Bu gün birinci Qədr gecəsidir

01 May 2021 - 13:30

134628

Bağışlayan və Mehriban Allahın adı ilə.
Bəli biz ötən sayımızda Qədr gecəsinin fəziləti və bu haqda nəql olunan hədislər haqqında məlumat verdik. İndi isə bu gecədə edilən bəyənilən və savab olan əməlləri sizə təqdim edirik.
Əhya saxlayan şəxsə aşağıdakı əməlləri yerinə yetirmək müstəhəbdir (savabdır):
1 Qüsl etmək. Qüsl edərkən belə niyyət etməlidir: «Əhya gecəsinin qüslünü edirəm qürbətən ilallah». Bu qüslün böyük savabı vardır.
2 Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq. Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmağın mənası budur ki, insan Quranı qarşılayaraq deyir: «İlahi, sən bu gecə mənə Quran nazil edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu qarşılayıram.»
3 Məscidə getmək. Məscidə getməyin mənası budur ki, insan öz məqsədini təyin edir. Yəni: «ey Allahım, bu gecə mən fəsad və pozğunluq olan yerlərə gedə bilərdim. Lakin mən sənin razılığını qazanmaq üçün Sənin evinə gəlmişəm və gələcək xoşbəxtliyimi müəyyənləşdirirəm.»
4 Qədr gecəsinin namazı, Qədr gecəsində qılınan namazın böyük şərəfatə vardır. Qədr gecəsinin namazı məğrib və işa namazları ilə sübh namazı arasındakı vaxtda qılınır. Qədr gecəsinin namazının qaydası belədir:
Niyyət: «Qədr gecəsinin namazını qılıram qürbətən ilallah». Sübh namazı kimi iki rəkətlidir. Lakin hər həmd surəsindən sonra 7 dəfə mübarək «İxlas» surəsi oxunmalıdır. Namazı qurtardıqdan dərhal sonra alını səcdəyə qoyaraq yetmiş dəfə «Əstəğfirullahə və ətubu iləyh» deyilir.
İmam Sadiq (ə) buyurur: «hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib yetmiş dəfə «Əstəğfirullahə və ətubu iləyh» deyərsə, səcdədən qalxmamış Allahu-təala (c.c.) onun özünün və ata-anasının günahlarını bağışlayar.»
5 Quranı başa qoyub Allahu-təalanın (c.c.), peyğəmbərin və imamların adlarına and verməklə Allahu-təaladan (c.c.) günahlarının bağışlanmasını, dünya və axirət istəklərini bildirmək. Bu əməlin mənası Allahu-təalanın (c.c.) insan üçün göndərdiyi kitabı başı üstə qoruyub saxlamaq deməkdir. Yəni: «Ey Allahım, Sən mənə hörmət edib kitab göndərirsən, mən də onu özüm üçün rəhbər və yol göstərən təyin edir və onu həmişə başım üzərində qoruyub saxlayacağam». Həzrət Peyğəmbər (s.a.a.v.) buyurur: «Hər kəs Quranı özünə rəhbər edərsə, Quran onu Cənnətə aparar. Hər kəs Quranı arxada qoyarsa və onu özünə rəhbər etməzsə, Quran onu cəhənnəmə tərəf yönəldər.» (Yəni, hər kim Quranı oxuyub ona əməl edərsə və ona tabe olarsa, Quran onu Cənnətə aparıb çıxarar. Lakin Qurana tabe olmayan şəxs, Quran oxumağına baxmayaraq, Cəhənnəmə vasil olar.)
Quranı başa qoyub Allahu-təalaya (c.c.) və 14 məsuma and verməyin mənası budur ki, «Ey Allahım, mən Sənə və Sənin ən istəkli bəndələrinə and verib tövbə edirəm və səndən öz istək və ehtiyaclarımı diləyirəm.»
Quranı baş üzərinə qoyub dua etməyin qaydası belədir:
Əvvəl Quranı açıb bu duanı oxumaq lazımdır:

Əllahummə inni əsəlukə bikitabikəl-munzəl. Və ma fihi və fihi ismukəl əkbər. Və əsmaukəl-husna. Və ma yuxafu və yurca ən təcələni min utaikə minən-nar.
Əllahummə bihəqqi həzəl-Quran və bihəqqi ən ərsəltəhu bih. Və bihəqqi kulli muminin mədəhtəhu fihi. Və bihəqqikə ələyhim fəla əhədə ərəfu bihəqqikə mink.

