummal, hədis 32943)

Allahın Peyğəmbəri (s) Əliyə (ə): “Səninlə mənim məqamım Harunla Musanın məqamı kimidir, bu fərqlə ki, məndən sonra peyğəmbər yoxdur.” (Kənzul-Ummal, hədis 32881)

Allahın Peyğəmbəri (s): “Əlinin bu ümmətin boynunda olan haqqı, atanın övladının boynunda olan haqqı kimidir.” (Biharul-Ənvar, c.36, səh.5, hədis 1)


Mənbə:Az.shafaqna

Xəbər lenti

Tələbələrin “ Rus qanunu”na etiraz aksiyası bu gün də davam edəcək
2024-05-19 14:06

Zurabişvili Makronu Gürcüstana dəvət edib
2024-05-19 13:09

Nəhəng meteorit görənləri heyrətə gətirdi - VİDEO
2024-05-19 13:04

Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
2024-05-19 12:55

Gecə saatlarında evə silhalı şəxslər girib - Bir nəfər ölüb iki nəfər yaralanıb
2024-05-19 12:18

Sabah parlamentdə prezidentin ofşor qanun layihəsinə veto qoyması müzakirə olunacaq
2024-05-19 11:53

“Gördüklərimizin şəffaflıqla heç bir əlaqəsi yoxdur”
2024-05-18 22:28

Etiraz aksiyasının davam etdiyi Tbilisidə Rusiya və “Gürcü Arzusu”nun bayraqları yandırıldı- VİDEO
2024-05-18 22:25

“Prezident Salome Zurabişvilinin şəffaflıq haqqında qanuna veto qoyması sonrakı müzakirələr üçün imkan yaradır”
2024-05-18 22:22

Qardabanidə bacısını qətlə yetirən şəxsə həbs cəzası verildi
2024-05-18 22:19

Parlament Zurabişvilinin qoyduğu vetonu ləğv edə bilər, amma...
2024-05-18 22:15

Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
2024-05-18 22:06

Öllkəyə və xalqa qarşı sanksiyalar tətbiq etmək yanaşması yanlışdır
2024-05-18 18:20

Bizimlə kim, hansı qüvvə danışır? - İnsanları zorlayan, öldürən, işgəncə verənlər!
2024-05-18 17:04

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü Gürcüstanda baş verən hadisələrə cavab olaraq qanun layihəsi təqdim etməyi planlaşdırır
2024-05-18 16:55

Rusiya Ukraynada yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb
2024-05-18 15:20

Bu gün Tbilisidə bir sıra yürüş və aksiya keçiriləcək
2024-05-18 15:10

Kurs dəyişmədən Gürcüstan yenidən Rusiya İmperiyasının quberniyasına çevriləcək
2024-05-18 15:05

Gürcüstan Prezidenti əcnəbi agentlər haqqında qanuna dəyişiklik etməyəcək
2024-05-18 13:49

Bu qanunu səhv hesab etmişdim və heç nə dəyişməyib
2024-05-18 13:40

Rus qanununu vasitəsilə fiziki şəxsləri də cərimələmək mümkün olacaq
2024-05-18 13:31

İrakli Kobaxidzeni gözləyən tələbələrin toplaşdığı Tbilisi Dövlət Universitetinin həyətində qarşıdurma yaşanıb- VİDEO
2024-05-18 13:06

Prokurorluq bacısını qətlə yetirən şəxsə qarşı ittiham irəli sürüb
2024-05-18 12:17

"Şəffaflıq Qanunu" ətrafında gedən mübahisələri ürək ağrısı ilə izləyirik - Yepiskop Şio
2024-05-17 22:59

Mayın 21, 23 və 24-də Qori tunelində xüsusi hərəkət rejimi qüvvədə olacaq
2024-05-17 22:57

26 yaşlı qadının qeysəriyyə əməliyyatından sonra halı pisləşib - Valideynləri etiraz edir
2024-05-17 22:54

Gürcüstandakı aksiyalarda azı 180 nəfər saxlanılıb
2024-05-17 20:57

Siyasi böhran “xristian sevgisinin köməyi ilə” həll olunacaq - KOBAXİDZE
2024-05-17 20:40

Biz viza liberallaşdırılmasına təkrardan baxa bilərik, məsuliyyət hökumətin üzərinə düşür - Tsahkna
2024-05-17 20:34

Mekelister, Kalyurand və Mikser Aİ-Gürcüstan münasibətlərinə yenidən baxılmasını tələb edirlər
2024-05-17 20:29

Rusiya Şurasının vitse-spikeri və “Gürcü Arzusu”nun bəyanatları tam üst-üstə düşür
2024-05-17 20:21

Baş nazir gənclərə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı ictimai müzakirə təklif edir
2024-05-17 20:18

Seçkinin nəticələri Aİ-nin Gürcüstan üçün viza liberallaşdırılmasını və ya digər prosesləri dayandırıb- dayandırmayacağına qərar verəcək
2024-05-17 20:15

18 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-17 20:07

Hökumət ölkənin gözlədiyini etmir
2024-05-17 15:40

Kaladze Qərbə mesaj göndərdi: Qorxmuruq
2024-05-17 15:37

Ölkə ərazisində yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-17 15:33

Çin Gürcüstanda Çin avtomobil bazarı açmağı planlaşdırır
2024-05-17 15:31

Orta yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib
2024-05-17 15:22

Ailənin müqəddəsliyi günü ilə əlaqədar Tbilisidə və regionlarda yürüş keçirilir
2024-05-17 15:14


Digər İslam Dünyası xəbərləri:

Cümə gününün əhəmiyyəti

82

İslamda ictimai nəzm

81