Quranda hicab: qadın necə geyinməlidir?

16 Dekabr 2022 - 06:28

134550

Bir zamanlar emansipasiya gündəmdə olanda şalvar qadının cəsarətini göstərirdi, indi isə sıradan bir geyimdir. Yaxud cinsi inqilab dövründə açıq-saçıq geyimlər etirazçı ruhiyyəni simvolizə edirdisə, indi bu da anlamını itirib. Xüsusi peşə sahibləri seçilmək üçün formalardan istifadə edirlər, bu da onların bir növ peşə kimliyinə çevirilib.

Bu sözləri  QMİ sədrinin səlahiyyətli nümayəndəsi, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli Quranda qadınların geyimi ilə bağlı nələrin nəzərdə tutulduğu müzakirəsi haqda qeyd edib.

O bildirib ki, günümüzdə dress-kod anlayışı var:

“İnsanın istədiyi yerə, istədiyi tərzdə geyinərək getməsi zövqsüzlük və hörmətsizlik sayılır. Məsələn, işə və əyləncə mərkəzinə eyni şəkildə getmək düzgün sayılmır. Çünki hər iki məkanın fərqli ab-havası, fərqli tələbləri var. İşə elə geyinmək lazımdır ki, iş prosesinə mane olmasın. Əyləncə mərkəzinə də elə geyinmək lazımdır ki, insan özünü rahat hiss edə bilsin. Son illərin gözəl tendensiyalarından biri də odur ki, insanlar əmək hüququnu pozan və ətraf mühitə ziyan vuran şirkətlərin hazırladığı paltarlardan imtina edir. Bütün bu qaydalar insan azadlığının məhdudlaşdırılması kimi də qələmə verilə bilər, zövq və mədəniyyət məsələsi kimi də. İnsan çılpaq gəzmək də, heyvan xəzinə bürünmək də, dəmir geyim geyinmək də istəyə bilər, amma ictimai normaları gözləmək məcburiyyətindədir. Hamımız anlayırıq ki, hansı şəkildə olmasından asılı olmayaraq, ictimai normalar var və onlara riayət etmək zəruridir”.

İlahiyyatçı bildirib ki, Qurani-Kərimdə geyim forması ilə bağlı bir neçə ayə mövcuddur:

“Allah mömin xanımları "cəlabib", yəni bədəni örtən uzun libas geyinməyə (Əhzab, 33:59), başa atılan örtüklə yaxalarını də örtməyə (Nur, 24:31) çağırır. Təbii ki, bu ayələrdə konkret tərzdən söz açılmır, amma ümumi çərçivələr cızılır. Belə demək olarsa, Quran kişilərlə yanaşı, xanımlara da ictimai yerlər üçün dress-kod müəyyən edir. İlahi qaydalar birbaşa insan təbiətilə əlaqəli olduğu üçün örtünmənin də qadın təbiətilə mütənasibliyi var. Birinci səbəb elə son zamanlar dəbdə olan fikirlərlə səsləşir: qadın cinsi meyillərin obyekti olmamalıdır. Nə özü gözəlliyini istismar etməlidir, nə də başqalarına buna imkan verməlidir. Qadın kiməsə xoş gəlmək üçün yaşamamalı, diqqətini zahiri görünüşünə fokuslamamalıdır ki, şəxsi inkişafına təmərküzləşə bilsin. Yalnız bu halda qadın kişi ilə bərabərhüquqlu ola bilər.

Digər səbəb dinimizdə qadının yeri ilə bağlıdır. İrfanda qadın yaradılışın batini, kişi isə zahiri inikası kimi başa düşülür. Yəni yaradılışın əsl, həqiqi, gizli siması qadın, üzdə olan, görünən tərəfi isə kişidir. Qadın daha mühüm xüsusiyyətin daşıyıcısıdır, nəinki kişi. Ona görə də həmişə qadın kişini daha dərindən cəlb edir, kişi qadını yox. Bu baxımdan qadının kişi üzərində mənəvi və emosional hakimiyyəti var. Bu hakimiyyəti saxlamaq üçün qadın hicaba riayət edir. Kim ona baxacaq, kim onun məhəbbətinə layiq görüləcək deyə qadın qərar verir”.


mənbə: axar.az

Xəbər lenti

Gürcüstan öz iqtisadiyyatını və sistemlərini Aİ-yə inteqrasiya üçün hazırlayır
2024-04-27 21:54