Sonra Quranı baş üzərinə qoyub aşağıdakıların hərəsini on dəfə de:

Bikə ya Allah (10 dəfə)
Bi Muhəmmədin (10 dəfə)
Bi Əliyyin (10 dəfə)
Bi Fatimətə (10 dəfə)
Bil Həsəni (10 dəfə)
Bil Hüseyni (10 dəfə)
Bi Əli ibn Huseyn (10 dəfə)
Bi Muhəmməd ibn Əli (10 dəfə)
Bi Cəfər ibn Muhəmməd (10 dəfə)
Bi Musa ibn Cəfər (10 dəfə)
Bi Əli ibn Musa (10 dəfə)
Bi Muhəmməd ibn Əli (10 dəfə)
Bi Əli ibn Muhəmməd (10 dəfə)
Bi Həsən ibn Əli (10 dəfə)
Bil Huccəti (10 dəfə)

Bu mübarək adlara and verən zaman Quran başa qoyulur. Andlar qurtardıqdan sonra Allahu-təaladan (c.c.) günahların bağışlanması və diləklər istənilir. Çünki bu adlara and verdikdən sonra insanın duaları mütləq qəbul olunur.
6 İmam Əli (ə) və İmam Huseyn (ə) ziyarətnaməsini oxumaq.
7 100 rəkət (sübh namazı kimi) müstəhəbbi namaz qılmaq. (Boynunda qəza namazı olan şəxs 6 günlük qəza namazlarını qıla bilər. Bunun savabı həm 100 rəkətli müstəhəb namazın savabını ödəyər, həm də 6 günlük qəza namazını qılmış olar.)
8 Peyğəmbər (s.a.a.v.) və Əhli-Beytinə salavat göndərmək.
9 Cövşən-kəbir duasını oxumaq
10 həzrət Əli (ə)-ın qatilinə lənət oxumaq. Yüz dəfə «Əllahummələn qətələtə əmirəl-möminin» (Yəni: «İlahi, Əli (ə)-ın qatillərinə lənət et»).
11 Yüz dəfə «Əstəğfirullahə rəbbi və ətubu iləyh» demək və tövbə etmək. Bu əməlin mənası belədir: İnsan keçmişdə etdiyi günahlardan peşman olub gələcəyini abadlaşdırmaq üçün Allaha söz verir. Yəni: «Ey Allahım, bu günə qədər mən səhv yolda olmuşam. Lakin bu gündən Sənin bütün əmrlərinə tabe olacaq və bir daha günah etməyəcəyəm.»


mənbə: ramazan.313news.net

Xəbər lenti

"Şəffaflıq Qanunu" ətrafında gedən mübahisələri ürək ağrısı ilə izləyirik - Yepiskop Şio
2024-05-17 22:59

Mayın 21, 23 və 24-də Qori tunelində xüsusi hərəkət rejimi qüvvədə olacaq
2024-05-17 22:57

26 yaşlı qadının qeysəriyyə əməliyyatından sonra halı pisləşib - Valideynləri etiraz edir
2024-05-17 22:54

Gürcüstandakı aksiyalarda azı 180 nəfər saxlanılıb
2024-05-17 20:57

Siyasi böhran “xristian sevgisinin köməyi ilə” həll olunacaq - KOBAXİDZE
2024-05-17 20:40

Biz viza liberallaşdırılmasına təkrardan baxa bilərik, məsuliyyət hökumətin üzərinə düşür - Tsahkna
2024-05-17 20:34

