"Bu Araiklə az öpüşün, həm xəstələnərsiniz, həm də camaat bu şəkillərə birtəhər baxır ey..."

26 Dekabr 2020 - 12:22

134479

Xeber.ge saytı xəbər verir ki, Cənab General, böyük bir missiya  həyata  keçirirsiniz, sağ olun.  Amma mənim  dıqqılı bir  sualım var: Qarabağda ermənilərin dağılmış evlərini  bərpa edirsiniz, çox gözəl. Onlar  üçün yeni qəsəbələr tikirsiniz, bu da lap əliyul əla. Xocalıda da yeni qəsəbə salır və  evləri təmir edirsiniz.

 

İmzalanan məlum bəyanata görə, qaçqın və köçkünlər tezliklə öz yurdlarına  qayıtmalıdırlar.

 

Artıq Ermənistana  qaçmış 40 minə qədər ermənini Qarabağa qaytarmısınız. Lap əlinizin  içindən  gəlib.

 

Özü də həmin  ermənilərin  yaşadığı  heç bir  şəhər və kəndlər Azərbaycan ordusu tərəfindən bombardman edilməyib, raket  atəşinə,  top atəşinə  tutulmayıb. Yalnız  şəhərlərin içində gizlədilmiş hərbi obyektlər vurulub ki, o da çox dəqiqliklə.  Uzaqbaşı yanındakı evlərin  pəncərə şüşələri  qırılıb.

 

Mümkünsə paylaşın görək Ağdərədə, Əsgəranda, Xocavənddə, Hadrutda və eləcə də Xankəndində neçə yaşayış binası dağıdılıb?

 

Məsələn, yəqin  videolarda görmüsünüz, Hadrut qəsəbəsində  heç bircə  ev də ziyan çəkməyib.  Eləcə də  Xocavənddə, hansı ki siz ora Martuni deyirsiniz. Və yaxud o biri şəhər və kəndlərdə.

 

Və ermənilər nəinki cəbhənin  təmas xəttində, eləcə də cəbhədən yüz kilometr  uzaq  şəhərlərimizə ballistik  raketlər atıblar.  Yüzə qədər  dinc əhali ölüb, 400-ə yaxın da yaralı var. Tərtərdə  bir  salamat  bina yoxdu.

 

Bağışla  ki, sual dıqqılıdı, amma yazı bir  az böyük çıxdı. Sadəcə onu soruşmaq istəyirəm ki, Xocalıda yandırılmış, dağıdılmış azərbaycanlıların  evlərini də təmir edirsinizmi? Axı, ermənilər onlara  doğma olmayan  yurd-yuvalarına qayıtdığı kimi, sizin prezidentiniz, hörmətli Putinin də imzaladığı bəyanatda  azərbaycanlılar da  Xocalıya, Xankəndinə, Xocavəndə, Əsgərana və Ağdərəyə  qayıtmalıdırlar.

 

Bir də sizi çox istədiyimdən deyirəm ey,  özümüzünküsünüz, bu Araiklə az öpüşün. Həm xəstələnərsiniz, həm də vallah,  camaat bu  şəkillərə  birtəhər baxır ey.

 

Cavabınızı  gözləyirəm.  Adi bir dıqqılı suala cavab verə bilməyəcəksinizsə, onda o boyda missiyaya necə rəhbərlik edirsiniz?

 

P.S.  Təbii ki, Azərbaycan dilini   bilmirsiniz, növbəti  nömrəmizdə  və saytımızda bu  yazını  rusca da dərc edəcəm.  Amma mən dərc edənədək  Araikə  deyin,  sizə tərcümə eləsin.

 


mənbə: moderator.az

Xəbər lenti

3 nəfərin oturduğu avtomobili çay aparıb
2024-05-08 13:37

Telefonunuza gələn bu zəngləri açmayın
2024-05-08 13:23

Ölkədə yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-08 13:09

İslamda nizam və intizamın əhəmiyyəti
2024-05-08 12:33

Gürcüstan DTX ölkədə kütləvi iğtişaşlarla bağlı xəbərdarlıq edib
2024-05-08 12:20

9-cu mərtəbədən yıxılan yeniyetmə sağ qaldı
2024-05-08 12:11

“Aİ-yə namizəd [ölkə] Kremlin marioneti kimi idarə oluna bilməz”
2024-05-07 19:49

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
2024-05-07 19:43

Gürcüstanın Aİ-yə namizədlik statusunun dayandırılması üçün Borellə müraciət edilib
2024-05-07 19:36

Anonymous Kobaxidzeyə: “ Etirazçılara hücum etməyə davam etsəniz, hökumət saytlarına hücum etməklə cavab verəcəyik“
2024-05-07 15:00

Vəliəhd Salmana sui-qəsd: ölənlər var
2024-05-07 12:48

Bu gün Tbilisidə növbəti etiraz aksiyası baş tutacaq
2024-05-07 12:41

Avtomobillə çaya düşən üç yeniyetmədən daha birinin meyiti tapıldı
2024-05-07 12:37

Qudauri (post)-Kobi hissəsində nəqliyyatın hərəkəti qadağan edilib
2024-05-07 12:35

İslam fiziki gözəlliyə, ədəb-ərkana dəyər verir
2024-05-07 12:07

Mülki əhali İsrail ordusunun nəzarətə götürdüyü Rəfahı tərk edir - VİDEO
2024-05-07 12:04

Gürcüstanın yeni qanunu münasibətlərimizə xələl gətirəcək
2024-05-07 10:58

Verada silahlı atışma olub
2024-05-06 22:20

Marneulidə "Coca-Cola" daşıyan maşın mebel mağazasına çırpılıb
2024-05-06 22:16

Gənc qadın avtomobil qəzasında həlak olub
2024-05-06 20:09

Qərb Gürcüstana əsassız təzyiqlər edir, amma bu, lazımsız təlaşdır
2024-05-06 19:59

Pedaqoq Lado Apxazava və övladına hücum olunub
2024-05-06 19:54

Marneulidə avtomobil qəzası baş verdi
2024-05-06 19:50

“Bidzina İvanişvilini sanksiyalarla şantaj etməyin mənası yoxdur”
2024-05-06 19:48

May ayının 7 -dək olan hava proqnozu açıqlandı
2024-05-06 19:16

Ukraynada daha bir gürcü döyüşçü həlak olub
2024-05-06 19:12

Anonymous 4 hökumət saytını bağlayıb
2024-05-06 15:09

Sürixdə mebel mağazasından oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb
2024-05-06 13:55

Qurani-Kərimdə yaradılış nəzmi
2024-05-06 11:12

Ən zərərli tərəvəzin adı açıqlandı
2024-05-06 10:56

Bu gün “rus qanunu”na qarşı növbəti aksiya baş tutacaq
2024-05-05 18:56

Qəhrəmanlar meydanında saxlanılanlardan bəziləri həbsxananı tərk edib
2024-05-05 18:53

Avtomobillə çaya düşən üç yeniyetmədən birinin meyiti tapıldı
2024-05-05 18:49

Qərb və ABŞ təzyiq göstərərək Gürcüstanı öz oyuncağına çevirmək istəyirlər
2024-05-05 15:18

Asiya İnkişaf Bankının prezidenti: Regional mərkəzin yaradılmasında Gürcüstanı dəstəkləyirik
2024-05-05 15:14

ABŞ Əl Qaidə lideri əvəzinə çobanı vurdu
2024-05-05 13:41

Bu gün Pasxa bayramıdır
2024-05-05 12:53

Ağır yol qəzası nəticəsində 4 yaşlı uşaq həyatını itirdi
2024-05-05 12:39

Ölkədə yağmurlu hava nə vaxta kimi davam edəcək?
2024-05-05 12:23

Zurabişvili hökumətə qarşı: AB ölkələrindən bunu xahiş etdi
2024-05-05 12:04


Digər Analitika xəbərləri: