Bir ovuc torpağın sehri

17 Sentyabr 2022 - 13:56

134511

Maraqlı bir mövzuya toxunmaq istərdim. Kənar bir baxışla. Hər-hansı bir dinin, məzhəbin gözü ilə deyil, eşqin gözü ilə baxmaq istərdim. Yaxın günlərdə dünyanın müxtəlif guşələrindən, şövqlə döyünən könüllərin,sanki sehrlənmiş kimi, Ərbəin günü Kərbəlaya çatmaq sevgisinin məna çalarlarını ruhumda hiss etmək istərdim. Füzulinin bir beytə sığdırdığı eşqin misralarında rəqs edən məhəbbət mələyinin nəğməsiniduymaq istərdim:

Ey Füzuli, məskənim çün Kərbəladır, şerimin

Hörməti hər yerdə vardır, xəlq onun müştağıdır.

Nə qızıldır, nə gümüş, nə ləlü, nə mirvaridir,

Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır.

Mən bu bir ovuc torpağın sehrini anlamaq istərdim...

“Həqiqətən möminlərin qəlbində Hüseynin gizli bir məhəbbəti vardır.” deyə buyuran Həzrət Məhəmmədin (s) əsrarəngiz kəlamının sirrini anlamaq istərdim... Bu məhəbbətin ətrini duymaq istərdim...

“Mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim!-deyən Xanım Zeynəbin məftun olduğu gözəlliknurunun, qəlbləri öz ecazkarlığı ilə necə oxşadığını bilmək istərdim...

Bunun üçün də, əlimə Ərbəin sovqatı olan bir ovuc Kərbəla torpağı alıb düşünməyə başladım. Sanki torpaq sehrli idi. Xəyalların, təsvirlərin ardı-arası kəsilmirdi.İlahi, elə bil bu pak torpaq mənimlə danışırdı...Kərbəlada şahid olduğu bütün sirlərini mənimlə bölüşürdü:

Bilirsənmi, Hz. Hüseyn Kərbəla səhnəsində insanlara həyat dərsi keçdi?

Bilirsənmi, ona“Kufəlilərin qəlbləri səninlə, qılıncları sənə qarşıdır.”-deyə xəbərdarlıq edilmişdi, amma Hz. Hüseyn (ə) ona doğru tuşladıqları iti qılıncları deyil, onların qəlbinə gedən yolu görərək, bununla da bəşəriyyətəsevginin gücünü göstərdi?

Bilirsənmi, onu köməyə çağırıb, ammaöldürməyə gələn simaların xəyanətinə qarşı,əhdə sədaqətinaliliyini anlatdı?

Bilirsənmi, Müslim ibn Əqil, Haninin evində divar kənarından İbn Ziyadı arxadan vurub öldürmədi və “İslam hiylə ilə qətl etməyi (terroru) qadağan etmişdir”-deyə buyurmaqla, mərdliyin pak simasını ortaya qoydu?

Bilirsənmi,Hz. Hüseyn: “Hər kəs mənə qoşulsa şəhid olacaq. Kim mənə qoşulmasa, (mənəvi) fəthə yetişə bilməyəcək.”- deyə buyurduğu zaman, həqiqi qələbənin, müharibə ilə deyil,  pak və insani dəyərlərlə mümkün olmasına işarə etdi?

Bilirsənmi, Şimr, Əbülfəzli çağırdığı zaman, o, cavab vermirdi.  Hz. Hüseyn üzünü qardaşına tutub: “Nə üçün cavab vermirsən?  Səni səsləyən insan, hətta fasiq belə olsa, onu cavabsız buraxma.”-deyə buyuraraq, bəşəriyyətəsağlam dialoqun biralicənablıq olduğunuanlatdı?

Bilirsənmi, müharibəyə başlayıb, qələbə çalmaq imkanı olduğu halda bundan imtina etdi? Hələ düşmən qoşununa yardım gəlməmiş, Züheyr ona müraciətlə “Rəqiblərimizin sayı azdır, döyüşə başlasaq, Hürrəqələbə çalarıq. Daha böyük qoşun gəldiyi zaman, onlar bizə rəhm etməyəcək”-dedikdə, Hz. Hüseyn, “Biz heç bir şəraitdə müharibəni başlayan tərəf olmayacayıq!”-buyurması ilə sülhün əzəmətininümayiş etdirdi?

Bilirsənmi, Aşura gecəsi, “Düşmən qoşununun qərəzi mənimlədir, sizinlə işləri yoxdur. Çıraqları söndürün ki, mənim tərəfdarlarımdan kim getmək istəyirsə, utanmadan məni tərk edib, gedə bilsin.”-söylədiyində, azad seçiminzərurətini anlatdı?

Bilirsənmi, düşmən qoşunu, Nafe ibn Hilala, Həzrət Abbasa və Büreyd ibn Xəzirə müraciətlə; “Sizə su içmək azaddır, bir şərtlə ki, Hüseynə aparmamalısınız”-dedikdə, onlar su içməkdən imtina edib geri döndüyü zaman, insanlıq aləminə vəfadarlıq dərsi verdi?

Bilirsənmi, Aşura gecəsi bəni-Haşim cavanları xeymələrinə yığışaraq, “Sabah ilk biz döyüşək, bəlkə sonra düşmən fikrindən döndü, qoy o biri tayfadan olanlar həlak olmasın.” -deyə fikir yürütdülər. Amma eyni zamanda Hüseynin başqa tayfadan olan döyüşçüləribir yerə toplaşaraq, bəni-Haşimi qorumaq üçün sabah ilk döyüşə məhz özlərinin çıxmasını qərara almışdılar? Bununla da, fədakarlığın necə ülvi bir addım olduğunu nümayiş etdilər?

Bilirsənmi, Hür səhvini vaxtında anlasaydı, yolu açsaydı Kərbəla faciəsi heç baş verməzdi. Amma Aşura günü,Hz. Hüseyn onun gecikmiş üzrü və tövbəsini, nəinki utandırmadan, hətta mədh edərək qəbul etdiyində,əfv və bəxşişin ucalığınısübuta yetirdi?

Bilirsənmi,Hz. Hüseyn, türk əsilli Əsləm adlıxidmətçisi şəhid olduğu zaman, son nəfəsində onun başını dizləri üstə alıb, oğlu Əliəkbərdən ayırmayaraq, üzünü onun da üzünə qoyub göz yaşı tökərək dua edərkən irqin deyil, insan ləyaqətinin dəyərinibaşa saldı?

Bilirsənmi, Hz. Hüseyn (ə) Aşura günü döyüşün ən qızğın çağında və vuruşu davam etdirmək üçün suya ən çox ehtiyacı olduğu halda əzab-əziyyətlə özünü suya yetirmişdi. Amma düşmən qoşununun bundan istifadə edib xeymələrə hücum etdiyini gördükdə, bir qurtum belə su içməyib, sürətlə geriyə, onların imdadına tələsərək, bununla da, insanlaraailə dəyərinin önəminianlatdı?

Bilirsənmi, Hərmələ İmamın (ə) altı aylıq körpə oğlu Əliəsgəri onun qucağında oxlayıb şəhid etdikdə, «Bu müsibət də mənim üçün asandır. Çünki Allah görür.» -söyləyərəksəbrin necə bir ilahi xəzinə olduğunuisbat etdi?

Bilirsənmi, Şimrin qoşunu dəfələrlə ona təhqiramiz ifadələrlə atmacalar atdığında, təhqirə-təhqirlə cavab verməyib, Tanrı dərgahına şikayət etməklə kifayətlənib, ədəbin nə qədər gözəl olduğunu öyrətdi?

Bilirsənmi, Aşura günü Zəhhak, Hz. Hüseynə onu tək qoyub qaçmaq istədiyinisöylədikdə, onu danlamadı, əksinə, necə salamat qaça biləcəyi haqda nigaran qaldığını ifadə etməklə, empayiya və anlayışın nəcibliyini göstərdi?

Bilirsənmi, altı aylıq övladını qucağına alıbona su istərkən,körpəsi göz önündə oxlayıb şəhid etdilər. Bu zaman, o, üzünü düşmən qoşununa tutub: “Əgər dininiz yoxdursa, qiyamət gününə inanmırsınızsa, heç olmasa bu dünyada azad insanlar olun!”-deyə buyurmaqla, köləliyin nə qədər alçaldıcı olmasını düşündürdü?

Bilirsənmi, Kərbəlada “Əgər dünya dəyərlidirsə, axirət aləmi ondan daha da qiymətlidir.deyərək, ruhun ölməzliyi ilə insan əzəmətinitəcəlla etdirdi?

Bilirsənmi, Aşura günü “Şərəfli ölüm, zillətlə yaşamaqdan üstündür kəlamı ilə insan şərəfinin dəyərini anlatdı?

Bilirsənmi, şəhid olmağa anbaan yaxınlaşdığı zaman, Hüseynin üzündəki təbəssüm və sevinc daha da artırdı? Bilirsənmi, Hüseyneşqinin sehrielə budur?

