Ölümdən sonrakı dünya qeyri-mümkün deyil

20 Dekabr 2022 - 09:13

134562

İlkin yaradılış yenidən yaratmaqdan daha çətindir! İnsanı Allahın yaratdığını qəbul etsək, insanı yenidən yaratmağın qeyri-mümkün olmadığını qəbul etməliyik.

Quran ölülərin dirilməsinin qeyri-mümkün olmadığını sübut etmək üçün çoxlu misallar vurur. Peyğəmbərin (s) dövründə bir nəfər çürümüş sümüyü əlində sıxıb toz halına gətirdi. (Qürur və təkəbbürlə) Allah Rəsuluna (s) dedi: "Bu çürümüş sümüyü kim dirildəcək?

  Allah Öz Peyğəmbərinə belə buyurur: “(Ya Peyğəmbər!) De onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir” (Yasin, 78-79). Allah onu çürüyüb yox olduqdan sonra da yenidən yarada bilər.

  Əgər hansısa məhsulun istehsalçısı deyirsə ki, mən öz zavodumun məhsulunu söküb yenidən qoşuram, o, qəribə söz deməyib. Çünki düzəltmək yenidən açıb-bağlamaqdan daha önəmlidir.

Məadı inkar edənlərin vəsvəsəsi iki şeydədir:

  Birincisi, çürümüş bir sümüyü diriltmək mümkündürmü? "Onlar biz sür-sümük, çürüyüb ovxalanmış torpaq olduğumuz halda, dirildilib yeni məxluqmu olacağıq? -deyirlər" (İsra, 49).

İkincisi, çürük sümükləri diriltmək olarsa, bu işi kim görəcək? "Onlar deyəcəklər, O halda bizi kim (yenidən dirildib həyata) qaytaracaqdır? (Ya Rəsulum!) De ilk dəfə sizi yoxdan yaradan (Allah)!" (İsra, 51).

Nə üçün ölülərin parçalanmış hissələrinin birləşib dirildiyinə inanmayanlar yaradılışın özünə bu qədər şübhə ilə yanaşmırlar? İlkin yaradılış yenidən yaratmaqdan daha çətindir! Sadə bir fəhlə desə ki, küpümü sındırıb yenə həmin torpaqdan təzə küp düzəldəcəm, belə təəccüblənərlər?! Təyyarə düzəldən bir adam desə ki, mən bu təyyarəni açıb onu parçalayıb yenidən düzəldəcəm, onun sözlərinə şübhə etməliyikmi? Heç vaxt, çünki açıb-bağlama yoxdan yaratmaqdan qat-qat asandır. Çətin iş görən asan işi də görə bilər.

Quran bu məzmunda buyurur: "Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da (qiyamət günü) yenidən dirildəcək Odur. Bu (iş) Onun üçün çox asandır"  (Rum, 27).

Yenə də bir canlının dağılmış və cansız hissəciklərdən yaranmasına dair daha sadə nümunələr verək:

  1- İnək ot yeyir və ot zərrələrindən süd yaranır.

  2- İnsan bir tikə çörək yeyir, ondan göz yaşı, qan, sümük, saç, dırnaq, ət və s. yaranır.

  3- Parçaların çoxu neftdən əldə edilən sapdan hazırlanır.

  4- Əriyən metal, içindəki köpükləri çölə tökər.

Necə qəbul edirsiniz ki, inəyin həzm sistemi otdan süd çıxara bilər, insan neftdən sap çıxara bilər və s., amma Allahın yeri hərəkət etdirdiyini eşidən kimi qəbul etmirsiniz?

  Bir neçə sadə və qısa ayə

  "Sizi (yoxdan) yaratdığı kimi, yenə Onun hüzuruna qayıdacaqsınız!" (Əraf, 29).

"And olsun ki, siz ilk yaradılışı (dünyaya necə gəldiyinizi) bilirsiniz. Elə isə (sizi yenidən diriltməyə qadir olduğumuz barədə) heç düşünmürsünüz?!" (Vaqiə, 62).

"Elə isə insan nədən yaradıldığına (bəsirət gözü ilə) bir baxsın! O, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır. (O su kişilərin) bel sümüyündən, (qadınların isə) köks sümüyündən çıxar! Həqiqətən, (Allah) insanı (öləndən sonra) yenidən diriltməyə qadirdir!" (Tariq, 5-8).

"Elə isə O Allah ölüləri diriltməyə qadir deyildirmi?!" (Qiyamət, 40).

"Məgər onlar (öləndən sonra bir daha diriləcəklərini inkar edənlər bu böyüklükdə) göyləri və yeri (yoxdan) yaradan Allahın (bu kiçiklikdə) onlar kimisini (yenidən, eynilə) yaratmağa qadir olduğunu görmürlərmi?!" (İsra, 99).

"Məgər insan ilk öncə onu heç bir şey deyilkən (yoxdan) yaratdığımızı xatırlamırmı?" (Məryəm, 67).

