"Bu silahların Ermənistana Rusiya tərəfindən verilməsinə çox heyfslənirəm"

15 Dekabr 2020 - 17:23

134466

“Mənim fikirlərim Rusiyada çox sayda insanın rəsmi KİV-də heç vaxt əksini tapmayan fikirlərdir. İnanın ki, rus xalqının, Rusiyada yaşayan başqa xalqların böyük əksəriyyəti həmişə sizin tərəfinizdə olub. Çünki biz haqq-ədalətin tərəfindəyik. Telekanalların səsi heç də Rusiyanın səsi demək deyil, bunu unutmayın”.

Xeber.ge saytı xəbər verir ki, bu fikirləri Ermənistan ordusunun raket hücumlarından zərər çəkmiş Gəncə şəhərinə səfəri zamanı rusiyalı politoloq, jurnalist, ictimai xadim Maksim Şevçenko dilə gətirib.

O, gecə yarısı yuxuda olan dinc şəhərə Ermənistanın raket hücumunu terrorçuluq olaraq dəyərləndirib:

“Burada və ətraflarda heç bir hərbi infrastruktur da yoxdur, guya hədəfə aldıqları hava limanı isə şəhərdən uzaqdadır. Burada yalnız mülki sakinlərin öldürülməsi, vahiməyə salınması var. Lakin onlar tamamilə başqa nəticəyə nail oldular. Azərbaycan xalqı, onsuz da, doğma torpaqlarını qaytarmağa can atırdı, indi Şuşanı da, başqa torpaqları da azad edənlər həm də burada terror hücumlarından ölənlərin də əvəzinə vuruşub, onların da qisasını alıblar”.

Rusiyalı jurnalist Azərbaycanın qələbəsini həm də dünyada haqq-ədalətin qələbəsi kimi səciyyələndirib:

“Dünyada haqsızlıq saysız-hesabsızdır. İmperializm sərhədləri dəyişdirmək, iqtisadi dividendlər əldə etmək üçün insanların üstünə raket və bombalar atmağı, onları öldürməyi rəva görür. Siz isə insanın, insan həmrəyliyinin, cəsarətinin daha güclü olduğunu sübut etdiniz. Gəncə sakinlərinə dərin hüznlə başsağlığı verirəm. Və həmin o silahların Rusiya tərəfindən verilməsinə görə çox heyfslənirəm. Cənubi Qafqazın sülh diyarı olmasına çalışacağıq. Bunu dinc yolla etmək istərdik, amma görünür ki, müharibəsiz mümkün olmur. Ümidvaram ki, o raketlərin buraxıldığı yerdə olanlar özünə gələrlər, nə etdiklərini, öz ölkələrini, xalqı, bütün Qafqazı haraya sürüklədiklərini başa düşərək hönkürüb göz yaşı axıdarlar”, – deyən M.Şevçenko Qafqaza sülh və əmin-amanlıq arzuladığını vurğulayıb.


mənbə: open.az

Xəbər lenti

Ukraynada daha iki gürcü döyüşçü, Davit Qoqadze və Beso Lomidze həlak olub
2024-05-08 14:04

3 nəfərin oturduğu avtomobili çay aparıb
2024-05-08 13:37

Telefonunuza gələn bu zəngləri açmayın
2024-05-08 13:23

Ölkədə yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-08 13:09

İslamda nizam və intizamın əhəmiyyəti
2024-05-08 12:33

Gürcüstan DTX ölkədə kütləvi iğtişaşlarla bağlı xəbərdarlıq edib
2024-05-08 12:20

9-cu mərtəbədən yıxılan yeniyetmə sağ qaldı
2024-05-08 12:11

“Aİ-yə namizəd [ölkə] Kremlin marioneti kimi idarə oluna bilməz”
2024-05-07 19:49

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
2024-05-07 19:43

Gürcüstanın Aİ-yə namizədlik statusunun dayandırılması üçün Borellə müraciət edilib
2024-05-07 19:36

Anonymous Kobaxidzeyə: “ Etirazçılara hücum etməyə davam etsəniz, hökumət saytlarına hücum etməklə cavab verəcəyik“
2024-05-07 15:00

Vəliəhd Salmana sui-qəsd: ölənlər var
2024-05-07 12:48

Bu gün Tbilisidə növbəti etiraz aksiyası baş tutacaq
2024-05-07 12:41

Avtomobillə çaya düşən üç yeniyetmədən daha birinin meyiti tapıldı
2024-05-07 12:37

Qudauri (post)-Kobi hissəsində nəqliyyatın hərəkəti qadağan edilib
2024-05-07 12:35

İslam fiziki gözəlliyə, ədəb-ərkana dəyər verir
2024-05-07 12:07

Mülki əhali İsrail ordusunun nəzarətə götürdüyü Rəfahı tərk edir - VİDEO
2024-05-07 12:04

Gürcüstanın yeni qanunu münasibətlərimizə xələl gətirəcək
2024-05-07 10:58

Verada silahlı atışma olub
2024-05-06 22:20

Marneulidə "Coca-Cola" daşıyan maşın mebel mağazasına çırpılıb
2024-05-06 22:16

Gənc qadın avtomobil qəzasında həlak olub
2024-05-06 20:09

Qərb Gürcüstana əsassız təzyiqlər edir, amma bu, lazımsız təlaşdır
2024-05-06 19:59

Pedaqoq Lado Apxazava və övladına hücum olunub
2024-05-06 19:54

Marneulidə avtomobil qəzası baş verdi
2024-05-06 19:50

“Bidzina İvanişvilini sanksiyalarla şantaj etməyin mənası yoxdur”
2024-05-06 19:48

May ayının 7 -dək olan hava proqnozu açıqlandı
2024-05-06 19:16

Ukraynada daha bir gürcü döyüşçü həlak olub
2024-05-06 19:12

Anonymous 4 hökumət saytını bağlayıb
2024-05-06 15:09

Sürixdə mebel mağazasından oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb
2024-05-06 13:55

Qurani-Kərimdə yaradılış nəzmi
2024-05-06 11:12

Ən zərərli tərəvəzin adı açıqlandı
2024-05-06 10:56

Bu gün “rus qanunu”na qarşı növbəti aksiya baş tutacaq
2024-05-05 18:56

Qəhrəmanlar meydanında saxlanılanlardan bəziləri həbsxananı tərk edib
2024-05-05 18:53

Avtomobillə çaya düşən üç yeniyetmədən birinin meyiti tapıldı
2024-05-05 18:49

Qərb və ABŞ təzyiq göstərərək Gürcüstanı öz oyuncağına çevirmək istəyirlər
2024-05-05 15:18

Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik
2024-05-05 15:14

ABŞ Əl Qaidə lideri əvəzinə çobanı vurdu
2024-05-05 13:41

Bu gün Pasxa bayramıdır
2024-05-05 12:53

Ağır yol qəzası nəticəsində 4 yaşlı uşaq həyatını itirdi
2024-05-05 12:39

Ölkədə yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-05 12:23


Digər Analitika xəbərləri: