Allaha həqiqi şükrü necə etmək?

02 Iyun 2021 - 06:07

134533

Həzrət Davud (ə) Allahdan soruşur: “Ey mənim Mövlam! Əgər Səni razı salacaq həddə, Sənə şükür etmək istəsəm, nə edim?”.

Uca Allah buyurur: “O neməti ki, sənə inayət etmişəm – onu o yolda xərclə ki, ona görə əmr etmişəm. Neməti müəyyən olmuş yerdə xərcləmək – Mənim şükrümün eynidir”.

Bu hədisə əsasən, insanın etdiyi hər bir günah – ona verilmiş nemətə küfr etməkdir. Allahın da haqqıdır ki, bu neməti həmin şəxsdən geri alsın.

 

Ona görə də insan ilk əvvəl Allahın ona verdiyi nemətləri tanımalı və onlara dəyər verməlidir. Ondan sonra bu nemətləri hansı işlər üçün istifadə edə biləcəyinə görə agah olmalıdır. Bilməlidir ki, əgər günah etsə, həmin nemətə qarşı küfr etmiş olacaqdır.

 

Allahın nemətlərini nəfsani istəklərimizə və şeytanın istəklərinə xərcləməyək. Nemətlərdən dünya və axirətimizi abad etmək üçün istifadə etməliyik. Əks halda elə bir əzaba düçar olarıq ki, heç bir qüdrət bizi o əzabdan xilas edə bilməz.

 

Mənəvi nemətlər qarşısında daha çox məsuliyyət hiss edək. Mənəvi nemətlərdən istifadə edərək özümüzü kamala çatdıraq, dünya və axirət xeyri əldə edək.

 

Qiyamət günü – elə bir gündür ki, Allah verdiyi nemətlərin hesabını çəkəcəkdir. Həzrət Peyğəmbər (s) buyurur: “Ayağın bəndləri Həzrət Haqq qarşısında hərəkət etməz, məgər o halda ki, ondan dörd şeylə bağlı sual olunar. Ömrünü və bədənini hansı yolda sərf etmisən. Sərvətini haradan əldə etmisən və harada xərcləmisən. Biz Əhli-Beytin (ə) eşqindən sual olunar”.

Bir nəfər soruşur ki, sizin sevginizin əlaməti nədir?

Həzrət (s) buyurur: “Bu kişiyə eşqdə”. Sonra mübarək əlini Əli ibn Əbutalibin (ə) başına qoyur.

İnsan gərək ömür nemətini Allaha itaət yolunda xərcləsin. Bədənin şükrü – Allaha ibadət etmək, xəlqə xidmət etmək, malın şükrünü yerinə yetirmək, halal ruzi əldə etmək, onu halal yolda xərcləmək, İmamət nemətinin şükrünü yerinə yetirmək, İmamın (ə) əmrinə itaət edib, qadağalarından çəkinməkdir.

 

Beləliklə deyə bilərik ki, həqiqi şükür odur ki, Allahın verdiyi nemətləri, Ona itaət yolunda xərcləyəsən. Bu nemətlər vasitəsilə kamala çatasan. Dünya və axirət xeyirini əldə edəsən.

Bu nemətlərin şükrü odur ki, onları müəyyən olunmuş yerlərdə istifadə edəsən. İstər bədən üzvləri olsun, istərsə də mənəvi nemətlər olsun – Allah onları bizə ona görə vermişdir ki, həmin nemətlər vasitəsilə Allaha yaxınlaşaq və kamala çataq


mənbə: deyerler.org

Xəbər lenti

“Almaniya Gürcüstan üçün danışıqların açılmasına səs verməyəcək” - səfir rus qanunu haqqında
2024-05-21 23:10

“Xarici təsir agentləri” haqqında qanun layihəsi iyulda Türkiyə parlamentinə təqdim olunacaq
2024-05-21 22:43

Venesiya Komissiyası Gürcüstandakı “xarici agentlər” haqqında qanunla bağlı mənfi rəy verib
2024-05-21 22:32

İstintaq və Fərdi Məlumatların Mühafizəsi Xidmətlərinin rəhbərləri parlamentə çağırılır
2024-05-21 21:07

“Mən cəlladlardan birinin “onu öldürün” dediyini eşitdim”, - Katsarava döyülmənin təfərrüatlarını xatırlayır
2024-05-21 20:52