Bir anlıq düşüncələrimdən ayrıldım... Ovcumdakı mübarək torpağın nə zaman islanmasından xəbərsiz, göz yaşlarımı sildim. Öz-özümə dedim, bəli, Hüseyn, öz ali əxlaqi dəyərləri və davranışı ilə qəlbləri ovsunladı, düşmən qoşunu isə, öz çirkin addımları ilə bəşəriyyət üçün nə qədər təhlükəli bir düşüncə tərzi olduğunu nümayiş etdirdi.

“Tarixi-Dəmeşq”də yazılır ki, hər gün düşmən qoşunundan iyirmi min insan Hz. Hüseyni qətlə yetirdikləri zaman “pak” olsunlar və “savabı çox olsun”-deyə, Fərat çayında qusul alırdı.

“Cənnət cavanlarının sərvərini” öldürərək, cənnətə getmək istəyən insanların təfəkkür tərzini bir düşünün!

Hüseyn namaz qılarkən,Şimrin qoşununun hücumundan qorunmaq üçün bir neçə nəfəri mühafiz təyin edir. Namaz qılarkən belə, özlərinə “müsəlman” deyən, “namaz qılan” düşmən qoşunun hücumundan amanda deyildir. Bəli, məhz onların hücumu zamanı namaz qılanları qoruyan mühafizlərdən bir neçəsi elə oradaca şəhid olur...

Hüseynin nəşinə sarılan bir uşağı (Abdullah ibn Həsən qətlə yetirən şəxslər, elə həmin “müsəlmanlar” deyildilərmi?

Şimrin on altı dəfə piyada həcc ziyarətinə getməsindən xəbəriniz varmı? Onun minacatlarının olduğunu bilirdinizmi?Onun minacatlarını oxuyan şəxs, sanki onun hansısa bir abid tərəfindən söyləndiyini zənn edərkən, Allah Rəsulunun nəvəsinin başını arxadan kəsən o deyilmi?

Hüseynin nəşinin üzərindən on atlı ilə keçənlər namaz qılmırdılarmı? Kiçik qızının qulağından sırğanı vəhşicəsinə çəkib çıxaranla, parçalayanlar necə? Onlar oruc tutub, namaz qılan, əsl müsəlman olduqlarını, Hz. Məhəmmədin (s) dininin qoruyucusu olduqlarını iddia edənlər idi.

Onlar Kərbəlada rüsvay oldular, hiylələri, əsl üzləri orada ortaya çıxdı... Kərbəla müsəlmanlığın bir iddia və ad olmadığını, ali əxlaqi-insani dəyərlərdən təşkil tapdığını izah etdi.

Hz. Hüseyn “Mən zülm və fitnə-fəsad üçün deyil, dini islah etmək üçün bu addımı atmışam.”-deyə buyurduğu zaman, məhz Kərbəlada islamın həqiqi simasını insanlara göstərdi. Onun paklıq, rəhmət, mərhəmət, sevgi, empatia, qayğı, sədaqət, vəfadarlıq, fədakarlıq, əfv və güzəşt, azadlıq, birlik-bərabərlik, doğruluq, şərəf və ləyaqətdən ibarət olduğunu göstərdi.

Hz. Hüseyn hakimiyyətə gəlmək üçün deyil, islamın həqiqi simasını aşkar etmək, onun üzərindəki qubarı təmizləmək üçün özünü Uca Yaradanaqurban verdi. Qurban verdi ki, onun sevgisi ilə sözügedən pak insani dəyərlər dirçəlsin və yaşasın.

Sanki ovcumdakı Kərbəla torpağı mənə deyirdi:

Gördünmü, cəhalət, xəyanət, qorxaqlıq, hərislik, kin, qəddarlıq adəm övladını insanlıqdan neçə çıxardı? Gördünmü, azad ruhlu insanlar təqva, sədaqət,mərhəmət, rəhmət, güzəşt, fədakarlıq və vüqarla mələklərdən necə üstün oldu? Kərbəlanı gördünmü?

 

 

 

                                                                                                                                                                                                                                                  

 

 

 


PhD. Əfzələddin Rəhimli (İlahiyyat üzrə Fəlsəfə elmləri doktoru, İİR-nın Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi)

Xəbər lenti

İslamda ictimai nizam və intizamın mehvəri
2024-05-20 11:20

Qəzada ölənərin olan İran rəsmilərinin ADLARI və FOTOLARI
2024-05-20 10:02

Məhəmməd Möhbər İranın prezidenti səlahiyyətlərini icra edəcək
2024-05-20 10:43

İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin həlak olduqları rəsmən TƏSDİQLƏNDİ
2024-05-20 04:46