Möhsin Qəraəti tərəfindən yazılmış "İslamın əqidə prinsipləri (Məad)" kitabından götürülmüşdür.


mənbə: iqna

Xəbər lenti

Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
2024-04-27 19:43

“Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
2024-04-27 19:05

Gürcüstan Avropa yolundan dönməyi planlaşdırmır
2024-04-27 19:00

“Gürcü Arzusu” rus qanununu dəstəkləyən aksiyaya hazırlaşır
2024-04-27 18:40

Parlamentin qarşısındakı ərazi dəmir bəndlərlə hasarlanıb
2024-04-27 16:45

Tbilisi və regionlarda narkotik cinayətlərinə görə 18 nəfər saxlanılıb
2024-04-27 16:42

Yunanıstanda sərxoş gürcü 43 yaşlı kişini bıçaqlayıb
2024-04-27 14:20

Eynəyi cızıqlardan xilas edən təbii üsul
2024-04-27 12:44

Kobaxidze hökumətin "GRECO"nun antikorrupsiya qiymətləndirmə hesabatını gizlətdiyini inkar edir
2024-04-27 11:47

Ölkədə həyat səviyyəsi aşağı olduqca yüksək miqrasiya davam edəcək
2024-04-27 11:25

ABŞ-dan Gürcüstana XƏBƏRDARLIQ
2024-04-26 22:22

Avroparlamentarilərin tələb və şantaj cəhdlərinin Gürcüstan üçün dəyəri yoxdur
2024-04-26 21:50

“Gürcü Arzusu”nun mərkəzi ofisində təcili iclas keçirilir
2024-04-26 21:09

Qaratəhlə kəndində ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməkdə təqsirli bilinən iki nəfər 20-20 il müddətinə azadlıqdan mərhum edilib
2024-04-26 20:52

Aytac Şahmarovanın anası və dayısı ilə bağlı hökmün bu tarixdə açıqlanacağı gözlənilir
2024-04-26 20:38

27 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-26 20:14

Viza liberallaşdırılması ləğv edilməyəcək...
2024-04-26 15:26

“ Biz viza liberallaşdırılmasına başladıq, amma onlar da hamı kimi bunu geriyə götürdülər”
2024-04-26 15:24

Poniçalada din xadimini bıçaqlayan şəxs saxlanıldı
2024-04-26 15:20

Daxili İşlər Nazirliyinin əməkdaşı zor tətbiq etmə faktı ilə ifşa edilib
2024-04-26 13:50

Gürcüstana viza liberallaşdırılmasının dayandırılması üçün 27 ölkədən 15-nin razılığı lazımdır
2024-04-26 13:22

21 min 400 ABŞ dolları və 600 avro məbləğində saxta pulların çıxarılması ilə bağlı bir nəfər saxlanılıb
2024-04-26 11:57

“WhatsApp”da yeni funksiya istifadəyə veriləcək
2024-04-26 11:38

Rus qanununa qarşı keçirilən aksiyada saxlanılan məktəb şagirdi 2200 lari cərimələnib
2024-04-26 11:06

Gürcüstanda Avropa kitabxanalarından qiymətli kitablar oğurlayan dörd nəfər saxlanılıb
2024-04-26 10:51

Qurani-Kərim: Dünyanın ən çox satılan kitabları siyahısında
2024-04-26 10:19

Bu il Aİ ölkələri 1196 Gürcüstan vətəndaşını deportasiya edib
2024-04-26 10:03

27 il yerin altında qalan şaxtaçı SAĞ TAPILDI
2024-04-25 23:09

Gürcüstan müxalifəti yeni mitinq elan etdi
2024-04-25 22:21

Orban qondarma liberal təbliğatına qarşı möhkəm dayanan, təqlid olunmalı bir nümunədir
2024-04-25 22:14

Gürcüstanla bağlı Avropa Parlamentində qəbul edilən qərarı "biabırçı" adlandırıb
2024-04-25 22:10

Gənc oğlan şəhərin mərkəzində güllələndi
2024-04-25 21:03

Qardabanidə qətl törədilib
2024-04-25 20:58

Analoji qətnamələrin yaradıcısı olan insanlar şüurlu və ya şüursuz şəkildə ölkəmizə ziyan vurmağa xidmət edirlər
2024-04-25 20:53

3 yaşlı uşağı avtomobil vurub
2024-04-25 19:49

Aprelin 29-dək olan hava proqnozu açıqlandı
2024-04-25 19:44

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
2024-04-25 19:41

26 aprel üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-04-25 19:12

”Avropa İttifaqına daxil olmaq Gürcüstanın və gürcü xalqının əsas xarici-siyasi prioritetidir“
2024-04-25 14:37

İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI
2024-04-25 13:56


Digər İslam Dünyası xəbərləri:

Holland aktyor müsəlman oldu

67

Qurana əsasən orucun faydaları

82

Qədr gecəsinin fəzilətləri

111