Mekelister, Kalyurand və Mikser Aİ-Gürcüstan münasibətlərinə yenidən baxılmasını tələb edirlər
2024-05-17 20:29

Rusiya Şurasının vitse-spikeri və “Gürcü Arzusu”nun bəyanatları tam üst-üstə düşür
2024-05-17 20:21

Baş nazir gənclərə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı ictimai müzakirə təklif edir
2024-05-17 20:18

Seçkinin nəticələri Aİ-nin Gürcüstan üçün viza liberallaşdırılmasını və ya digər prosesləri dayandırıb- dayandırmayacağına qərar verəcək
2024-05-17 20:15

18 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-17 20:07

Hökumət ölkənin gözlədiyini etmir
2024-05-17 15:40

Kaladze Qərbə mesaj göndərdi: Qorxmuruq
2024-05-17 15:37

Ölkə ərazisində yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-17 15:33

Çin Gürcüstanda Çin avtomobil bazarı açmağı planlaşdırır
2024-05-17 15:31

Orta yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib
2024-05-17 15:22

Ailənin müqəddəsliyi günü ilə əlaqədar Tbilisidə və regionlarda yürüş keçirilir
2024-05-17 15:14

Yanvar-aprel aylarında Gürcüstandan Türk limanlarına 1 milyon tondan çox yük daşınıb
2024-05-17 14:01

Çexiya Gürcüstan hakimiyyətinin müdafiəsinə qalxdı
2024-05-17 12:41

Cümə gününün əhəmiyyəti
2024-05-17 12:36

Kvirike kəndində yamacın çökməsi nəticəsində fəhlə ölüb
2024-05-17 12:22

Marneuli bələdiyyə deputatı jurnalisti təhqir və təhdid etdi
2024-05-17 12:16

Qardabanidə baş vermiş cinayət hadisəsinin ilkin təfərrüatları
2024-05-17 12:05

Nigeriyada məsciddə partlayış - 11 ölü, 17 yaralı
2024-05-17 11:49

TikTok bir saat davam edən videoları yükləməyə imkan verəcək
2024-05-17 11:40

Sandu Zurabişviliyə zəng edərək Gürcüstan xalqına dəstəyini ifadə edib
2024-05-17 11:26

Çində taksilərlə bağlı YENİLİK: Sürücüsüz idarəetmə- VİDEO
2024-05-17 10:11

Yerə oxşayan yeni planet aşkarlandı
2024-05-17 10:46

“Hizbullah” İsrailə rekord sayda raket atdı
2024-05-17 10:37

Qardabanidə qardaş bacısını bıçaqlayıb
2024-05-16 23:52

VMH sədri əhaliyə səsləndi: “Sülh yolu ilə mübarizə aparmalıyıq”
2024-05-16 23:50

“Əgər kollektiv “Milli Hərəkat” Salome Zurabişvilini lider kimi elan edərsə...”
2024-05-16 23:47

Gürcüstan və Türkiyə arasında enerji sahəsində əməkdaşlıq memorandumu imzalanıb
2024-05-16 23:45

Tiflisdə yenidən etiraz aksiyası keçirilir
2024-05-16 23:40

Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
2024-05-16 23:34

Darçiaşvili bəzi avropalı XİN başçılarının müxalifətin aksiyasını dəstəkləməsini pisləyib
2024-05-16 20:37

Şirin pampıq kimi yüngül planet kəşf edildi
2024-05-16 20:32

Yanvar-aprel aylarında Türkiyənin Gürcüstana hazır geyim məhsulları ixracının həcmi açıqlandı
2024-05-16 20:22

Tiflisdə 120 təşkilat tələb etdi: “Agentlər”i geri götür!
2024-05-16 20:17

İki qardaş 12 saniyəyə 25 milyon dollar oğurladı
2024-05-16 20:14


Digər İslam Dünyası xəbərləri:

Cümə gününün əhəmiyyəti

60

İslamda ictimai nəzm

75