Orta yaşlı kişi ölü tapıldı
2024-05-21 20:32

Ağır yol qəzası iki nəfərin ölümünə səbəb olub
2024-05-21 20:19

Gürcüstanla bağlı qanun layihələri iki dəfə Konqresdə təqdim olunub, amma heç biri gün işığı görməyib
2024-05-21 19:42

Bu, şantaj və təhdid dilidir
2024-05-21 19:33

22 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-21 18:50

Əgər strateji tərəfdaşımız vizasız gediş-gəliş, azad ticarət, birbaşa uçuşlar istəyirsə, əlbəttə ki, biz buna açığıq
2024-05-21 15:49

Yunanıstanda Gürcüstan vətəndaşı öldürülüb
2024-05-21 15:48

Gürcüstan üzərindən Avropaya daşınan dəniz konteynerində 52 kiloqrama qədər “kokain” aşkar edilib
2024-05-21 13:59

Saxta rəsmi sənədlərin hazırlanması faktına görə 1 nəfər saxlanılıb
2024-05-21 13:57

ABŞ Gürcüstana dəstək təklif edəcək
2024-05-21 12:49

Gürcüstanın Seçki Məcəlləsinə dəyişikliklər təklif olunur
2024-05-21 12:47

Yeddi ölkədə Rəisiyə görə matəm elan edilib
2024-05-21 12:16

Helikopter qəzasında həlak olan İran Prezidenti və digərləri ilə Təbrizdə vida mərasimi keçirilir - VİDEO
2024-05-21 11:48

Rəisinin helikopterinin tapıldığı anın GÖRÜNTÜLƏRİ
2024-05-21 11:21

Helikopter qəzasında yalnız o sağ qalıbmış: 1 saat ərzində...
2024-05-21 11:00

Türkiyədə də İranla bağlı matəm elan edildi
2024-05-20 23:01

Seyid İbrahim Rəisi İmam Rza (ə) hərəmində dəfn ediləcək
2024-05-20 22:58

Marneulidə dövlət binasında yanğın baş verdi - Xəsarət alan var
2024-05-20 22:53

Gürcüstanda vəziyyət pisləşərsə, EBRD və digər banklar maliyyələşdirməni dayandırmalıdır
2024-05-20 22:08

Karasin Zurabişvilini rus qanununa veto qoyduğuna görə tənqid edib
2024-05-20 22:04

Gürcüstan millisinin oyunlarına bileti olan Gürcüstan vətəndaşları subsidiyalaşdırılmış aviabiletdən faydalana biləcəklər
2024-05-20 22:01

Avropada bütün zamanların ən yaxşı futbolçuları açıqlanıb
2024-05-20 20:07

İran prezidentini daşıyan helikopterin qəza səbəbi AÇIQLANDI
2024-05-20 20:02

Gürcüstanda ikinci cəbhə planlaşdırırlar...
2024-05-20 19:37

Papuaşvilinin sözlərinə görə, parlament növbəti sessiya həftəsində rus qanununa qoyulan vetonu aşacaq
2024-05-20 19:26

12-ci sinif şagirdləri qəzaya düşdü
2024-05-20 19:20

21 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-20 18:43

Konqresə gürcü siyasətçilərinə sanksiya tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim olunacaq
2024-05-20 15:46

Ağır yol qəzası nəticəsində iki qardaş həyatını itirdi
2024-05-20 15:44

Baş nazir İrana başsağlığı verib
2024-05-20 15:42

Bəzi siyasətçilər Rusiya ilə mübarizəyə o qədər qapılıblar ki, onlar özləri də Gürcüstana münasibətdə Rusiyaya bənzəyirlər
2024-05-20 15:40

Bizə tələb edən insanlar deyil, dostlar lazımdır
2024-05-20 15:37

Zura Caparidze: Müzakirə üçün yer yoxdur, prezident düzgün qərar verdi
2024-05-20 15:34

Tbilisidə baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı bir nəfər saxlanılıb
2024-05-20 15:27

ABŞ Gürcüstanda bəzi məmurlara qarşı sanskiyalar tətbiq edəcək - KİV
2024-05-20 12:53


Digər İslam Dünyası xəbərləri:

Cümə gününün əhəmiyyəti

103

İslamda ictimai nəzm

96