Tbilisidə üç nəfər bıçaqlanıb
2024-05-19 23:36

Ümumdünya Turizm Günü Tbilisidə keçiriləcək
2024-05-19 19:18

Konqresmen Co Vilson Gürcüstanda baş verən hadisələrə cavab olaraq qanun layihəsi təqdim edəcək
2024-05-19 18:41

Orta yaşlı kişinin avtomobil idarə edərkən qəfil ürəyi dayanıb
2024-05-19 18:37

Polis Senakidə baş vermiş qətl hadisəsi ilə bağlı bir nəfəri saxlayıb
2024-05-19 18:29

İran Prezidentini aparan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
2024-05-19 17:33

Tələbələrin “ Rus qanunu”na etiraz aksiyası bu gün də davam edəcək
2024-05-19 14:06

Zurabişvili Makronu Gürcüstana dəvət edib
2024-05-19 13:09

Nəhəng meteorit görənləri heyrətə gətirdi - VİDEO
2024-05-19 13:04

Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
2024-05-19 12:55

Gecə saatlarında evə silhalı şəxslər girib - Bir nəfər ölüb iki nəfər yaralanıb
2024-05-19 12:18

Sabah parlamentdə prezidentin ofşor qanun layihəsinə veto qoyması müzakirə olunacaq
2024-05-19 11:53

“Gördüklərimizin şəffaflıqla heç bir əlaqəsi yoxdur”
2024-05-18 22:28

Etiraz aksiyasının davam etdiyi Tbilisidə Rusiya və “Gürcü Arzusu”nun bayraqları yandırıldı- VİDEO
2024-05-18 22:25

“Prezident Salome Zurabişvilinin şəffaflıq haqqında qanuna veto qoyması sonrakı müzakirələr üçün imkan yaradır”
2024-05-18 22:22

Qardabanidə bacısını qətlə yetirən şəxsə həbs cəzası verildi
2024-05-18 22:19

Parlament Zurabişvilinin qoyduğu vetonu ləğv edə bilər, amma...
2024-05-18 22:15

Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
2024-05-18 22:06

Öllkəyə və xalqa qarşı sanksiyalar tətbiq etmək yanaşması yanlışdır
2024-05-18 18:20

Bizimlə kim, hansı qüvvə danışır? - İnsanları zorlayan, öldürən, işgəncə verənlər!
2024-05-18 17:04

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü Gürcüstanda baş verən hadisələrə cavab olaraq qanun layihəsi təqdim etməyi planlaşdırır
2024-05-18 16:55

Rusiya Ukraynada yaşayış məntəqəsini ələ keçirdiyini açıqlayıb
2024-05-18 15:20

Bu gün Tbilisidə bir sıra yürüş və aksiya keçiriləcək
2024-05-18 15:10

Kurs dəyişmədən Gürcüstan yenidən Rusiya İmperiyasının quberniyasına çevriləcək
2024-05-18 15:05

Gürcüstan Prezidenti əcnəbi agentlər haqqında qanuna dəyişiklik etməyəcək
2024-05-18 13:49

Bu qanunu səhv hesab etmişdim və heç nə dəyişməyib
2024-05-18 13:40

Rus qanununu vasitəsilə fiziki şəxsləri də cərimələmək mümkün olacaq
2024-05-18 13:31

İrakli Kobaxidzeni gözləyən tələbələrin toplaşdığı Tbilisi Dövlət Universitetinin həyətində qarşıdurma yaşanıb- VİDEO
2024-05-18 13:06

Prokurorluq bacısını qətlə yetirən şəxsə qarşı ittiham irəli sürüb
2024-05-18 12:17

"Şəffaflıq Qanunu" ətrafında gedən mübahisələri ürək ağrısı ilə izləyirik - Yepiskop Şio
2024-05-17 22:59

Mayın 21, 23 və 24-də Qori tunelində xüsusi hərəkət rejimi qüvvədə olacaq
2024-05-17 22:57

26 yaşlı qadının qeysəriyyə əməliyyatından sonra halı pisləşib - Valideynləri etiraz edir
2024-05-17 22:54

Gürcüstandakı aksiyalarda azı 180 nəfər saxlanılıb
2024-05-17 20:57

Siyasi böhran “xristian sevgisinin köməyi ilə” həll olunacaq - KOBAXİDZE
2024-05-17 20:40

Biz viza liberallaşdırılmasına təkrardan baxa bilərik, məsuliyyət hökumətin üzərinə düşür - Tsahkna
2024-05-17 20:34

Mekelister, Kalyurand və Mikser Aİ-Gürcüstan münasibətlərinə yenidən baxılmasını tələb edirlər
2024-05-17 20:29


Digər İslam Dünyası xəbərləri:

Cümə gününün əhəmiyyəti

92

İslamda ictimai nəzm

82