Qiyamət günü bütün millətlər bir gündə diriləcəklər?

10 Iyun 2021 - 10:42

134616

Qiyamət günü bütün millətlərin eyni gündə həşr olunacağı barəsində Müqəddəs Quran bizlərə xəbər vermişdir.

 

Belə ki, oxuyuruq: “Göylərdə və yerdə olanların hamısı (qeyri-ixtiyari şəkildə) istisnasız, Rəhman olan Allahın qarşısında bəndə(lik əlaməti) olaraq baş əyərlər. Şübhəsiz, Allah onların hamısını son ədədinə kimi xüsusi bir tərzdə (ömürlərini, miqdarlarını, təkamüllərini, ehtiyaclarını və həyat dövrlərini müəyyən etməklə) saymışdır.

Qiyamət günü onların hamısı Onun yanına tək (dünyaya gələndə olduğu kimi, bir şəxsin və ya malın ixtiyarı əllərində olmadan) gələcəklər”. (“Məryəm (s.ə)” surəsi, ayə 93-95).

 

“(Yada sal) o gün(ü) ki, təqvalıları (Məhşər səhnəsindən nur dəvələrə minmiş) süvarilər şəklində Rəhman olan Allaha tərəf toplayarıq.

Və günahkarları (heyvanlar kimi) susuz (vəziyyətdə), Cəhənnəmə tərəf sürərik”. (“Məryəm” surəsi, ayə 85-86).

 

“Taha” surəsində Qiyamətdə baş verəcəklər barədə buyurulur: “(İsrafilin) surun(un üçüncü dəfə) çalınacağı gün! Biz həmin gün günahkarları (Məhşər səhnəsinə) çirkin və kor şəkildə toplayacağıq.

Onlar öz aralarında gizlincə danışarlar ki: (Dünyada və ya Bərzəx aləmində sanki) on gündən artıq qalmamısınız».

Biz onların (Məhşər səhnəsinə gətirildikdən sonra ömürlərini və ya Bərzəx aləmini əbədiliklə müqayisə edərək) dediklərini daha yaxşı bilirik. O zaman onların həqiqətə ən yaxın olanı deyər: «Bir gündən artıq qalmamısınız». (Çünki, azlıq və qısalıq baxımından bir gün on gündən daha düzgün və ədalətlidir”.

Və səndən dağlar(ın taleyi) barəsində soruşurlar. De: «Rəbbim onları (toz-torpaq kimi) küləyə verəcəkdir».

Beləliklə, bunu (yeri) hamar, dümdüz və bomboş hala salacaqdır. Belə ki, onda (yerdə) heç bir hündür-alçaqlıq görməzsən.

Həmin gün hamı haqqa çağırana tabe olar, nə dəvət edəndən bir səhv və əyrilik, nə də dəvət ediləndən bir sapma və itaətsizlik baş verər.

Rəhman olan Allahın qarşısında bütün səslər batar və yavaş nəfəs səsləri və aram ayaq sədasından başqa bir şey eşitməzsən. Həmin gün (cəzanın tam aradan götürülməsi və ya silinməsi, yaxud məqamın ucaldılması barəsində) Rəhman Allahın icazə verdiyi və danışığını bəyəndiyi kəslərdən (peyğəmbərlər, mələklər və əməlisaleh insanlardan) başqa heç kəsin şəfaətinin xeyiri olmaz.

Allah onların (dünyadakı) keçmişlərini (ömür və əməllərini) və gələcəklərini (mükafat və cəzalarını) bilir və onlar öz hallarından və Allahın elmindən xəbərsizdirlər. (Həmin gün batinin aynası olan) üzlər diri, əbədi və varlığı bərqərar saxlayan Allahın qarşısında zəlil və itaətkar olacaqlar. Və əlbəttə, zülm yükü daşıyan kəs (Allahın mərhəmətinə) naümid olacaqdır.

Mömin olaraq yaxşı işlər görən kəs, əsla nə zülmdən və haqqın kəsilməsindən qorxar, nə də şəxsiyyətinin kiçildilməsindən!”. (“Taha” 102-112).

 

Bu ayələrdən çıxartdığımız nəticələr:

1. Ölülər mütləq yenidən diriləcəkdir.

2. Günahkarlar bir yerə toplaşacaqlar.

3. Dağlar töküləcək və hər yer dağılacaqdır.

4. Həmin günü ancaq Allahın şəfaəti təsirlidir.

5. Allah hamını hesab üçün hazır edəcəkdir.

6. Hamı Onun qarşısında təslim olacaqdır.

7. Zalımlar məyus olacaqlar.

8. Möminlər ümidvar olacaqlar.

 

Beləliklə deyə bilərik ki, Qiyamət elə bir gündür ki, Allahın xəlq etdiyi bütün varlıqlar həmin günü hesab üçün hazır olacaq və məhşər səhnəsində öz növbəsini gözləyəcəkdir.