Motosiklet piyadanı vurub
2024-04-27 21:51

Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
2024-04-27 19:43

“Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
2024-04-27 19:05

Gürcüstan Avropa yolundan dönməyi planlaşdırmır
2024-04-27 19:00

“Gürcü Arzusu” rus qanununu dəstəkləyən aksiyaya hazırlaşır
2024-04-27 18:40

Parlamentin qarşısındakı ərazi dəmir bəndlərlə hasarlanıb
2024-04-27 16:45

Tbilisi və regionlarda narkotik cinayətlərinə görə 18 nəfər saxlanılıb
2024-04-27 16:42

Yunanıstanda sərxoş gürcü 43 yaşlı kişini bıçaqlayıb
2024-04-27 14:20

Eynəyi cızıqlardan xilas edən təbii üsul
2024-04-27 12:44

Kobaxidze hökumətin "GRECO"nun antikorrupsiya qiymətləndirmə hesabatını gizlətdiyini inkar edir
2024-04-27 11:47

Ölkədə həyat səviyyəsi aşağı olduqca yüksək miqrasiya davam edəcək
2024-04-27 11:25

ABŞ-dan Gürcüstana XƏBƏRDARLIQ
2024-04-26 22:22

Avroparlamentarilərin tələb və şantaj cəhdlərinin Gürcüstan üçün dəyəri yoxdur
2024-04-26 21:50

“Gürcü Arzusu”nun mərkəzi ofisində təcili iclas keçirilir
2024-04-26 21:09

Qaratəhlə kəndində ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməkdə təqsirli bilinən iki nəfər 20-20 il müddətinə azadlıqdan mərhum edilib
2024-04-26 20:52

Aytac Şahmarovanın anası və dayısı ilə bağlı hökmün bu tarixdə açıqlanacağı gözlənilir
2024-04-26 20:38

27 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-26 20:14

Viza liberallaşdırılması ləğv edilməyəcək...
2024-04-26 15:26

“ Biz viza liberallaşdırılmasına başladıq, amma onlar da hamı kimi bunu geriyə götürdülər”
2024-04-26 15:24

Poniçalada din xadimini bıçaqlayan şəxs saxlanıldı
2024-04-26 15:20

Daxili İşlər Nazirliyinin əməkdaşı zor tətbiq etmə faktı ilə ifşa edilib
2024-04-26 13:50

Gürcüstana viza liberallaşdırılmasının dayandırılması üçün 27 ölkədən 15-nin razılığı lazımdır
2024-04-26 13:22

21 min 400 ABŞ dolları və 600 avro məbləğində saxta pulların çıxarılması ilə bağlı bir nəfər saxlanılıb
2024-04-26 11:57

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək
2024-04-26 11:38

Rus qanununa qarşı keçirilən aksiyada saxlanılan məktəb şagirdi 2200 lari cərimələnib
2024-04-26 11:06

Gürcüstanda Avropa kitabxanalarından qiymətli kitablar oğurlayan dörd nəfər saxlanılıb
2024-04-26 10:51

Qurani-Kərim: Dünyanın ən çox satılan kitabları siyahısında
2024-04-26 10:19

Bu il Aİ ölkələri 1196 Gürcüstan vətəndaşını deportasiya edib
2024-04-26 10:03

27 il yerin altında qalan şaxtaçı SAĞ TAPILDI
2024-04-25 23:09

Gürcüstan müxalifəti yeni mitinq elan etdi
2024-04-25 22:21

Orban qondarma liberal təbliğatına qarşı möhkəm dayanan, təqlid olunmalı bir nümunədir
2024-04-25 22:14

Gürcüstanla bağlı Avropa Parlamentində qəbul edilən qərarı "biabırçı" adlandırıb
2024-04-25 22:10

Gənc oğlan şəhərin mərkəzində güllələndi
2024-04-25 21:03

Qardabanidə qətl törədilib
2024-04-25 20:58

Analoji qətnamələrin yaradıcısı olan insanlar şüurlu və ya şüursuz şəkildə ölkəmizə ziyan vurmağa xidmət edirlər
2024-04-25 20:53

3 yaşlı uşağı avtomobil vurub
2024-04-25 19:49

Aprelin 29-dək olan hava proqnozu açıqlandı
2024-04-25 19:44

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
2024-04-25 19:41

26 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-25 19:12


Digər İslam Dünyası xəbərləri:

Holland aktyor müsəlman oldu

67

Qurana əsasən orucun faydaları

83

Qədr gecəsinin fəzilətləri

112