Allah bizləri məyus olanlardan deyil, ümidvar olanlardan qərar versin! (Beytutə)


mənbə: deyerler.org

Xəbər lenti

“Almaniya Gürcüstan üçün danışıqların açılmasına səs verməyəcək” - səfir rus qanunu haqqında
2024-05-21 23:10

“Xarici təsir agentləri” haqqında qanun layihəsi iyulda Türkiyə parlamentinə təqdim olunacaq
2024-05-21 22:43

Venesiya Komissiyası Gürcüstandakı “xarici agentlər” haqqında qanunla bağlı mənfi rəy verib
2024-05-21 22:32

İstintaq və Fərdi Məlumatların Mühafizəsi Xidmətlərinin rəhbərləri parlamentə çağırılır
2024-05-21 21:07

“Mən cəlladlardan birinin “onu öldürün” dediyini eşitdim”, - Katsarava döyülmənin təfərrüatlarını xatırlayır
2024-05-21 20:52

Orta yaşlı kişi ölü tapıldı
2024-05-21 20:32

Ağır yol qəzası iki nəfərin ölümünə səbəb olub
2024-05-21 20:19

Gürcüstanla bağlı qanun layihələri iki dəfə Konqresdə təqdim olunub, amma heç biri gün işığı görməyib
2024-05-21 19:42

Bu, şantaj və təhdid dilidir
2024-05-21 19:33

22 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-21 18:50

Əgər strateji tərəfdaşımız vizasız gediş-gəliş, azad ticarət, birbaşa uçuşlar istəyirsə, əlbəttə ki, biz buna açığıq
2024-05-21 15:49

Yunanıstanda Gürcüstan vətəndaşı öldürülüb
2024-05-21 15:48

Gürcüstan üzərindən Avropaya daşınan dəniz konteynerində 52 kiloqrama qədər “kokain” aşkar edilib
2024-05-21 13:59

Saxta rəsmi sənədlərin hazırlanması faktına görə 1 nəfər saxlanılıb
2024-05-21 13:57

ABŞ Gürcüstana dəstək təklif edəcək
2024-05-21 12:49

Gürcüstanın Seçki Məcəlləsinə dəyişikliklər təklif olunur
2024-05-21 12:47

Yeddi ölkədə Rəisiyə görə matəm elan edilib
2024-05-21 12:16

Helikopter qəzasında həlak olan İran Prezidenti və digərləri ilə Təbrizdə vida mərasimi keçirilir - VİDEO
2024-05-21 11:48

Rəisinin helikopterinin tapıldığı anın GÖRÜNTÜLƏRİ
2024-05-21 11:21

Helikopter qəzasında yalnız o sağ qalıbmış: 1 saat ərzində...
2024-05-21 11:00

Türkiyədə də İranla bağlı matəm elan edildi
2024-05-20 23:01

Seyid İbrahim Rəisi İmam Rza (ə) hərəmində dəfn ediləcək
2024-05-20 22:58

Marneulidə dövlət binasında yanğın baş verdi - Xəsarət alan var
2024-05-20 22:53

Gürcüstanda vəziyyət pisləşərsə, EBRD və digər banklar maliyyələşdirməni dayandırmalıdır
2024-05-20 22:08

Karasin Zurabişvilini rus qanununa veto qoyduğuna görə tənqid edib
2024-05-20 22:04

Gürcüstan millisinin oyunlarına bileti olan Gürcüstan vətəndaşları subsidiyalaşdırılmış aviabiletdən faydalana biləcəklər
2024-05-20 22:01

Avropada bütün zamanların ən yaxşı futbolçuları açıqlanıb
2024-05-20 20:07

İran prezidentini daşıyan helikopterin qəza səbəbi AÇIQLANDI
2024-05-20 20:02

Gürcüstanda ikinci cəbhə planlaşdırırlar...
2024-05-20 19:37

Papuaşvilinin sözlərinə görə, parlament növbəti sessiya həftəsində rus qanununa qoyulan vetonu aşacaq
2024-05-20 19:26

12-ci sinif şagirdləri qəzaya düşdü
2024-05-20 19:20

21 may üçün xarici valyutanın rəsmi məzənnəsi
2024-05-20 18:43

Konqresə gürcü siyasətçilərinə sanksiya tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim olunacaq
2024-05-20 15:46

Ağır yol qəzası nəticəsində iki qardaş həyatını itirdi
2024-05-20 15:44

Baş nazir İrana başsağlığı verib
2024-05-20 15:42

Bəzi siyasətçilər Rusiya ilə mübarizəyə o qədər qapılıblar ki, onlar özləri də Gürcüstana münasibətdə Rusiyaya bənzəyirlər
2024-05-20 15:40

Bizə tələb edən insanlar deyil, dostlar lazımdır
2024-05-20 15:37

Zura Caparidze: Müzakirə üçün yer yoxdur, prezident düzgün qərar verdi
2024-05-20 15:34

Tbilisidə baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı bir nəfər saxlanılıb
2024-05-20 15:27

ABŞ Gürcüstanda bəzi məmurlara qarşı sanskiyalar tətbiq edəcək - KİV
2024-05-20 12:53


Digər İslam Dünyası xəbərləri:

Cümə gününün əhəmiyyəti

103

İslamda ictimai nəzm

95